AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AĞ EVİN FƏXRİ QONAQLAR KİTABINA ÜRƏK SÖZLƏRİNİ YAZMIŞDIR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş ilə görüşü zamanı Ağ evin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır:
“Mən Birləşmiş Ştatlara səfərimdən və ikitərəfli münasibətləri müzakirə etməkdən çox məmnunam. Birləşmiş Ştatlar ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın rifahına xidmət edir və regionumuzda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Biz ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərini yüksək dəyərləndiririk və ümidvarıq ki, onlar gələcəkdə daha da möhkəmlənəcəkdir.
Mən Birləşmiş Ştatların xalqına sülh, səadət və tərəqqi arzulayıram.
28 aprel 2006-cı il”.