AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ALMANİYANIN “TİSSEN” ŞİRKƏTİNİN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜ
Şirkətin rəhbərlərini səmimiyyətlə salamlayan Prezident Heydər Əliyev ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirməyin vacib olduğunu nəzərə çarpdırdı. Azərbaycanda xarici ölkələrin sərmayəçiləri üçün hər cür şərait və imkan olduğunu vurğulayan dövlətimizin başçısı “Tissen”in rəhbərlərinin respublikamızla daha sıx əlaqələr qurmağa çağırdı.
Prezident Heydər Əliyev ilə görüşdən məmnun qaldıqlarını bildirən cənab Şvarts Almaniyanın tanınmış şirkətlərindən biri olan “Tissen”in fəaliyyəti haqqında dövlətimizin başçısına geniş məlumat verdi. Cənab Şvarts şirkətin respublikamıza sərmayə qoymaq niyyətindən, ölkəmizlə əlaqələri genişləndirmək barədə hazırlanmış konkret təkliflərdən də söhbət açdı.
Görüş zamanı hər iki tərəfi maraqlandıran bir sıra məsələlər barədə ətraflı söhbət aparıldı, həyata keçirilməsi nəzərdə tutulan konkret layihələr müzakirə edildi.