AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “THE WALL STREET JOURNAL”A MÜSAHİBƏ VERMİŞDİR
Davos, 27 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 27-də İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “The Wall Street Journal”ın müxbirlərinə müsahibə vermişdir.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu məsələ ilə bağlı fəaliyyəti, regional məsələlər, Azərbaycanda enerji sahəsində görülən işlər, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu və digər mövzularda suallara cavab verdi.
######
