Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRİ BAŞA ÇATDI

Avqustun 15-də Azərbaycan Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatdı. Dövlətimizin başçısı maşın karvanının müşayiəti ilə Naxçıvan hava limanına gəldi. Burada fəxri qarovul dəstəsi düzülmüşdü. 

Hava limanına Naxçıvanın minlərlə sakini toplaşmışdı. Prezident Heydər Əliyev onlara yaxınlaşaraq, qədim diyarın nümayəndələrini səmimiyyətlə salamladı. Naxçıvanlılar Azərbaycan Prezidentini hərarətlə qarşıladılar, Muxtar Respublikada çox faydalı və səmərəli görüşlər keçirdiyinə görə minnətdarlıqlarını bildirdilər.

Sonra Prezident Heydər Əliyev Muxtar Respublikanın rəhbər işçiləri, Ali Məclisin deputatları ilə sağollaşdı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevə raport verdi. Prezident fəxri qarovul dəstəsinin qarşısından keçdi, Azərbaycan əsgərini salamladı.

Milli geyimli qızlar Azərbaycan Prezidentinə gül-çiçək dəstələri təqdim etdilər. Dövlətimizin başçısı Heydər Əliyev təyyarənin pilləkəni yanında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla xüdafisləşdi.

Azərbaycan Prezidenti həmin gün Bakıya gəldi.

X X X

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV Binə hava limanında jurnalistlərə müsahibə verdi:

- Səfər zamanı Siz orada mənim yanımda olmusunuz. Operativ olaraq materiallar vermisiniz. Mənə deyirdilər ki, çox şeylər qəzetlərdə dərc olunubdur, televiziyada verilibdir. Onda nə qalıb ki, hər şey məlumdur. Onu deyə bilərəm ki, Naxçıvana bu səfər, mənim qarşıda qoyduğum məqsəd və tərtib etdiyim proqram, hamısı artıqlaması ilə yerinə yetirilibdir.

Bilirsiniz ki, Naxçıvana səfərimin iki məqsədi vardı. Birincisi, Ermənistan Prezidenti Koçaryanla ayın 14-də görüşmək, ikincisi də, - mən bunu gedəndə də bəyan etmişdim, bu məlumdur, - Naxçıvan üçün vacib olan bir neçə sosial-iqtisadi proqramların həyata keçirilməsi haqqında orada qərarlar qəbul etmək və onları elan etmək, bu qərarların həyata keçirilməsi vaxtını müəyyən etmək idi.

Bunlar birincisi, Naxçıvanda beynəlxalq hava limanının tikilməsi, ikincisi, Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması, üçüncüsü də Vayxır su anbarının tikintisinin davam etdirilməsi, yəni həmin tikintiyə yenidən başlanması, tikinti işlərinin davam etdirilməsi və istismara verilməsi məsələləri idi. Bunların hamısını mən etmişəm, siz bunu bilirsiniz. Bunların hər biri barəsində, keçirdiyim tədbirlər haqqında məlumatlar var. Mənə dedilər ki, dövlət televiziyası bunları veribdir. Mənimlə olmayanlar bunu görüblər, qəzetlərdə oxuyublar. Təkrar etməyə ehtiyac yoxdur. Ancaq mən bir də qeyd etmək istəyirəm, bu tədbirləri, hansıları ki, mən özüm öz təşəbbüsümlə irəli sürmüşəm və onların həyata keçirilməsi üçün Naxçıvana getmişəm və bu işləri görmüşəm - onlar Naxçıvan Muxtar Respublikası üçün, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün, Azərbaycanın ərazisinin bütün sahələrini, hər hissəsini əhatə edib, onların inkişafını təmin etmək üçün, Azərbaycanın gələcəyi üçün çox əhəmiyyətli tədbirlərdir. Bunlar sadə tədbirlər deyil, təsadüfi bir şey deyildir. Mən bunu edirəm ki, orada bir qədər çox məhsul alsınlar, yaxud insanlar təyyarədən yaxşı istifadə etsinlər. Mən bunun daxili siyasi mənasını bilərək, bunların hamısını edirəm. Mən məmnunam ki, orada da bunları yaxşı müzakirə etdik. Hesab edirəm ki, yaxşı işlər başlanacaqdır.

Koçaryanla görüşümüz haqqında məlumat verilibdir. Mənə dedilər ki, televiziyada, qəzetlərdə verilibdir. Ona heç bir şey əlavə edə bilmərəm. Orada biz ikimiz də görüşdən sonra bəyanat verdik və onunla danışdıq ki, o da, mən də, bundan artıq heç nə deməyəcəyik.

Bir də ki, yolüstü mən Şahbuz rayonunun mərkəzində, dağ kəndləri var - Kolanı, Biçənək, - orada yaşayan insanlarla görüşdüm, söhbət etdim, keçmişdə gördüyümüz bəzi işləri xatırladıq, bu gün haqqında danışdıq. Dünən də Sədərəkdən qayıdarkən kəndlərin, - yol əsasən Şərur rayonunun ərazisindən keçir, orada bir çox böyük kəndlər var, - bəzilərində insanlar yola çıxmışdılar. Mən də çox məmnunam ki, orada onları gördüm. Onlarla da görüşdük, söhbət etdik.

