Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV JURNALİSTLƏRİN SUALLARINA CAVAB VERMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV JURNALİSTLƏRİN SUALLARINA CAVAB VERMİŞDİR

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin

28-də ABŞ Prezidenti Corc Buş ilə görüşdən sonra Ağ evin qarşısında jurnalistlərin suallarına cavab vermişdir.

SUAL: Cənab Prezident, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr oldumu?

CAVAB: Prezident Buşla görüşüm zamanı ikitərəfli münasibətlərə aid məsələləri müzakirə etdik. Biz müxtəlif sahələrdə olan əməkdaşlığımızı müzakirə etdik. Xüsusən də siyasi və iqtisadi islahatlar sahəsinə, enerji təhlükəsizliyi və nəqliyyata, terrorçuluqla mübarizəmizə aid məsələləri və ümumiyyətlə, münasibətlərimizin ümumi gedişatını müzakirə etdik. Bizim münasibətlərimiz dostların, tərəfdaşların münasibətləridir və bizim üçün strateji əhəmiyyət daşıyır və ümumiyyətlə, əlaqələrimizin inkişafı üçün vacibdir. Mən müzakirələrdən çox razıyam.

Əlbəttə, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etdik. Dünyanın aparıcı ölkəsi və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Birləşmiş Ştatlar bu məsələnin dinc yolla həll olunmasında çox vacib rol oynayır. Biz Birləşmiş Ştatların göstərdiyi səyləri yüksək qiymətləndiririk. Bu səylər sayəsində münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli həllini tapmalıdır. Mən hesab edirəm ki, Birləşmiş Ştatlara səfərim ikitərəfli münasibətlərimizin gələcək inkişafı üçün çox mühüm olacaq və ümumiyyətlə, regional inkişaf üçün əhəmiyyətli olacaqdır.

SUAL: Cənab Prezident, İran haqqında danışdınızmı?

CAVAB: Əlbəttə, biz regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Eyni zamanda, qonşu ölkələrlə münasibətlərimizi müzakirə etdik. Çünki biz elə bir regionda yaşayırıq ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri olduqca vacibdir. Biz bu məsələləri müzakirə etdik və bundan çox razıyıq.

SUAL: Bəs Rusiya haqqında, digər qonşular haqqında danışdınızmı?

CAVAB: O qədər çox yox. Biz, əsasən, ikitərəfli münasibətlərə aid məsələlər haqqında danışdıq. Çünki bizim uzun müddətdir münasibətlərimiz var. Bu münasibətlər 1990-cı illərdən başlanmışdır və əsasən, enerji, nəqliyyat sahələrinə aiddir.

SUAL: Cənab Prezident, enerji inkişafı sahəsində Birləşmiş Ştatların dəstəyi haqqında danışdınızmı?

CAVAB: Bəli, təbii ki, Xəzər dənizində Azərbaycanın enerji inkişafı proqramlarında Birləşmiş Ştatların oynadığı vacib rol tamamilə aydındır və həlledicidir. Artıq Azərbaycan güclü nəqliyyat infrastrukturuna malikdir və bu, Birləşmiş Ştatların dəstəyi sayəsində mümkün olmuşdur.

SUAL: Cənab Prezident, İranla bağlı gərginliyin aradan qaldırılmasına dair ABŞ-ın və Azərbaycanın səylərinin əlaqələndirilməsi məsələsi müzakirə olundumu? Bu gərginliyin aradan qaldırılmasına yönəldilmiş hansısa birgə fəaliyyət planı işlənib hazırlandımı?

CAVAB: Burada birgə planlar haqqında söhbət olmadı. Biz yalnız vəziyyət barədə fikir mübadiləsi etdik. Əlbəttə, vəziyyət narahatlıq doğurur və təbii ki, İranın qonşusu kimi Azərbaycan müəyyən naratlıq keçirir. Ancaq məsələnin yalnız diplomatik yolla həll edilməsinin zəruriliyi barədə ümumi fikirdə olmağımız ümid verir ki, hər şey dincliklə həllini tapacaqdır.

SUAL: Cənab Prezident, Dağlıq Qarabağ məsələsinin müzakirəsi ilə əlaqədar hansı açıqlamalar verərdiniz?

