Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

-Hörmətli xanımlar və cənablar!
Bu gün nümayiş etdirilən film açıq-aydın göstərir ki, regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Son üç il ərzində, demək olar ki, regionlarımızın siması dəyişdi. Bölgələrdə aparılan quruculuq, abadlıq işləri həm ölkə iqtisadiyyatına çox böyük töhfə verir, eyni zamanda, insanların həyat səviyyəsini yaxşılaşdırır. Proqram qəbul olunanda məhz bunlar bizim üçün əsas məqsədlər idi. İlk növbədə, Azərbaycanın hərtərəfli inkişafını təmin etmək, qeyri-neft sektorunu təmin etmək, eyni zamanda, insanları işlə təmin etmək məqsədləri qoyulmuşdu. Bu üç ilin təcrübəsi onu göstərir ki, biz bu istiqamətlərdə istədiyimizə nail ola bilmişik.
Son üç il ərzində 520 min yeni iş yeri açılmışdır. Bu o deməkdir ki, yeni müəssisələr yaradılır, insanlar işlə təmin olunur, işsizlik aradan qaldırılır, yerli istehsal yaranır və bu, idxalı əvəzləyir, ölkə iqtisadiyyatına böyük dəstək verilir, kənd təsərrüfatı inkişaf edir.
Beləliklə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının təsiri çoxşaxəlidir. Bunun həm siyasi, həm iqtisadi, həm də sosial mənası çox böyükdür. Mən çox şadam ki, bu üç il ərzində görülən işlər, doğrudan da, Azərbaycanın regionlarının inkişafına yenilik gətirdi. Regionda fəaliyyət göstərən insanlar çox fəaldırlar. Azərbaycan əhalisinin əksəriyyəti regionlarda yaşayır. Belə olan halda, biz diqqətimizi daha da artırmalıyıq, onlara hərtərəfli dəstək verməliyik.
Bu gün burada, birinci mərtəbədə sərgi ilə tanış olarkən bir daha gördüm ki, qısa müddət ərzində Azərbaycanda istehsal olunan məhsulların keyfiyyəti artır, müxtəlifliyi təmin olunur. Eyni zamanda, bu məhsullar ən yüksək dünya standartlarına cavab verir və həm Azərbaycan bazarını təmin edir, həm də ixrac olunur. Qeyri-neft məhsullarının ixracı getdikcə artmaqdadır. Əlbəttə ki, bunun müxtəlif səbəbləri var. Əsas səbəbi ondan ibarətdir ki, bizim qəbul etdiyimiz bütün proqramlar, o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı uğurla icra edilir. Çünki proqram qəbul olunarkən bütün vacib məsələlər öz əksini tapmışdır.
Bununla bərabər, əlbəttə, müxtəlif dövrlərdə bu proqrama dəyişiklik də edilirdi. Mənim rayonlara səfərlərim nəticəsində müxtəlif bölgələrin inkişafına dair əlavə olaraq 8 xüsusi sərəncam imzalanmışdır. O sərəncamlarda da açıq-aydın göstərilir ki, hansı işlər görülməlidir. Bizim proqramlarımız konkretdir, burada görüləcək işlər, onların maliyyə mənbələri müəyyən olunur, icraçı tərəf də müəyyən edilir və vaxt da qoyulur. Məhz buna görə biz bütün bu proqramların icrasında uğurlar əldə edə bilmişik. Düzdür, bəzi məqamlarda, bəzi hallarda proqramın icrası tam şəkildə təmin olunmur. Bu məqsədlə mütəmadi qaydada aidiyyəti orqanlar ilə müşavirələr keçirilir, məsələlər müzakirə edilir. Bu konfransın da məqsədi məhz bundan ibarətdir: ilk növbədə, görülən işlər haqqında hesabat vermək, görülən işlərə qiymət vermək, onları təhlil etmək, digər tərəfdən qüsurları aradan qaldırmaq. Çünki bildiyimə görə, bəzi hallarda proqramda nəzərdə tutulmuş məsələlər öz həllini tapmır. Bunun müəyyən müxtəlif səbəbləri var. Deyə bilərəm ki, həll olunmayan bu məsələlər çox cüzi faiz təşkil edir. Amma mən istəməzdim ki, hansısa həll olunmayan məsələ qalsın. Ona görə konfransda gərgin iş aparılmalıdır və ilk növbədə, biz çatışmayan cəhətlər üzərində dayanmalıyıq.
