Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Prezidenti Bronislav Komorovski ilə görüşmüşdür
Bakı, 5 mart (AZƏRTAC). Martın 5-də Əfqanıstana səfər edən Polşa Respublikasının Prezidenti Bronislav Komorovski yolüstü Bakıda olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Bronislav Komorovski ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]