Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRİ
NAXÇIVAN HAVA LİMANINDA QARŞILANMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev avqustun 10-da Naxçıvan Muxtar Respublikasına gəlmişdir.

Ölkəmizin dövlət bayraqları, Azərbaycan Prezidentinin portretləri ilə bəzədilmiş Naxçıvan hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Heydər Əliyevi təyyarənin pilləkəni yanında Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov, digər rəsmi şəxslər, ictimaiyyətin nümayəndələri səmimiyyətlə qarşıladılar. Milli geyimli qızlar Azərbaycan Prezidentinə gül-çiçək dəstəsi təqdim etdilər.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevə raport verdi. Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin qarşısından keçdi, Azərbaycan əsgərlərini salamladı.

Prezident Heydər Əliyev Muxtar Respublikanın rəhbər işçiləri, Ali Məclisin deputatları ilə görüşdü. Respublikamızın rəhbərinə şərbət təqdim olundu.

Hava limanına Naxçıvanın minlərlə sakini toplaşmışdı. Azərbaycan Prezidenti onlara yaxınlaşaraq, qədim diyarın nümayəndələrini səmimiyyətlə salamladı. Naxçıvanlılar dövlətimizin başçısını hərarətlə alqışladılar və qısa müddətdə ikinci dəfə Muxtar Respublikaya səfər etdiyinə görə minnətdarlıqlarını bildirdilər.

Azərbaycan Prezidenti Heydər Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

NAXÇIVAN ŞƏHƏRİNDƏ AXŞAM GƏZİNTİSİ

Azərbaycan Prezidenti Heydər Əliyev həmin gün axşam Naxçıvan şəhərinə gəzintiyə çıxdı. Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev adına uşaq və gənclər parkına gəldi. Muxtar Respublika paytaxtının minlərlə sakini Azərbaycan Prezidenti ilə görüşmək üçün buraya toplaşmışdı. Onlar Prezidenti hərarətli alqışlarla, mehribanlıqla qarşıladılar. Prezident Heydər Əliyev şəhər sakinləri ilə səmimiyyətlə görüşüb söhbət etdi, onların istirahəti üçün yaradılan şəraitlə tanış oldu.

Şəhər sakinləri Prezidentə uzun ömür, cansağlığı, işlərində uğurlar diləyərək dedilər ki, Allah Sizi əskik eləməsin, xalqımızın yeganə ümidi Sizədir. Ölkəmizi düşdüyü bu ağır problemlərdən ancaq və ancaq Siz xilas edə bilərsiniz.

Uşaqlar Prezidentə, Vətənə həsr olunmuş şerlər söylədilər.

Heydər baba, ucalardan ucasan,

Tutduğun siyasət uğurlu olsun.

İllər boyu xalq qədrini biləcək,

Gənc nəsillər səninlə fəxr edəcək.

X X X

Sən tək yüz ildən bir doğulur,

Pak mayası həqiqətdən yoğrulur,

Düşmən səni şad görəndə qovrulur,

Üzü nurdur, qəlbi dəniz, Heydərim!

Millətimin atasısan, oğlusan,

Dövlətimin zəkasısan, ağlısan,

Sən ömürlük bu torpağa bağlısan,

Zehni iti, fikri təmiz, Heydərim!

Elin, yurdun nəfəsindən güc alır,

Sənin adın gündən günə ucalır,

Qəlbin cavan, kim deyər ki, qocalır,

Heç olmasın vətən sənsiz, Heydərim!

Sən olmusan Baş Komandan orduma,

Həm mayaksan, həm arxasan yurduma,

Ömrün boyu işıq saçdın obama,

Heç olmasın vətən sənsiz, Heydərim!

X X X

Atamızın atası,

Uşaqların babası,

Bizim rəhbərimizsən,

Əziz Heydər babamız!

Heydər baba,

Heydər canlıyam.

Mən naxçıvanlıyam,

Heydər baba, Heydər qanlıyam.

Heydər baba, Sən bir işıqsan,

Dünyamıza yaraşıqsan.

Sevir səni el-obamız,

Yaşa Heydər babamız.

X X X

Heydər baba, zirvələrə ucaldın,

Neçə dəfə zəfər çaldın, ucaldın,

Qartal kimi zirvələrə ucaldın,

Heydər baba, min il yaşa!

Müstəqillik gəlib başa,

Düşmənlərin dönsün daşa.

Azərbaycan gözün aydın,

Heydər baba, min il yaşa!

X X X

Dövlətimizin başçısı təhsilləri ilə maraqlandı, onlara uğurlar arzuladı.