Naxçıvana gəldiyim günün axşamı hava həddindən artıq isti idi, hazırlaşıb şəhərə, istirahət yerlərinə çıxana kimi hava qaranlıqlaşdı. Amma havanın qaranlıq vaxtında da bu görüş yaxşı idi. Orada çox yaxşı istirahət edirlər. Mənim müqayisə etmək imkanım var. Çünki mən Naxçıvandan 1993-cü ildə çıxmışam. O vaxt bunların heç birisi yox idi. İnsanlar axşamlar çıxıb haradasa gəzə bilərdilərmi, hansısa parka gedə bilərdilərmi? Heç bir şey yox idi. İnsanlar, sadəcə, çalışırdılar ki, özləri üçün yaşamaq imkanı yaratsınlar. Haradasa işləsinlər, gedib evlərində otursunlar. Amma indi Naxçıvanda yaşayış çox yaxşılaşıbdır. Bir neçə tikililər də var. Orada yeni bir otel də tikilibdir. Mənə dedilər ki, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə də səfər günləri orada qalır. Yaxşı otel idimi?

DİLARƏ SEYİDZADƏ: Bəli, cənab Prezident, çox gözəl oteldir. Jurnalistlər də deyəsən başqa oteldə yer almışdılar.

JURNALİSTLƏR: Biz ticarət evindəki oteldə qalırdıq.

HEYDƏR ƏLİYEV: Naxçivan inkişaf edir. Bu da çox gözəldir. Mən çox şad oldum. Adamların əhval-ruhiyyələri yaxşıdır. Bilmirəm, mənimlə olan mətbuat nümayəndələrimiz əgər obyektiv olsalar, hər halda, hardasa bunu deməlidirlər. Deməsələr də düşünməlidirlər ki, o insanların əhval-ruhiyyəsinin qarşısında heç bir şey dura bilməz. Onların hamısı çox yüksək əhval-ruhiyyədədirlər. Mənim üçün çox əhəmiyyətli oldu ki, insanlarla bilavasitə təmasda oldum, görüşdüm, onların əhvalını duydum. Bununla da səfəri qurtardıq, gəldik. Mən çox məmnunam. Mətbuat nümayəndələrinə də orada böyük müsahibə verdim. Qənirə bir neçə dəfə gəldi. Çətin adın var, demək mümkün deyildir. Qənirə xanım çoxdan fürsət axtarırdı ki, məndən müsahibə alsın. Orada imkan oldu, mən də fikirləşdim, bir halda ki, vaxt var, danışaq. Danışdıq. O müsahibəni də yayıblar, siz bunu bilirsiniz. Onu da danışmağa ehtiyac yoxdur.

Mətbuat nümayəndələri də 5 gün mənimlə birlikdə əziyyət çəkdilər. Mənə belə gəlir ki, oranı gedib görmək çəkilən əziyyətə dəyər. Sən orada var idin? Sən də var idin? Sən hansı qəzetdənsən?

JURNALİST: “Azadlıq” qəzetindənəm.

HEYDƏR ƏLİYEV: “Azadliq” qəzetindən... Sən necə, vardın?

JURNALİST: Xeyr, mən yox idim.

HEYDƏR ƏLİYEV: Mənə bir sözünüz varmı?

SUAL: Cənab Prezident, Koçaryanla son görüşünüz əvvəlkilərdən mahiyyəti etibarilə əsasən nə ilə fərqlənir?

CAVAB: Bu söhbətləri kənara qoyun. Mən sizə dedim ki, Koçaryanla görüşüm haqqında dediyimiz sözlərdən başqa heç nə deməyəcəyəm. Bu barədə sual verməyin.

SUAL: Cənab Prezident, Siz Koçaryanla görüşərkən Ermənistanın müdafiə naziri bizim kütləvi informasiya vasitələrinə müsahibə verib və bildirib ki, Dağlıq Qarabağı Azərbaycanın tərkibində təsəvvür etmir və ümumiyyətlə, heç Mehri problemi də ortalığa gələ bilməz. Bəs Siz bunu necə qiymətləndirirsiniz?

CAVAB: Bilirsənmi, o mənimlə danışmayıbdır. Mən Prezidentlə danışmışam. Prezident də mənimlə danışıbdır. Orada hər adam öz sözünü deyə bilər.

SUAL: Cənab Prezident, Azərbaycanda taxıl məhsulu artıb. Yığım zamanı Bərdədə, Cəlilabadda kənd təsərrüfatı texnikasının çatışmaması ilə əlaqədar müəyyən problemlər yaranıbdır.

CAVAB: Mən bunu bilmirdim. Belə bir hal varsa, mən sabah göstəriş verərəm. Çünki bu il taxılımız keçən ilkindən də çox olmalıdır. Mənə dedilər ki, bu il topladığımız taxılla ölkəmizin tələbatını təmin edəcəyik. Əlbəttə, məhsul var, indi əsas odur ki, onu yığıb, toplayıb anbara gətirmək lazımdır. Məndə bu siqnal yoxdur. Bir halda ki, siz deyirsiniz, sabah mən məşğul olaram.

SUAL: Cənab Prezident, sabah sərhədçi günüdür. Bununla əlaqədar Zaqatala hadisələrində həlak olan sərhədçilərlə bağlı fərman verəcəksinizmi?

CAVAB: İş onda deyil ki, hansı gün, nə vaxt sərəncam verəcəyik. Zaqatalada fərqlənmiş, həlak olmuş sərhədçilərin xidmətini mən qeyd edəcəyəm. Sağ olun.

X x x

Azərbaycan Prezidenti Heydər Əliyevi Binə hava limanında baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib