AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QAZAXISTANIN BAŞ NAZİRİ DANİAL AXMETOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Prezident sarayında Qazaxıstan Respublikasının Baş naziri Danial Axmetovu qəbul etmişdir.
Baş nazir ölkəsinin Prezidenti Nursultan Nazarbayevin səmimi salamlarını Prezident İlham Əliyevə çatdırdı və İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu zirvə toplantısının yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə təşəkkürünü bildirdi.
Görüşdə iqtisadi əlaqələr, energetika, neft-qaz sahəsində əməkdaşlıq, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün konkret perspektivlər müzakirə olundu.