Azərbaycanın hərtərəfli inkişafı müxtəlif mənbələrdən qaynaqlanır. Regionların sosial-iqtisadi inkişaf proqramı onun bir hissəsidir. Bu proqram, eyni zamanda, iqtisadiyyatda gedən ümumi meyillərin təzahürüdür. Çünki ildən-ilə artan iqtisadi potensial, möhkəmlənən iqtisadiyyat, artan büdcəmiz bu proqramın icrasına da kömək göstərir. Bildiyiniz kimi, dövlət həm prioritet istiqamətləri müəyyən edir, eyni zamanda, sahibkarlığın inkişafı üçün də praktik işlər görür.
Biz dövlət büdcəmizdə sahibkarlığın inkişafına yönəldilmiş məsələləri əks etdiririk. Güzəştli şərtlərlə kreditlərin verilməsi sahibkarlığın inkişafına böyük dəstəkdir. Buna mənəvi və siyasi dəstəyi də əlavə etsək, görərik ki, Azərbaycan dövləti bu sahəyə öz konkret töhfəsini verir. Azərbaycanda iqtisadi artım dünyada analoqu olmayan səviyyəyə gəlib çatıbdır. Son iki il ərzində iqtisadi artım müvafiq surətdə 26 və 35 faiz olmuşdur. Bu il də yəqin ki, haradasa, bu səviyyədə olacaqdır. Yenə də demək istəyirəm ki, büdcə gəlirləri çox kəskin şəkildə artmışdır. Əgər biz proqramı qəbul edəndə büdcə xərcləri təxminən 1,4 milyard dollar səviyyəsində idisə, 2007-ci ildə bu 6,5 milyard dollar səviyyəsində və bundan da artıq olacaqdır. Yəqin ki, bir neçə aydan sonra büdcəyə yenidən baxılmalıdır. Çünki bizim əlavə gəlir mənbələrimiz aşkar olunub və büdcəmiz daha da artacaqdır. Bu da, öz növbəsində, ölkədə geniş infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradır. Əgər biz bölgələrin inkişafını istəyiriksə, infrastruktur layihələrini icra etməliyik. Burada filmdə göstərildi ki, təkcə 2006-cı ildə Azərbaycanda 4 yeni elektrik stansiyası tikilibdir. Buna böyük ehtiyac var. Azərbaycan iqtisadiyyatı artır, yeni iş yerləri açılır, müəssisələr fəaliyyətə başlayır, fərdi tikinti sürətlə gedir. Bütün bunlar əlavə enerji mənbəyi tələb edir. Elektrik stansiyalarının tikintisi bütün iqtisadiyyata güclü təkan verir. Həm magistral, həm şəhərlərarası, həm də kənd yollarının çəkilməsi - bütün bunlar iqtisadi artıma birbaşa təsir edən məsələlərdir.
Yəni, dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir, sahibkarlara siyasi dəstək verir, onları müdafiə edir, hər il onlara güzəştli şərtlərlə təxminən 100 milyon dollar səviyyəsində kreditlər ayırır. İnfrastruktur layihələrini həyata keçirir və bölgələrdə sosial infrastrukturun möhkəmlənməsi üçün fəal iştirak edir ki, insanlar bölgələrdən şəhərlərə gəlməsinlər. Yəni, Azərbaycanda miqrasiya prosesləri azalıbdır. Mən çox istərdim ki, tamamilə dayandırılsın. Biz bölgələrdə elə şərait yaratmalıyıq ki, heç kim şəhərlərə gəlmək istəməsin. Bu məqsədlə məktəblər, xəstəxanalar, digər sosial obyektlər tikilir, bütövlükdə bölgələr abadlaşdırılır. İndi bölgələrdə, rayonlarda olan insanlar bu dəyişiklikləri görürlər, şəhərlərimiz, rayonlarımız abadlaşır. Mənim də tələbim ondan ibarətdir ki, bütün işlər ən yüksək səviyyədə görülməlidir. Bakıda hansı səviyyədə görülürsə, ən ucqar rayonda da belə səviyyədə görülməlidir. Çünki mən istəyirəm ki, Azərbaycan müasir dövlətə çevrilsin və bu müasirlik müxtəlif meyarlarla, o cümlədən keyfiyyətlə ölçülür. İş gərək keyfiyyətli görülsün. Beləliklə, biz ölkəmizi gücləndirəcəyik. Bizim çox gözəl imkanlarımız vardır.
Bir daha demək istəyirəm ki, Azərbaycanda iqtisadi artım ən yüksək səviyyədədir və bu göstəriciyə görə biz dünyada lider ölkəyik. Ancaq Prezident kimi məni daha çox sevindirən başqa rəqəmlərdir. Məni daha çox sevindirən odur ki, Azərbaycanda son üç il ərzində yoxsulluq şəraitində yaşayanların sayı kəskin şəkildə azalıbdır, 49 faizdən 20 faizə enibdir. Bu onu göstərir ki, bizim bütün iqtisadi islahatlarımız insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilibdir.
Biz hamımız bilirik, siz də bilirsiniz ki, keçid dövründə yaşayan ölkələrdə çox ciddi iqtisadi islahatlar, ilk növbədə, insanların həyat səviyyəsinə mənfi təsir göstərir. Biz Sovet İttifaqının təcrübəsini unutmamışıq. Sovet İttifaqı dağılanda, yeni ictimai-siyasi quruluşa başlayanda, demək olar ki, sovet xalqı - keçmiş müttəfiq respublikalarda yaşayan insanlar tamamilə müflisləşmişdi. Çünki bu iqtisadi islahatlar, bir tərəfdən, ölkənin inkişafına lazım idi, digər tərəfdən, insanlara çox böyük əziyyətlər gətirmişdir. Bizim isə iqtisadi islahatlarımız, tam şəkildə bazar iqtisadiyyatı prinsiplərinə əsaslanmış siyasətimiz, ilk növbədə, sosial yönümlüdür. Məhz buna görə iqtisadi islahatların icrası nəticəsində yoxsulların sayı artmayıb, olduğu kimi qalmayıb, azalıb, özü də kəskin şəkildə.
Bu, eyni zamanda onu göstərir ki, bizim uğurlu neft strategiyamız da öz bəhrəsini verməkdədir. 1994-cü ildə bu salonda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi”nin icrası nəticəsində böyük işlər görülübdür və Azərbaycan böyük neft-qaz hasil və ixrac edən ölkəyə çevrilir. Ancaq biz tarixdən və neft hasil edən bəzi başqa ölkələrin təcrübəsindən onu da bilirik ki, neft-qaz heç də bütün hallarda xoşbəxtlik, rifah, ədalət gətirmir. Bəzi hallarda neft-qaz hasil edən ölkələrdə kiçik bir təbəqə varlanır, əksəriyyət isə kasıblaşır. Ancaq Azərbaycanda, ilk növbədə, şəffaflığın təmin olunması, Neft Fondunun yaradılması, Şəffaflıq təşəbbüsünə qoşulmağımız və liderliyimiz ona gətirib çıxarıb ki, Azərbaycanda neft gəlirləri ədalətli bölünür. Yəni xalq tərəfindən bölünür. Bu qərarı xalq verir. Çünki məsələ Milli Məclisdə müzakirə olunur və xalq da Milli Məclisə seçdiyi nümayəndələr vasitəsilə bu məsələləri həll edir. Ona görə neft strategiyamız uğurludur ki, Azərbaycan xalqına xidmət edir. Əlbəttə, neft kəmərlərinin, qaz kəmərlərinin tikintisi, bütün strateji və geosiyasi məsələlərin çox ağır şəraitdə həlli - bütün bunlar bizim böyük nailiyyətlərimizdir. Amma bununla bərabər, əsas uğur odur ki, Azərbaycan xalqı bundan faydalanır. Bizim ildən-ilə artan büdcəmiz, artan iqtisadi imkanlarımız bizə şərait yaradır ki, yaxşı işləyək. Şərait yaradır ki, quraq, yaradaq, tikək, ölkəmizi abadlaşdıraq, güclü infrastruktur tədbirləri görək. Beləliklə, Azərbaycanın gücü artır.
Bu yaxınlarda Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair üçtərəfli sazişin bağlanması bizim qələbəmizdir. Azərbaycan, Türkiyə, Gürcüstan xalqlarının qələbəsidir. Bunun çox böyük strateji və tarixi əhəmiyyəti var. Biz özümüzü dəmir yolu vasitəsilə Türkiyə ilə birləşdiririk. Biz bu yol ilə özümüzü Avropa ilə birləşdiririk. Azərbaycan ərazisi ilə Asiyadan Avropaya və əksinə, yüklər keçəcəkdir. Sözün əsl mənasında, tranzit ölkəyə çevrilirik. Əgər buna bizim tərəfimizdən yaradılmış enerji dəhlizlərini də əlavə etsək görərik ki, Azərbaycanın strateji əhəmiyyəti artır. Əhəmiyyət artdıqca, əlbəttə, ölkənin bütün problemləri daha da asanlıqla öz həllini tapacaqdır.
Bizim düşünülmüş proqramlarımız, siyasətimiz var. Bu siyasət uğurla icra olunur və açıq-aydın bəyan edilibdir. 2003-cü ildə verilmiş bütün vədlər həyatda öz əksini tapır. Beş il ərzində 600 min yeni iş yerinin açılması bəyan edilmişdi və artıq onların 520 mini yaradılıbdır.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başa çatdırılması, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin başa çatdırılması, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması, tikintisi məsələləri o vaxt bəyan edilibdir. İndi biz bunun həyata keçirilməsini görürük. Bütün başqa sahələrdə görürük - iqtisadi, siyasi, sosial məsələlərin həlli, insanların rifah halının yaxşılaşdırılması, maaşların, pensiyaların qaldırılması. Son üç il ərzində Azərbaycanda minimum əməkhaqqı bir neçə dəfə qaldırılıbdır. Düzdür, hələ ki, onun səviyyəsi bizi tam qane edə bilməz. Prezident kimi məni qane edə bilməz. Çünki mən istəmirəm ki, Azərbaycanda kimsə maddi cəhətdən əziyyət çəksin. Mən istəyirəm ki, hamı yaxşı yaşasın, hamının geniş imkanları olsun və buna nail olacağıq. Amma bu dinamika onu göstərir ki, bizim siyasətimiz uğurludur.
Biz çalışırıq ki, özəl sektor inkişaf etsin. Əgər rəqəmlərə nəzər salsanız görərsiniz ki, son üç il ərzində özəl sektorun ümumi daxili məhsuldakı payı 73 faizdən 81 faizə qalxıbdır. Bu onu göstərir ki, biz Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərini tam şəkildə tətbiq edirik. Azərbaycan iqtisadiyyatı, demək olar ki, tam şəkildə müasir metodlarla, üsullarla idarə olunur. Biz özümüzü həm siyasi cəhətdən, həm də iqtisadi cəhətdən dünyaya inteqrasiya edirik. Beynəlxalq təşkilatlarla uğurlu və qarşılıqlı maraq əsasında əməkdaşlıq edirik. Azərbaycan öz tərəfindən bu əməkdaşlığa töhfəsini verir.
Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir və hər bir iqtisadi inkişafın təməlində məhz siyasi sabitlik amili dayanır. Uzağa getmək lazım deyil, sadəcə, bəzi ölkələrin uzaq və yaxın tarixinin təcrübəsinə nəzər salmaq kifayətdir. Harada siyasi sabitlik pozulur, xaos yaranır, orada dərhal iqtisadi məsələlər çətinləşir və iqtisadiyyat tənəzzülə uğrayır. Nəticədə insanlar əziyyət çəkirlər və problemlər yaranır. Harada sabitlik var, ictimai-siyasi vəziyyət müsbətdir, orada inkişaf var. Bütün bunlar bir-biri ilə sıx bağlı olan məsələlərdir. Ona görə Azərbaycanın üstünlüyü məhz bundadır. Bizdə həm siyasi proseslər düzgün istiqamətdə inkişaf edir və Azərbaycan xalqı tərəfindən bu siyasət dəstəklənir, həm də iqtisadi sahədə ölkəmiz, deyə bilərəm ki, dünyada analoqu olmayan sürətlə inkişaf edir.
İkinci belə ölkə yoxdur ki, çox qısa müddətdə öz büdcə gəlirlərini beş dəfə artırsın və belə böyük həcmdə iqtisadi artıma nail ola bilsin. Deyə bilərəm ki, 2005-2007-ci illərdə biz ümumi daxili məhsulun həcmini təxminən iki dəfə artıracağıq. Ölkələr var ki, bunu etmək üçün onlara 20-30 il vaxt lazımdır. Amma biz bunu maksimum üç ilə, üç il yarıma edəcəyik. Bu nə deməkdir? Bəlkə də, bunu sizə demək yersizdir, çünki burada oturanların əksəriyyəti iş adamlarıdır, bizneslə məşğuldurlar. Bütün bu iqtisadi məsələləri yaxşı bilirlər və yaxşı görürlər ki, indi Azərbaycanda bizneslə məşğul olmaq üçün yaxşı şərait var. Dövlət biznesi dəstəkləyir. Prezident kimi mən bütün hallarda biznes mühitinin yaxşılaşdırılması üçün əlimdən gələni edirəm. Biz gərək həm xarici investisiyaları təşviq edək, həm də yerli investisiyaları. O da çox sevindiricidir ki, artıq yerli investisiyalar, onların çəkisi ümumi investisiya portfelində artır və daha da artacaqdır.
Təbii ki, bunun içində dövlət xətti ilə investisiyalar kifayət qədərdir. Biz 2007-ci il üçün dövlət investisiya proqramını tərtib etmişik. Orada təxminən 1,5 milyard manat səviyyəsində sərmayə qoyuluşu nəzərdə tutulur. Dövlət İnvestisiya Şirkətinin yaradılmasının məqsədi də ondan ibarətdir ki, biz özəl sektora bir az da dəstək verək, təkan verək. Biz Dövlət İnvestisiya Şirkətini nə üçün yaratdıq? Ona görə ki, o, 100 milyon manat nizamnamə kapitalı ilə başqa yerlərdən investisiyalar cəlb etsin, investorları əmin etsin, onları arxayın etsin ki, Azərbaycanda onların investisiyaları batmayacaqdır.
Bir sözlə, biz vaxtilə neft sektorunda necə vəziyyət yaratmışdıqsa, indi qeyri-neft sektorunda da elə vəziyyət yaratmalıyıq. Mənim yaxşı xatirimdədir, 1994-cü ildən sonra müxtəlif fikirlər var idi ki, xarici şirkətlər gələcək, bizim neftimizi aparacaqlar, gərək bizim neftimiz suyun dibində qalsın, gələcək nəsillər üçün saxlayaq. Biz gərək heç kimə heç bir güzəşt etməyək, o nefti özümüz hasil etməliyik. Əgər o vaxt bu fikirlər üstünlük təşkil etsəydi, Azərbaycanın indiki durumunu təsəvvür etmək çətin olardı.
Məhz bizim siyasətimiz, Heydər Əliyevin siyasəti, onun neft strategiyası ölkəmizə bütün bu imkanları yaradıbdır. Təsəvvür edin, əgər 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə müqavilə imzalanmasaydı, biz bu gün haradan qaz alacaqdıq? Bu problem daha hansı ciddi problemlərə gətirib çıxaracaqdı? Əgər “Azəri”, “Çıraq” yataqları üzrə müqavilə imzalanmasaydı, Azərbaycan iqtisadiyyatı nəyin hesabına indi bu yüksək sürətlə inkişaf edəcəkdi?! Biz nəyin hesabına büdcəmizi dolduracaqdıq və bütövlükdə, Azərbaycan hansı səviyyədə olacaqdı? Azərbaycanda siyasi və başqa problemlər çoxalacaqdı. Çünki bizim yerləşdiyimiz bölgənin öz xüsusiyyətləri var və biz güclü olmalıyıq. Öz siyasətimizi, müstəqil siyasətimizi aparmaq üçün biz güclü olmalıyıq. Bu güc də bizdə var. Haradandır? İqtisadi potensialdan və xalqın iqtidarla olan birliyindən!
Son üç il ərzində Azərbaycanda proseslər təxminən bu çərçivələrdə getmişdir. Bu təcrübə uğurludur. Əlbəttə ki, ölkənin böyük problemləri var, biz də bunları bilirik və çalışırıq ki, həll edək. İqtisadi problemlər kifayət qədərdir. Bəzi hallarda Azərbaycanda sosial ədalət prinsipləri pozulur və bu, Prezident kimi məni çox incidir. Çünki bütün işlərdə ədalət olmalıdır. Hamı bilməlidir ki, ədalət zəfər çalmalıdır və cəmiyyət ədalətli olmalıdır, qanunlar işləməlidir. Biz hüquqi dövlət yaradırıq. Nə üçün? Ona görə yox ki, bizə kimsə bunu tövsiyə edir. Ona görə ki, biz istəyirik Azərbaycanın uzunmüddətli inkişafı təmin olunsun. O cümlədən biznes mühitinin yaxşılaşdırılması üçün mütləq və mütləq hüquqi dövlət yaradılmalıdır. Hələ biz deyə bilmərik ki, bunu yaratmışıq. Hələ ki, kifayət qədər ədalətsiz qərarlar var, müdaxilələr var, o cümlədən biznesə müdaxilələr var. Mən hər dəfə deyirəm ki, buna son qoyulmalıdır. Hər dəfə iş adamlarını çağırıram ki, əgər belə hallar varsa, müraciət etsinlər. Mənə ünvanlanan bütün müraciətlər çatır. Bilirəm ki, ölkədə nələr baş verir, həm məlumat alıram, həm də bölgələrdə oluram. Yəni, bu problemlər də həll olunmalıdır. Əgər biz istəyiriksə doğrudan da müasir dövlət, güclü siyasi sistem yaradaq, mütləq qanunun aliliyi təmin edilməlidir. Bu işdə biz hamımız fəal olmalıyıq. Bu məsələni təkcə yuxarıdan tətbiq etmək olmaz. Elə məsələ var ki, Prezidentin qərarları, hökumətin qərarları bunda həlledicidir. O cümlədən müxtəlif proqramların icrası da bunu göstərir. Elə məsələlər var ki, bütün cəmiyyət burada iştirak etməlidir. Çünki bunlar gərək bütün cəmiyyəti cəlb etsin və daha da fəal etsin.
Ona görə hələ kifayət qədər həll olunmamış problemlər var. Bu problemlər təkcə infrastruktur çatışmazlığı ilə bağlı deyildir. Digər dərin problemlər var. Onların böyük əksəriyyəti keçmişdən, yəni sovet keçmişindən qalan məsələlərdir. Deyə bilərəm ki, bütün bunlar postsovet ölkələri üçün adi haldır. Biz çalışmalıyıq ki, bunları aradan qaldıraq. Bu, çətindir, bəzi hallarda müqavimətlə rastlaşır. Ancaq biz bunu etməliyik və edirik də. Azərbaycanın 15 illik müstəqillik dövrü göstərib ki, biz müstəqil, suveren dövlət kimi yaşayırıq. Azərbaycan xalqı öz gələcəyini özü, istədiyi kimi müəyyən edir və Azərbaycan xalqının iradəsi görülən bütün işlərdə əsasdır. Ən vacibi bundan ibarətdir.
Onu da bilirik ki, bizi gözəl perspektivlər gözləyir. Çünki Azərbaycan öz neft-qaz potensialının işə salınması işində yalnız ilkin mərhələdədir. Yəni, hələ bizi gözləyən səviyyəyə tam çatmamışıq. 2007-2008-ci illərdə Azərbaycanda neft-qaz hasilatı kəskin şəkildə artacaq, bizə əlavə imkanlar yaradacaqdır. Biz də elə etməliyik ki, bu əlavə imkanlar mütləq və mütləq ölkəmizin hərtərəfli inkişafına, Azərbaycan xalqının rifah halının yaxşılaşmasına yönəldilsin. Bunu da edirik.
Bütövlükdə, mən gələcəyə çox böyük nikbinliklə baxıram. Görəndə ki, bizim həm ölkədaxili, həm də regional bütün təşəbbüslərimiz icra olunur, görəndə ki, bizim təşəbbüslərimizə qoşulanların sayı çoxalır, deməli, Azərbaycanın önəmi artır. Ən əsası isə, ölkə daxilində bütün istiqamətlərdə gördüyümüz işlər öz nəticələrini verir. Amma mən istəyirəm ki, daha da tez versin. Mən ona görə bütün hökumət üzvlərini, iş adamlarını tələsdirirəm ki, tez edin, ancaq keyfiyyətli iş görün. Elə edin ki, tələbatımızı tam şəkildə ödəsin. Elə edin ki, dünyanın ən yüksək standartları Azərbaycanda tətbiq olunsun. Nə üçün biz hansısa aşağı standartlarla yaşamalıyıq? Nə üçün Azərbaycan xalqı yaxşı yaşamamalıdır? Biz buna layiqik. Buna intellektual potensialımız da, maddi imkanlarımız da çatır.
Məni çox üzür və incidir ki, yenə də Azərbaycan əhalisinin 20 faizi yoxsulluq səviyyəsindədir. Düzdür, yenə demək istəyirəm ki, yoxsulların sayı kəskin şəkildə düşübdür. Amma 20 faiz az deyil. Nə üçün bizim insanlarımız yoxsulluq şəraitində yaşamalıdırlar? Biz onlara necə kömək edək? Necə edək ki, onlar yoxsulluqdan çıxsınlar, yaxşı yaşasınlar, onların ailələrinin üzü gülsün? Necə? Məni düşündürən budur və bunu etmək üçün biz hamımız işləməliyik. İş adamları, dövlət, bütün yerli icra orqanları - hamımız birgə işləməliyik. Əlbəttə ki, təbiidir, - bütün ölkələrdə belədir, - iş adamları öz biznesləri haqqında düşünməli, biznesi inkişaf etdirməlidirlər. Eyni zamanda, imkanı olanda çətin vəziyyətdə yaşayanlara da əl uzatmalıdırlar. Mən belə biznes, iş adamlarını təqdir edirəm və sizi də bu işlərə çağırıram.
