Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN “BLOOMBERG” AGENTLİYİNƏ MÜSAHİBƏSİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN “BLOOMBERG” AGENTLİYİNƏ MÜSAHİBƏSİ

Bakı, 2 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda “Bloomberg” informasiya agentliyinə müsahibə vermişdir.

Həmin müsahibəni oxuculara təqdim edirik.

-Azərbaycan olduqca böyük neft hasilatçısıdır. Neftin qiyməti barədə nə düşünürsünüz?

-Hesab edirəm ki, hazırda qiymət ədalətlidir. Bu qiymət hasilatçıların və istehlakçıların tələbatlarına cavab verir və eyni zamanda, şirkətlərə sərmayə qoymaq imkanı yaradır. Çünki hazırkı səviyyədən aşağı olan qiymət şirkətlərə yeni işlənmə, kəşfiyyat və hasilat işlərinə sərmayə yatırmaqda çətinlik yaradır. Zənnimcə, bu qiymət tarazlıdır.

-Hazırda qiymətlər qalxmaqda davam edir, lap yüz dolları ötsün, məgər Siz bundan məmnun olmayacaqsınızmı?

-Neftin qiymətinin kəskin şəkildə qalxması büdcəmizə əlavə vəsaitlər verdi. Lakin, eyni zamanda, bu, ölkəmizdə olduqca yüksək inflyasiya yaratdı və istehlak qiymətləri də qalxdı. Ölkənin tarazlı şəkildə inkişafını təmin etmək və əhalinin sosial vəziyyətini daha da möhkəmləndirmək məqsədi ilə əlavə imkanlar əldə etmək üçün hesab edirəm ki, qiymət təxminən 90 və ya 100 dollar səviyyəsində olmalıdır. 70 dollar da yaxşı qiymətdir.

-Bilirik ki, təbii qaz Azərbaycanın gələcək inkişafı üçün çox önəmli amildir. “Qazprom” Azərbaycan qazını almaq təklifi ilə çıxış etmişdir. Onlar bu gün nə qədər həcmdə qazı almağı təklif ediblər və ölkəniz hazırda istismar olunan boru kəmərləri şəbəkəsi ilə nə qədər qazı ixrac etmək imkanındadır?

-Biz qazımızı müxtəlif istiqamətlərdə ixrac etməkdəyik. Bu, bizim üçün çox vacibdir, çünki biz qazın nəqli sahəsində maksimal şaxələndirməyə nail olmuşuq. Bildiyiniz kimi, şaxələndirmə nəinki istehlakçılar, o cümlədən hasilatçılar üçün də çox vacibdir. Beləliklə, biz qazı qonşu ölkələrə ixrac edirik və əlbəttə, hər hansı ölkə üçün yeni bazara çıxış şübhəsiz ki, çox vacibdir. Bizim “Qazprom”la sazişdə ixracın yuxarı həddi nəzərdə tutulmayıb. Biz belə razılığa gəldik ki, hansı həcmdə qaz təklif etsək, “Qazprom” bir o qədər də alacaqdır.

-Yəni istənilən qədər?

-Bəli.

-Ümumiyyətlə, sizdə olan mövcud boru kəmərləri şəbəkəsi ilə nə qədər qaz ixrac edə bilərsiniz? Yəni, nə qədər qazınız olarsa, bir o qədər?..

-Bu məsələdə ən mühüm amil hasilatın həcmidir. Bu gün biz bu həcmi elə bir səviyyədə saxlayırıq ki, ixrac etmək imkanımız olsun. Əgər bizim yeni ixrac imkanlarımız və bazarlar olarsa, əlbəttə ki, hasilatın artırılmasına böyük sərmayələr qoyacağıq. Biz qazı satmaq imkanımız olmadan hasilatı artırmaq üçün on milyardlarla dollar sərmayə qoya bilmərik.

-Rusiya da elə bunu edir. Rusiya tərəfi təklif edə biləcəyiniz qədər həcmi almağa hazır olduğunu bildirmişdir. Bu, əlavə sərmayələrin qoyulmasına imkan yaratmırmı, yəni sizin üçün bir növ “kart blanş” deyilmi?

