Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABBAS ABBASOVA “İSTİQLAL” ORDENİ TƏQDİM ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Prezident sarayında Baş nazirin keçmiş birinci müavini Abbas Abbasova ölkəmizin iqtisadi inkişafındakı böyük xidmətlərinə görə “İstiqlal” ordeni təqdim etmişdir.

Dövlətimizin başçısı İLHAM ƏLİYEV dedi:

- Siz uzun müddətdir ki, böyük vəzifədə, Baş nazirin birinci müavini vəzifəsində işləyirsiniz. Əlbəttə, 14 ilə yaxın müddət ərzində xidmətlər göstərmisiniz. Bu illər Azərbaycan üçün həlledici illər olmuşdur. Ölkəmiz müstəqilliyə qovuşduqdan sonra çox çətin bir vəziyyətlə üzləşmişdi və dövlətçiliyimizin formalaşması, möhkəmlənməsi illəri bizim üçün həm çox şərəfli, həm də çətin illər olmuşdur. Siz də bu dövr ərzində həmişə öz fəaliyyətinizlə ümumi işimizə böyük töhfələr vermisiniz. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında bu mühüm vəzifəni siz çox ləyaqətlə icra etmisiniz və Azərbaycanın iqtisadi inkişafının sürətlə irəliyə getməsində əməyiniz olmuşdur. Mən də bunları çox yüksək qiymətləndirirəm.

Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev də sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirdi. Bu, indi də davam edir və bunu nəzərə alaraq, mən sizi Azərbaycan dövlətinin ən yüksək mükafatı - “İstiqlal” ordeni ilə təltif edirəm. İstəyirəm, bu mükafatı sizə təqdim edim.

Azərbaycan Prezidenti İlham Əliyev “İstiqlal” ordenini Abbas Abbasova təqdim etdi.

Abbas Abbasov dərin minnətdarlığını bildirərək, dövlətimizin başçısına müraciətlə dedi:

- Cənab Prezident, çox sağ olun. Mənim sevincimin həddi-hüdudu yoxdur. Bu illər ərzində həmişə böyük məsuliyyət hissi ilə çalışmışam ki, mənə etibar olunan sahədə işlərin öhdəsindən şərəflə gəlim. Qeyd etmək istəyirəm ki, bu gün çox həyəcanlıyam. Mənim bu vəzifədə həm dövlət xadimi kimi, həm də bir şəxsiyyət, insan kimi formalaşmağım da bizim hamımızın sevimlisi, ümummilli liderimiz, ağsaqqalımız, atamız, böyüyümüz, müstəqil ölkəmizin, Azərbaycanın banisi Heydər Əliyevin xidmətləridir, onun zəhmətidir. İndi bundan kim necə bəhrələnir, o, hər insanın özünün vicdanındadır, onun ləyaqətindədir, mənəviyyatındadır.

Mən bu gün həyatımdan da, Allahımdan da razıyam. Sizə də çox böyük razılıq hissimi bildirirəm. Sizin mənim əməyimə, zəhmətimə verdiyiniz bu mükafat həm mənim üçün, həm də övladlarım üçün, - onlar da Heydər Əliyev dühası ilə böyümüş, ondan bəhrələnmiş cavan oğlanlardır, - böyük şərəfdir. Mən hesab edirəm ki, hər bir insan həyatında gərək Vətəninə, dövlətinə, xalqına, millətinə, böyüyünə, ağsaqqalına, ölkəsinin rəhbərinə həmişə sədaqətli olsun. Uşaq olanda həmişə bizə deyirdilər ki, müəllim ikinci valideyndir. Hesab edirəm ki, ölkənin başçısı da valideyndir, böyükdür. Siz, yaşınızdan asılı olmayaraq, son iki il ərzində Azərbaycan üçün nələr etməmisiniz!

Cənab Prezident, mənim heç zaman yadımdan çıxmaz. Siz yenicə Prezident seçilmişdiniz, məni qəbul etdiniz. O zaman Sizə müraciət edirdim ki, İlham müəllim, Azərbaycanı necə görürsünüz?! Siz mənə dediniz, Abbas müəllim, mən Azərbaycanı çiçəklənən görmək istəyirəm, Azərbaycan xalqını varlı, dövlətli görmək istəyirəm. Mən bu gün həyatımdan çox razıyam ki, həqiqətən Siz verdiyiniz bütün vədlərə sadiq qalırsınız. Gördüyünüz bütün işlər bunu göstərir.

Mən bu gün müraciət etmək istəyirəm, çünki ola bilsin, gələcəkdə belə rəsmi formada müraciət etməyə imkanım olmadı. Xalqımıza müraciət etmək istəyirəm ki, İlham Əliyevi qoruyun! Bügunkü İlham Əliyev siyasətini qoruyun! Heydər Əliyevin qoyduğu bu dühaları qoruyun! Bu, mənim xeyir-duamdır. Artıq mən də ağsaqqalam, demirəm ki, lap yaşlaşmışam, ancaq artıq yaşa dolmuşam. Sizə çox böyük minnətdarlıq hissi ilə müraciət edirəm ki, cənab Prezident, bu illər ərzində çox əziyyətlər, zəhmətlər çəkdim, mənə icazə verin, bir az dincəlim, ailəmlə, balalarımla məşğul olum. Yenə də həmişə Sizin əsgərinizəm, xalqımızın əsgəriyəm. Mən yenə də əsgər kimi həmin ön sıralardayam. Sizə, ölkəmizə, millətimizə, xalqımıza xidmət etməyə hazıram.

Cənab Prezident, mənə göstərdiyiniz bu yüksək hörmətə, ehtirama görə Sizə bir daha minnətdaram və daim Sizinlə bir yerdəyəm.

İLHAM ƏLİYEV: Abbas müəllim, çox sağ olun. Biz uzun illərdir bir-birimizi yaxından tanıyırıq. Deyə bilərəm ki, bizi dostluq əlaqələri də bağlayır və müxtəlif dövrlərdə birgə işləmişik. Son iki il yarım ərzində, mən Prezident vəzifəsini icra etməyə başlayandan sonra, bizim əlaqələrimiz daha da sıx olubdur. Çünki Sizin rəhbərlik etdiyiniz sahə çox geniş olmuşdur. Həm beynəlxalq əlaqələr, eyni zamanda iqtisadi inkişaf məsələləri. Bunlar o məsələlərdir ki, Azərbaycan dövlət kimi gündəlik həyatda öz milli maraqlarının təmin edilməsi üçün bu sahədə əlindən gələni edir. Əlbəttə ki, dövləti idarə edən rəhbərlərin siyasəti nəticəsində.

Siz qeyd etdiniz, həqiqətən, mən o vaxtkı görüşü xatırlayıram və ilk günlərdən qarşıda duran əsas vəzifə ondan ibarət olmuşdur ki, Azərbaycan həm ölkə daxilində iqtisadi inkişaf baxımından, həm də xarici siyasət baxımından daha da möhkəmlənsin, daha da güclü mövqelərə malik olsun. Bu gün ölkə daxilindəki vəziyyət, eyni zamanda, dünyada mövqelərimiz daha da möhkəmlənir. Bu, bizim hamımızın zəhmətidir, xidmətidir. Ona görə, şəxsən mən Azərbaycanın gələcəyinə çox nikbinliklə baxıram. Bizim qəbul etdiyimiz bütün qərarlar icra edilir, bütün tədbirlər vaxtlı-vaxtında həyatda öz əksini tapır. Azərbaycan iqtisadi inkişaf baxımından bu gün lider dövlətdir. Xarici siyasətimiz milli maraqlarımızın təmin edilməsinə tam şəkildə xidmət edir. Demək olar ki, bizim problemlərimiz yoxdur. Bircə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əminəm ki, biz onu da həll edəcəyik. Bunu etmək üçün biz gərək güclü olaq. Bu gün Azərbaycanın iqtisadi inkişafı deməyə əsas verir ki, biz bütün məqsədlərə nail olacağıq.

Siz iki gün bundan əvvəl mənə şəxsi söhbət əsnasında, sonra məktubla müraciət etmisiniz ki, artıq bir az dincəlmək istəyirsiniz. Amma mən inanmıram dincələcəksiniz. Siz elə fəal adamsınız ki, daim fəaliyyətdə olacaqsınız. Amma yəqin ki, bu da təbiidir. Çünki 14 il böyük müddətdir. Düzdür, mən hesab edirdim ki, siz bu vəzifədə gələcəkdə də işinizi davam etdirəcəksiniz. Amma bir halda ki, bu, sizin qərarınızdır, mən bu qərara hörmətlə yanaşıram və əminəm ki, siz gələcəkdə başqa fəaliyyətdə də böyük uğurlar əldə edəcəksiniz. Sizin fəaliyyətiniz o cümlədən ölkəmizin möhkəmlənməsinə xidmət edəcəkdir.

Bu, çox əlamətdar bir hadisədir. Bəlkə də, Azərbaycanın müasir tarixində ilk dəfə belə bir hadisə baş verir. Mən bunu müsbət hal kimi qiymətləndirirəm. Çünki ölkəmiz yeniləşir, müasirləşir, münasibətlər, davranış qaydaları, bütün mədəni normalar yeni müstəviyə qalxır. Bunların hamısının Azərbaycanın hərtərəfli inkişafında çox böyük əhəmiyyəti var. Vəzifəyə gəlmək, vəzifədən getmək - bu, təbii prosesdir və belə də olmalıdır. Sizin bu addımınız onu bir daha göstərir.

Düzdür, mən hesab edirdim ki, hələ biz bu formada gələcəkdə də işləyəcəyik. Amma indi başqa formada işləyəcəyik. Əminəm ki, sizin həyatınızda yeni mərhələ başlayır. Siz gənc yaşlarından müxtəlif vəzifələrdə dövlət işində olmusunuz. Yenə də deyirəm ki, siz bu böyük vəzifələrin öhdəsindən çox şərəflə gəlmisiniz. Mən də sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm. Bəlkə də, bu gün fürsətdir ki, mən bunu belə deyə bilirəm. Çünki, adətən Prezident və onun rəhbərliyi altında işləyən insanların arasında belə söhbətlər olmur. Biz daha çox konkret problemlərin həlli ilə məşğuluq, onların yollarını arayırıq. Fürsət olmur ki, belə ürək sözlərimizi deyək. Xüsusilə bu, Prezident üçün o qədər də asan məsələ deyildir. Amma bu gün çox gözəl fürsətdir və mən istəyirəm ki, bunu deyim. Çünki öz səmimi sözlərimdir, səmimi hisslərimdir. Siz bunu bilirsiniz, istəyirəm ki, hamı bilsin. Sizə gələcək işinizdə uğurlar arzulayıram.

ABBAS ABBASOV: Cənab Prezident, çox sağ olun, minnətdaram. Mən Sizinləyəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb