RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İNGİLTƏRƏ-AZƏRBAYCAN CƏMİYYƏTİNİN PREZİDENTİ LORD FREYZERİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İNGİLTƏRƏ-AZƏRBAYCAN CƏMİYYƏTİNİN PREZİDENTİ LORD FREYZERİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR](/files/2006/2/1200x630/1490602902773159810_1200x630.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 7-də Prezident sarayında İngiltərə-Azərbaycan Cəmiyyətinin prezidenti lord Freyzerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, iki ölkənin ayrı-ayrı strukturları arasındakı əməkdaşlığın ikitərəfli əlaqələrin genişləndirilməsi üçün əhəmiyyəti vurğulandı, İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimizin münasibətlərinin inkişafına töhfə verdiyi bildirildi. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edildi.