AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSVEÇRƏYƏ İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞMÜŞDÜR
Bakı, 27 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 27-də İsveçrəyə işgüzar səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
######