Sizə deyə bilərəm ki, Azərbaycan Prezidenti kimi mən bundan sonra da ölkədə biznesin inkişafı üçün əlimdən gələni edəcək və bütün lazımi tədbirləri görəcəyəm. Güclü infrastrukturun yaradılması üçün də bütün qərarlar verilib və veriləcəkdir. Sosial məsələlərin həlli üçün qərarlar verilib və veriləcəkdir. Sizdən, yəni iş adamlarından ancaq bir şey tələb olunur: keyfiyyətli iş görülməli, Azərbaycana sərmayə qoyulmalıdır. Əgər sizə hansısa iş üçün, fəaliyyət üçün məhsul almaq lazımdırsa və bu məhsul Azərbaycanda istehsal olunursa və keyfiyyətcə yaxşıdırsa, Azərbaycan məhsulunu alın. Sizin şirkətlərinizdə çalışan insanlara da yaxşı baxın, onların həm iş şəraiti yaxşı olmalıdır, yüksək maaş almalıdırlar və həm də onlara münasibət yüksək olmalıdır. Belə olan halda, Azərbaycanın qarşısında heç bir problem qalmaz.
Mən sizə deyə bilərəm ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası nəticəsində və dövlət tərəfindən verilən bütün imtiyazlar, kreditlər, investisiya şirkətinin, “Aqrolizinq”in yaradılması, texnikanın alınması, kəndlilərə gübrə və yanacaq almaq üçün 80 milyon manat həcmində vəsaitin ayrılması çox böyük təkan verəcəkdir. Bu təkan elə güclü olacaq ki, artıq bundan sonra çarx sürətlə fırlanacaqdır. Biz isə öz tərəfimizdən biləndə ki, o, bir az yavaşıyır, onda daha da böyük dəstək verəcəyik. Burada dövlətlə biznes bir olmalıdır. Çünki bizim məqsədlərimiz birdir və istəyimiz də birdir - ölkəmiz möhkəmlənsin və hər bir vətəndaş yaxşı yaşasın.
Mən ümid edirəm ki, bugünkü konfransın, - burada bütün rayonların icra hakimiyyəti başçıları da iştirak edirlər, onların hamısını mən Bakıya çağırmışam, - birinci hissəsi başa çatandan sonra bölmələrdə iş gedəcəkdir. Çox açıq fikir mübadiləsi aparılmalıdır. Əlbəttə, bir daha deyirəm ki, görülən işlər haqqında hesabat verilməli, təhlil aparılmalıdır: bundan sonra nə kimi işlər görüləcək və əsas hansı problemlər çətinlik yaradır. Ona görə mən istəyirəm ki, bugünkü konfrans çox açıq və işgüzar şəkildə keçsin və biz 2007-ci il üçün nəzərdə tutduğumuz bütün məsələləri həll edək.
Bununla da mən öz sözümü yekunlaşdırıram. İndi söz verilir iqtisadi inkişaf naziri Heydər Babayevə.
                                                                                 X X X
Regionların sosial-iqtisadi inkişafı proqramının ölkənin tərəqqisində yeni mərhələnin başlanğıcını qoyduğunu vurğulayan iqtisadi inkişaf naziri HEYDƏR BABAYEV üç ildə görülmüş işlərin müzakirəsinə həsr olunmuş konfransda dövlətimizin başçısının iştirakını regionların inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin bariz nümunəsi kimi səciyyələndirdi. O, müstəqilliyin ilk illərində ölkəmizin qarşılaşdığı problemlərin həlli ilə bağlı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyanın həyata keçirilməsinin indi də uğurla davam etdirildiyini bildirərək dedi:
-Müstəqilliyimizin ilk illərində müxtəlif amillərin təsiri altında ölkəmizdə dərin sosial-iqtisadi böhran vəziyyəti yaranmış, sənaye və kənd təsərrüfatı istehsalı tənəzzülə uğramış, əhalinin güzəranı pisləşmişdi.
Ermənistanın hərbi təcavüzünün nəticələri, o cümlədən doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın Azərbaycanın müxtəlif bölgələrinə üz tutması sosial-iqtisadi vəziyyətin ağırlaşmasına səbəb olmuş, işsizliyin səviyyəsini daha da artırmışdı.