Sonra respublika Prezidenti şəhərin mərkəzi meydanında yerləşən Heydər Əliyev Muzeyinin qarşısına gəldi, buradakı parkı seyr etdi. Axşamdan xeyli keçməsinə baxmayaraq, buraya gələn minlərlə naxçıvanlı dövlətimizin başçısını səmimiyyətlə, hərarətli alqışlarla qarşıladı. Prezident Heydər Əliyev vaxtilə isti yay günündə burada onu dəstəkləmək üçün keçirilən izdihamlı mitinqi xatırladı və onun heç vaxt yaddan çıxmayacağını bildirdi.

Muxtar Respublikanın paytaxtında gəzinti dünya mədəniyyətinə böyük töhfələr vermiş, orta əsr Şərqinin ən məşhur memarlarından olan Əcəmi Naxçıvaninin adını daşıyan seyrəngahında başa çatdı. Bu, Azərbaycan Prezidentinin tarixi dəyərlərimizə, maddi-mənəvi abidələrimizə olan böyük sevgisinin təzahürü idi. Naxçıvanın yüzlərlə sakini burada Azərbaycan Prezidentini böyük mehribanlıqla qarşıladı, dövlətimizin başçısına dərin hörmət və ehtiramını bildirdi. Prezident Heydər Əliyev şəhər sakinləri ilə səmimiyyətlə söhbət etdi. 

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev avqustun 11-də Şahbuz rayonuna yola düşdü. Rayon icra hakimiyyəti binasının qarşısından keçən yolun kənarına yüzlərlə insan toplaşmışdı. Onlar dövlətimizin başçısını böyük hərarətlə, sürəkli alqışlarla qarşıladılar. Uşaqlar Prezident Heydər Əliyevə gül dəstələri təqdim etdilər.

Azərbaycan Prezidenti şahbuzlularla mehribanlıqla görüşdü, rayon sakinləri qarşısında çıxış etdi.

Şahbuzlular Prezident Heydər Əliyevin çıxışını böyük maraqla dinlədilər. Dövlətimizin başçısını səmimiyyətlə yola saldılar.

X X X

Azərbaycan Prezidentini Şahbuz rayonunun Kolanı kəndində də böyük mehribanlıqla qarşıladılar. Kənd ağsaqqalı, əməkdar müəllim Hidayət İsmayılov, müəllim Vaqif Zülfüqarov, şəhid anası Familə Məmmədova, təqaüdçü Dağbəyi Zamanov dövlətimizin başçısının daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini söylədilər, avqustun 24-də keçiriləcək ümumxalq səsverməsində kolanılıların fəallıqla iştirak edəcəklərini bildirdilər.

Prezident Heydər Əliyev səmimi sözlərə görə onlara minnətdarlığını bildirdi, kənd camaatının qayğıları ilə maraqlandı.

X X X

Ucqar kəndi Biçənəkdə dövlətimizin başçısını hörmət və ehtiramla qarşıladılar. Təqaüdçü Bəbir Məmmədov Prezident Heydər Əliyevə həsr etdiyi şerini söylədi. Kənd sakinləri Şiralı Bayramov, Zakir Salmanov və başqaları onlarla görüşə gəldiyinə görə respublikamızın Prezidentinə minnətdarlıqlarını bildirdilər, müstəqil Azərbaycanın daha sürətlə inkişafı naminə gördüyü işlərdən razılıqla söhbət açdılar, xalqımızın öz müdrik rəhbərinə böyük inam bəslədiyini dönə-dönə vurğuladılar, avqustun 24-də keçiriləcək referendumda hamılıqla iştirak edərək, Prezident Heydər Əliyevin təklif etdiyi dəyişikliklərə səs verəcəklərini dedilər.

Azərbaycan Prezidenti bu ucqar dağ kəndinin mərd insanları ilə görüşdən çox məmnun qaldığını bildirdi, kənd camaatının problemlərinin həllinə daim diqqət yetiriləcəyini söylədi.

Şahbuz rayonunda keçirilən bu görüşlər xalqımızın Prezident Heydər Əliyevə sonsuz məhəbbətinin daha bir əyani nümayişinə çevrildi, görüşlərdə iştirak etmiş hər bir insanda unudulmaz təəssürat oyatdı.

Daha sonra dövlətimizin başçısı məşhur Batabat yaylağında oldu, qədim diyarın uca dağlar qoynunda təbiətin füsünkar gözəlliyini heyranlıqla seyr etdi.

Azərbaycan Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.

Aslan Aslanov,

Rafiq İmanov,

Oqtay Aydınoğlu (foto),

AZƏRTAC-ın xüsusi müxbirləri,

Rafiq Bağırov (foto)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb