RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AMERİKA TÜRK ASSOSİASİYALARI ASSAMBLEYASININ PREZİDENTİ VURAL CENGİZİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Prezident sarayında Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti Vural Cengizi qəbul etmişdir.
Vural Cengiz Azərbaycanda keçirdiyi bir sıra görüşlər barədə dövlətimizin başçısına məlumat verdi, ABŞ-dakı Azərbaycan ilə türk diasporları arasında çox gözəl münasibətlərin olduğunu bildirdi.
Dövlətimizin başçısı Amerikadakı Azərbaycan və türk diasporları arasında sıx əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu vurğulayaraq, bu əlaqələrin Azərbaycan haqqında həqiqətlərin dünyaya daha geniş yayılması işinə xidmət etdiyini bildirdi.