AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ PARLAMENTİNİN KEÇMİŞ SƏDRİ HİKMƏT ÇƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Prezident sarayında Türkiyə parlamentinin keçmiş sədri Hikmət Çətini qəbul etmişdir.
“Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda beynəlxalq konfransın Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Hikmət Çətin belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsini ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurların təzahürü kimi dəyərləndirdi.
Prezident İlham Əliyev ölkəmizdə bu səpkidə beynəlxalq konfransların müntəzəm olaraq keçirilməsinin böyük əhəmiyyət daşıdığını və Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsində mühüm rolunu vurğuladı.