Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV TÜRKİYƏNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 22-də Prezident sarayında Türkiyənin Dini İşlər İdarəsinin rəisi Mehmet Nuri Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Dövlətimizin başçısı Heydər Əliyev qonağı və onu müşayiət edən şəxsləri salamlayaraq, onların yenidən Azərbaycana gəlmələrindən çox məmnun olduğunu vurğuladı.

Səmimi qəbul üçün dövlətimizin başçısına təşəkkürünü bildirən Mehmet Nuri Yılmaz dedi ki, hörmətli Cumhur başqanım, hər dəfə Azərbaycana gəldikdə ölkənizin daha da inkişaf etdiyini görürük. Bu dəfə də Bakını gəzdik, həqiqətən, ölkənizdə böyük inkişaf olduğunu müşahidə etdik. Təbiidir ki, Zati-alinizin rəhbərliyi sayəsində Azərbaycan daha da irəli gedəcək, inkişaf edəcəkdir. Allahdan Sizə cansağlığı diləyir, gələcəkdə də uğurlar əldə etməyinizi arzulayırıq. Azərbaycanın indi qarşılaşdığı ən böyük çətinlik torpaqlarınızın bir hissəsinin işğal edilməsi və bir milyona qədər insanın qaçqın durumunda olmasıdır. Dağlıq Qarabağ problemi həll edildikdən sonra qaçqınlığın aradan qaldırılması nəticəsində Azərbaycanın inkişafına mane olan əngəl aradan qaldırılacaqdır.

Bizim buraya gəlməyimiz Tbilisidəki beynəlxalq toplantı keçirilməsi ilə bağlıdır. Bu toplantı çox yararlı oldu və şeyxin dəvəti ilə Azərbaycanı ziyarət etməyi qərara aldıq. Əslində, Azərbaycan türkdilli cümhuriyyətlər içərisində ən çox dəyər verdiyimiz ölkədir. Həm ölkənizi ziyarət etmək, həm də dini məsələlərlə bağlı şeyxülislamla və cənab Rafiq Əliyevlə görüşlər keçirmək məqsədi ilə gəlmişik. Onlarla görüşlərimiz çox yararlı oldu. Burada bizim din xadimlərimiz xidmət etməkdədirlər. Yeni qəbul etdiyiniz qanuna uyğun olaraq, bunları bir əsasa bağlamaq lazımdır. Bununla bağlı bir anlaşma hazırladıq. İnşaallah, yaxın vaxtlarda, Türkiyədə imzalayıb həyata keçirəcəyik.

Cənab Mehmet Nuri Yılmaz daha sonra dedi ki, biz hər cür fanatizmin əleyhinəyik. Azərbaycanda xidmət göstərən din xadimlərinin də buna mühüm diqqət və həssaslıq göstərmələrini istəyirik. İlahiyyat fakültəsində həm Türkiyədən, həm də Azərbaycandan dərs deyən müəllimlər, məscidlərdə xidmət edən din xadimləri çox diqqətlə seçilməlidir. Din insanlara düzgün anladıldıqda ölkələr inkişaf edər. Lakin din xürafata bürünmüş halda insanlara anladılarsa, o vaxt hər bir ölkə geri qala bilər. Biz Türkiyədə və Azərbaycanda din anlayışları arasında fərq olmadığını görürük və bundan da məmnunluq duyuruq.

Prezident Heydər Əliyev qonağa təşəkkür edərək xatırlatdı ki,

Türkiyə ilə bizim aramızda dostluq, qardaşlıq əlaqələri çox yüksək səviyyədədir. Biz bunu qiymətləndiririk. “Biz bir millət, iki dövlətik” demişik və işlərimizi bu prinsiplər əsasında qururuq və bundan sonra da quracağıq.

