RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BNP PARİBAS BANKININ PREZİDENTİ MİŞEL PEBERONUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BNP PARİBAS BANKININ PREZİDENTİ MİŞEL PEBERONUN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR](/files/2006/2/1200x630/1490603051127889230_1200x630.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Prezident sarayında BNP Paribas bankının prezidenti Mişel Peberonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanın energetika sektorunda Paribasın iştirak etməsindən, ölkəmizdə energetika sahəsində əldə olunan böyük nailiyyətlərdən bəhs olundu, Azərbaycanın təşəbbüsü və iştirakı ilə qlobal enerji layihələrinin həyata keçirildiyi vurğulandı. Ölkəmizin müvafiq strukturlarının Paribas bankı ilə əməkdaşlığının bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.