CAVAB: Münaqişənin nizama salınması ilə əlaqədar geniş söhbət aparılmışdır. Mən cənab Prezidentə danışıqların son mərhələsinin mahiyyətini açıqladım, öz məlumatlarımı verdim. Azərbaycanın mövqeyini bir daha ifadə etdim. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe bu gün mənim tərəfimdən bir daha ifadə olundu. Bu münaqişə yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaqdır. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın zəbt edilmiş torpaqlarından çıxmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilərin və oraya qayıdacaq azərbaycanlıların təhlükəsizliyinə zəmanət də verilməlidir. Eyni zamanda, oraya sülhməramlı qüvvələrin gətirilməsi məsələsi də müzakirə oluna bilər. Bütövlükdə, bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Amerika Prezidenti öz mövqeyini bildirdi. O bildirdi ki, Amerika çalışır münaqişə sülh yolu ilə həll olunsun və tərəflər razılığa gəlsinlər.

SUAL: Cənab Prezident, Amerika Birləşmiş Ştatlarının Azərbaycana hərbi yardımı artırması gözlənilirmi?

CAVAB: Bilirsiniz ki, biz bu sahədə çox ciddi əməkdaşlıq edirik. Son illər ərzində hərbi sahədə əməkdaşlığımız uğurla inkişaf edir. Amerikanın müdafiə nazirinin, diğər vəzifəli şəxslərinin Azərbaycana səfərləri bu əməkdaşlığın inkişafına böyük kömək göstərir. Biz bu məsələyə çox böyük diqqət yetiririk. Hesab edirik ki, Amerika ilə münasibətlərimiz çoxşaxəli və hərtərəfli olmalıdır, biz iqtisadi, siyasi sahələrdə, energetika sahəsində, eyni zamanda, hərbi sahədə əməkdaşlığın inkişafında maraqlıyıq. Qarşılıqlı maraq doğuran bütün məsələlər açıq şəkildə müzakirə olunur. Biz tərəfdaşıq, Amerika ilə bir alyansdayıq və bu mövqedə qalacağıq.

SUAL: Cənab Prezident, Ermənistanın xarici işlər naziri bəyan edib ki, sizin bu səfərinizdən sonra Ermənistan Prezidenti Robert Koçaryan da Amerikaya səfər edəcəkdir. Sizcə, həmin səfərin reallaşması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə hansısa təsir göstərə bilərmi?

CAVAB: Mən bu barədə bir şey deyə bilmərəm. Mənim Amerikaya səfərim bilavasitə Qarabağ probleminin nizamlanması ilə əlaqədar deyildi. Bu səfərin səbəbi tam başqadır. Səfər ikitərəfli münasibətlərin inkişafına yönəldilibdir. Qarabağ mövzusu səfərin, aparılan danışıqların sadəcə olaraq tərkib hissəsi idi. Yəni bə səfərin mahiyyəti, səbəbləri tam başqadır. Bizim strateji tərəfdaşlığımız Amerikanı Azərbaycanla birləşdirən siyasi, iqtisadi məsələlər, enerji təhlükəsizliyi, regionda sülhün bərqərar olması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi - məsələlərin geniş spektrinin müzakirəsi onu göstərir ki, aramızda çox yüksək əməkdaşlıq, qarşılıqlı anlaşma var. Beləliklə, bu bizə ümid verir ki, gələcəkdə strateji tərəfdaşlıq daha da güclənəcəkdir. O ki qaldı, Ermənistan Prezidentinin harasa səfərlərinə, bu məsələ məni maraqlandırmır.

SUAL: Cənab Prezident, tərəflər regionda sülhün və demokratiyanın bərqərar olması ilə bağlı hansısa öhdəliklər götürdülərmi?

CAVAB: Bilirsiniz, mən buraya öhdəlik götürməık üçün gəlməmişəm. Mən tam hüquqlu tərəfdaş kimi gəlmişəm, dost kimi gəlmişəm. Əlbəttə ki, söhbət zamanı bölgədə gedən proseslər, o cümlədən demokratik islahatlar müzakirə olundu. Bu baxımdan da, bu sahədə də bizim aramızda fikir ayrılığı yoxdur. Amerika çalışır ki, bölgədə demokratiya daha da geniş vüsət alsın, yayılsın. Bunu biz də istəyirik. Biz də istəyirik ki, bölgədə, o cümlədən Azərbaycanda demokratik proseslər daha da sürətlə getsin. Siyasi münasibətlər mədəni müstəvidə həll olunsun. Bu, əlbəttə, bizim hərtərəfli inkişafımıza böyük dəstək olacaq və bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsində də rol oynayacaqdır. Əlbəttə, bu məsələlər müzakirə olundu və bunlarla bağlı bizim aramızda heç bir fikir ayrılığı yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib