RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏŞHUR MUSİQİÇİ HERBİ HANKOOKU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Prezident sarayında məşhur musiqiçi Herbi Hankooku qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanda caz festivalının keçirilməsinin və Herbi Hankookun bu tədbirdə iştirakının ölkəmizin mədəni həyatında mühüm hadisə olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin böyük ənənələrə malik olduğunu bildirdi və bu sahənin inkişafına daim xüsusi diqqət göstərildiyini qeyd etdi.
Herbi Hankook ölkəmizə ilk dəfə səfər etdiyini bildirdi. Caz festivalının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdıran qonaq Azərbaycanda mədəniyyətin inkişafına dövlət tərəfindən verilən dəstəyin onda xoş təəssürat yaratdığını qeyd etdi.