Cəmiyyətdə dinin rolu haqqında söylədiyiniz fikirlər tamamilə doğrudur. Türkiyə ilə Azərbaycan arasındakı fərq ondan ibarətdir ki, Türkiyədə din heç vaxt yasaq olmayıbdır. İnsanlar həmişə dinə inamlarını, etiqadlarını həyata keçiriblər və dindən ayrılmayıblar. Amma sovet hakimiyyəti qurulandan sonra, təkcə Azərbaycanda deyil, Sovetlər İttifaqının bütün ərazisində din yasaq edildi, onunla mübarizə aparıldı. Ona görə də dini idarələrin hamısı ya dağıdıldı, ya da məhv oldu. Amma din insanların qəlbində yaşadı, nəsildən-nəsilə keçməklə yaşadı.

Sovet İttifaqı dağılandan, Azərbaycan müstəqilliyini əldə edəndən sonra insanlara vicdan azadlığı, yəni din azadlığı verildi. Ötən on il ərzində Azərbaycanda bu siyasət həyata keçirilir. Doğrudur, bundan mənfi hallar üçün istifadə etmək istəyən qüvvələr də var. Yaxud da ki, ayrı-ayrı ölkələrdən Azərbaycana dini fanatizmi, dini ekstremizmi yaymaq istəyənlər də var.

Məlumdur ki, dünyada dindən istifadə edərək terrorizmlə məşğul olan qüvvələr də var. Buna görə də dini ekstremizm, eyni zamanda terrorizmlə də bağlanıbdır. Bu da müxtəlif ölkələrdə həm insanlara, xalqlara həm də dövlətlərə çox zərər verir. Biz çalışmalıyıq ki, ölkələrimizdə xalqlarımızın vicdan azadlığını təmin edərək, eyni zamanda xaricdən, yaxud da daxildən ayrı-ayrı qüvvələr tərəfindən dini fanatizmin, ekstremizmin və bunun altında terrorizmin həyata keçirilməsi hallarına yol verməyək.

Bu işi biz Azərbaycanda aparırıq və aparacağıq. Bu, bizim üçün əsas məsələlərdən biridir.

Ancaq məlumdur ki, sizin də bəzi din xadimləriniz ayrı-ayrı dairələrlə əlaqədə olaraq öz planlarını həyata keçirmək istəyirlər. Lakin Türkiyədə bunun qarşısı çox ciddi alınır. Biz bunu bilirik.

Respublikamızın rəhbəri vurğuladı ki, bizim müstəqil dövlətdə din dövlətdən ayrıdır. Din dövlətin işinə qarışa bilməz. Dövlət də dinin işinə qarışa bilməz. Ancaq təəssüflər olsun, bəziləri istəyir ki, Azərbaycanda idarəetmə işləri dini qaydasında olsun, yaxud da burada islam dövləti yaransın. Bunlar xəyaldır, kim belə düşünürsə, bu yollara getmək istəyirsə, o, böyük risk edir. Çünki bunların qarşısını biz kəskin şəkildə alacağıq. Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət yaradırıq. Biz heç vaxt imkan vermərik ki, yaratdığımız bu gənc dövlətin xarakteri hansısa qüvvələr tərəfindən dəyişdirilə bilsin. Bu məsələlərdə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq, bir-birinə yardım etmək zəruridir. Sizin imzalayacağınız sənəd bu məqsədləri həyata keçirməyə yönəlibsə, mən bunu dəstəkləyirəm. Prezident Heydər Əliyev dedi ki, biz xalqımızın mənəvi dəyərlərinin inkişafı üçün dindən də istifadə etməyə çalışmalıyıq. İndi bu da çox vacibdir, aktualdır. Biz dünyəvi dövlət quraraq, eyni zamanda, imkan verə bilmərik ki, milli-mənəvi dəyərlərimiz tapdalansın və millətimizə, milli-mənəvi dəyərlərimizə yabançı olan hansısa dəyərlər tətbiq olunsun. Təəssüf olsun ki, gənclər arasında belə işlər görməyə çalışan qüvvələr də vardır. Ona görə də gənclərin tərbiyəsinə diqqət yetirmək lazımdır. Gənclərimiz həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olmalıdırlar. Bu da həm sizin, həm də bizim vəzifəmizdir.

Azərbaycan Prezidenti Heydər Əliyev görüş başa çatdıqdan sonra qonaqlarla xatirə şəkli çəkdirdi.

Qəbulda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb