AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMAN-AZƏRBAYCAN FORUMUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜ
Münxen, 5 fevral (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Münxendə Alman-Azərbaycan Forumunun üzvləri ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı istiqamətində Forumun keçirdiyi tədbirlərin əhəmiyyəti vurğulandı.
Qeyd olundu ki, Alman-Azərbaycan Forumu ölkələrimiz arasında müxtəlif sahələrə dair yeni layihələr həyata keçirmək niyyətindədir və Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı fikirləri böyük maraq doğurur.
######
