AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MACARISTANIN “DUNA” İCTİMAİ TELEVİZİYASININ YARADICI QRUPUNU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Prezident sarayında Macarıstanın “DUNA” İctimai Televiziyasının prezidenti Laslo Çelenin rəhbərliyi ilə yaradıcı qrupu qəbul etmişdir.
Dövlətimizin başçısı ikitərəfli münasibətlər, ölkəmizdə həyata keçirilən sürətli iqtisadi islahatlar, Azərbaycanın regionda rolu və digər məsələlərlə bağlı Macarıstan ictimaiyyəti üçün geniş məlumat vermişdir.