RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev İsrailin Baş nazirinin müavini, xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
![Azərbaycan Prezidenti İlham Əliyev İsrailin Baş nazirinin müavini, xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir](/files/2012/1/1200x630/14848131376502345763_1200x630.jpg)
Bakı, 23 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də İsrail Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İsrailin Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Liberman Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycanda quruculuq işlərinin ardıcıl olaraq sürətlə həyata keçirildiyini vurğuladı.
Görüşdə Azərbaycan ilə İsrail arasında əlaqələrin müxtəlif sahələrdə inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.