AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TACİKİSTANIN BAŞ NAZİRİ AKİL AKİLOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Prezident sarayında Tacikistan Respublikasının Baş naziri Akil Akilovu qəbul etmişdir.
Görüşdə hökumətlərarası komissiyanın yaradılmasının, müxtəlif sahələrdə imkanların öyrənilməsinin zəruriliyi vurğulandı və bildirildi ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün faydalıdır. Gələcəkdə yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsinə dair və ayrı-ayrı sahələri əhatə edən sənədlərin imzalanması nəzərdə tutulmuşdur.
Görüşdə hidroenergetika sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətin davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.