RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN BAŞ NAZİRİ ZURAB NOĞAİDELİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Prezident sarayında Gürcüstanın Baş naziri Zurab Noğaidelini qəbul etmişdir.
Gürcüstanın Baş naziri ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. O, iqtisadi əlaqələrimizin təkcə neft sektorunda deyil, digər sahələrdə də inkişafı üçün yaxşı potensialın olduğunu qeyd edərək, Azərbaycanla Gürcüstan iqtisadi əməkdaşlığının bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi.
Dövlətimizin başçısı Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayaraq, Gürcüstanın Baş nazirinin ölkəmizə səfərinin müxtəlif iqtisadi layihələr barədə müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını qeyd etdi. Prezident İlham Əliyev ölkələrimizin qlobal enerji layihələrinin həyata keçirilməsi işində əməkdaşlığının iqtisadi əlaqələrimizin daha da genişlənməsi işinə xidmət etdiyini bildirdi.