Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşü
Paris, 18 sentyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.