-Bizim böyük ehtiyatlarımız vardır. Təbii qaz ehtiyatlarımızın təsdiqlənmiş həcmi 2 trilyon kubmetrdir. Bu həcm 5 trilyon kubmetr də ola bilər. Beləliklə, bizim özümüzü və eləcə də, dünyanın müxtəlif yerlərində tərəfdaşlarımızı ən azı yüz il qazla təchiz edə bilərik. Beləliklə, bununla bağlı bütün lazımi işlər görülməlidir. Bizim “Qazprom”la münasibətlərə gəldikdə, burada üstünlük ondan ibarətdir ki, aramızda heç bir tranzit ölkə yoxdur. Biz sadəcə həmsərhədik, infrastrukturumuz da vardır.

-Sizdən ən böyük qaz yatağı haqqında soruşmaq istərdim. Söhbət “Şahdəniz”dən gedir. Hazırda Azərbaycandan uzanan boru kəmərlərinin mövcud şəbəkəsi bu ən böyük qaz yatağının işlənilməsinin məhdudlaşdırılması və ya yubadılmasına səbəb ola bilərmi?

-Bu gün buna səbəb kimi təkcə mövcud infrastrukturun nəqletmə qabiliyyəti deyil, tranzitlə və qazımızın qiyməti ilə bağlı məsələləri də göstərmək olar. “Şahdəniz” yatağı dünyada ən böyük yataqlardan biridir. Bu yataq 1,2 trilyon kubmetr qaz ehtiyatına malikdir. Biz infrastrukturu genişləndirə bilərik və bunun üçün ya yeni qaz boru kəmərinin çəkilməsini, ya da mövcud boru kəməri şəbəkəsini genişləndirməyi planlaşdırırıq. Buna görə, bu gün mövcud boru kəmərləri şəbəkəsi məsələsi əsas maneə kimi qəbul edilməməlidir. Tranzit məsələsini həll etdikdən, ədalətli qiymətə nail olduqdan sonra Azərbaycan və onun tərəfdaşları olan xarici şirkətlər yeni infrastrukturun qurulması üçün milyardlarla dollar sərmayə qoyacaqlar.

-Siz tranzit və qiymət məsələlərinə toxundunuz. Siz bu amilləri Nabukko layihəsi üzrə razılaşma üçün və ya bu layihənin real bir layihəyə çevrilməsi üçün zəruri şərtlər kimi göstərirsinizmi?

-Əslində, Nabukko layihəsi “Cənub dəhlizi”nin əsas elementlərindən biridir. Bu layihə qazımızı Qərb bazarlarına çıxarmaq imkanı verə bilər. Buraya, Nabukko, TGİ (Türkiyə-Yunanıstan-İtaliya) və TAP (Transadriatik boru kəməri) layihələri daxildir.

-Yəni, Gürcüstan və Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çıxış?..

-Bəli. Buna görə tranzit məsələləri həll olunmadan infrastrukturun genişləndirilməsi haqqında danışmaq tezdir.

-Nabukko haqqında danışdıq. Siz bunu “Cənub dəhlizi” adlandırdınız, lakin mahiyyətcə bunlar eynidir. “Cənub dəhlizi” Azərbaycanda hasil olunan enerjidaşıyıcıların Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına nəqlini nəzərdə tutur. Sizin fikrinizcə, bu, həqiqətən baş tutacaqmı? Bu haqda müəyyən müddətdə söhbətlər gedir.

-Bunu demək çətindir. Çünki sizin də qeyd etdiyiniz kimi, bu haqda artıq uzun müddətdir ki, kifayət qədər söhbətlər gedir. Bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Birincisi, 2009-cu ilin may ayında siyasi bəyannamə imzalanıb. Azərbaycan da bu siyasi bəyannaməyə qoşulmuşdur. Bundan əlavə, Nabukko üzvləri arasında bu layihənin hansı formada irəliyə aparılması ilə bağlı razılaşma əldə edilmişdir. Bu layihəni irəli aparmaq üçün bir sıra elementlər mövcud olmalıdır. Birincisi, bunu etmək üçün güclü siyasi iradə olmalıdır. İkincisi, maliyyə vəsaiti olmalıdır. Öncə qeyd etdiyim kimi, tranzit məsələlərinin həll olunmaması ən əsas maneədir. Eyni zamanda, qazımız üçün bazar qiyməti razılaşdırılmalıdır.

-Siz qeyd etdiniz ki, əsas maneə qazın qiyməti və tranzit məsələsidir. Aydındır ki, Azərbaycan üçün tranzitlə əlaqədar ən böyük məsələ Türkiyə ilə bağlıdır. Türkiyəyə qazın satışı ilə bağlı razılaşma üzərində müəyyən müddətdir ki, iş gedir. Bu prosesi ləngidən nədir?

-Biz qazı Türkiyəyə ixrac edirik. “Şahdəniz” yatağının birinci fazasından ixrac edirik. Bu baxımdan, heç bir problemimiz yoxdur. Yeganə problem ondan ibarətdir ki, bu gün mövcud olan qiymət bazar qiymətinə uyğun deyildir və iqtisadi baxımdan bizim üçün sərfəli deyildir. Türkiyəli həmkarlarımız da qiymətin ədalətli olmadığını deyirlər. Beləliklə, qiymətlərə yenidən baxılmalıdır.

-Siz, Azərbaycanın Prezidenti kimi enerji müharibələri, alternativ enerji təchizatı marşrutları konsepsiyasından yaxşı xəbərdarsınız. Bununla bağlı Azərbaycanın siyasi mövqeyi necədir? Yəni, tutaq ki, Rusiya sizə deyir, bəli, bütün qazınızı verin, mən alıram. Bu, bizneslə bağlı məsələdir? Nəzəri baxımdan, əgər onlar sizin bütün qazınızı alsalar, onda sual yaranır - boru xətləri nəyə gərəkdir? Siz siyasi baxımdan Qərbi Avropa istehlakçısı üçün alternativ enerji təchizatı marşrutuna həqiqətən sadiqsinizmi, yoxsa, bu, Azərbaycanın milli maraqlarına cavab vermir?

-Bizə gəldikdə, bu, yüz faiz kommersiya xarakterli məsələdir. Mən sizə əvvəlki təcrübəmizdən söyləyə bilərəm ki, biz neft marşrutlarımızı şaxələndirəndə də, bu, kommersiya məsələsi idi, yəni bizə neftimizi Aralıq dənizinə çıxarmaq üçün əsas boru kəməri lazım idi. Bakı-Tbilisi-Ceyhan bu cür baş tutdu. Eyni zamanda, bizim iki digər boru kəmərimiz də vardır. Onlardan biri neftimizi Rusiyanın, digəri isə Gürcüstanın Qara dənizdəki sahillərinə çıxarır. Eyni vəziyyət qaz sahəsinə də aiddir. Bu, sırf kommersiya məsələsi olmalıdır. Nabukko layihəsinin problemlərindən biri ondan ibarətdir ki, məsələ həddindən artıq siyasiləşdirilir. Biz diqqətimizi kommersiya məsələlərinə cəmləşdirməliyik. Onlar cəlbedici, əsaslandırılmış və ədalətli olmalıdır. Hasilatçılar, istehlakçılar və tranzit ölkələr arasında maraqlar tarazlığı qorunmalıdır.

-Hər halda, bu gün Azərbaycanın çalışdığı qiymət məsələsi ən mühüm məsələdir?

-Bu, mühüm məsələlərdən biridir. Digər mühüm məsələ şaxələndirmədir. Biz yalnız bir marşrutdan asılılığa yol verə bilmərik.

-Sonuncu sual. Ermənistan ilə Azərbaycan arasında nə vaxt sülh olacaq?

-Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən çıxardığı andan etibarən sülh bərqərar oluna bilər.

-Çox sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var