Xalqımızın ümummilli lideri Heydər Əliyev bu problemlərin həlli məqsədi ilə həmişə regionların inkişafına xüsusi diqqət yetirmiş, onun bilavasitə təşəbbüsü ilə torpaq islahatının aparılması, aqrar sahənin vergilərdən azad edilməsi, vaxtı keçmiş borcların silinməsi, müxtəlif qanun və proqramların həyata keçirilməsi ilə bağlı çox əhəmiyyətli işlər görmüşdür.
Təbii ki, ölkəmizin sosial-iqtisadi inkişafı sürətləndikcə, qarşımızda duran vəzifələr də mahiyyət etibarilə böyüyür və dəyişir. Bu vəzifələrdən biri də hazırda ölkənin iqtisadi inkişafının davamlılığının təmin edilməsindən, xüsusilə regionların inkişafının sürətləndirilməsindən ibarətdir.
Məhz bu səbəbdən, prezident seçkiləri zamanı cənab İlham Əliyev regionların inkişafını, 5 il ərzində 600 min iş yerinin açılmasını özünün sosial-iqtisadi platformasının başlıca hədəflərindən biri kimi müəyyənləşdirmiş və 2004-cü ilin fevral ayında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını təsdiq etmişdir.
Bununla yanaşı, son iki ildə ayrı-ayrı bölgələrin inkişafı ilə bağlı əlavə tədbirlər barədə 8 xüsusi sərəncam imzalanmışdır. Əvvəlki illərdə olduğu kimi, 2006-cı ildə də ölkə başçısı regionların inkişafını daim diqqət mərkəzində saxlamış, 28 şəhər və rayonda, habelə Naxçıvan Muxtar Respublikasında səfərlərdə olmuş, istehsal və xidmət müəssisələrinin açılışında, təməlqoyma mərasimlərində şəxsən iştirak etmişdir. Sözsüz ki, rayonların sosial-iqtisadi inkişafına göstərilən bu qayğı proqramın uğurlu icrasının həlledici amili olmuşdur.
Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin mühüm bir hissəsi qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır. Qeyd etməliyəm ki, ötən 3 il ərzində Milli Məclis regionların inkişafına yönəldilmiş xeyli qanunlar qəbul etmişdir. Bu il də yeni qanunların qəbul edilməsi, mövcud qanunvericilik aktlarının beynəlxalq tələblərə uyğunlaşdırılması davam etdiriləcəkdir.
Regionların inkişafının ən mühüm şərtlərindən biri ümumi makroiqtisadi mühitin əlverişli olmasıdır. 2006-cı ildə makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, iqtisadiyyatın idarə olunmasının təkmilləşdirilməsi, enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi, dolayı subsidiyaların azaldılması, iqtisadi cəhətdən əsaslandırılmış tariflərin və qiymətlərin müəyyənləşdirilməsi, məşğulluğun artırılması, bank sisteminin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, əməkhaqqı və pensiyaların artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Bunun nəticəsində inkişaf sürətinə görə dünya ölkələri arasında ön sıralara çıxmış Azərbaycanda ötən il ümumi daxili məhsulun artımı, cənab Prezidentin qeyd etdiyi kimi, 35 faiz təşkil etmiş, onun adambaşına düşən həcmi 2120 manata, ÜDM-də qeyri-dövlət sektorunun xüsusi çəkisi 81 faizə çatmışdır.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, proqram qəbul edildikdən sonra bütün dövlət idarəetmə orqanlarında regionlara münasibət köklü şəkildə dəyişmiş, regional inkişaf həyata keçirilən iqtisadi siyasətin əsas hədəfinə çevrilmişdir. Təsadüfi deyil ki, dövlət büdcəsi hesabına həyata keçirilən proqramlarda regionların xüsusi çəkisi durmadan artır. Məsələn, 2006-cı ildə dövlət investisiya xərclərində regionlardakı layihələrin həyata keçirilməsinə ayrılan vəsaitin ümumi məbləği 2005-ci ildəkindən 6 dəfə çox olmuşdur.
Cari ildə də Səngəçalda modul tipli elektrik stansiyasının, Oğuz-Qəbələ-Bakı su xəttinin, Yuxarı Mil kanalının, Tovuzçay və Şəmkir su anbarlarının, Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun inşası, Lənkəran və Zaqatala hava limanlarının yenidən qurulması, səhiyyə, təhsil, idman müəssisələrinin, şəhid və əlil ailələri üçün yaşayış binalarının tikintisi və digər layihələrin icrası planlaşdırılır.
Dövlət proqramı qəbul edildikdən sonra bütün bölgələrdə yeni-yeni müəssisələr fəaliyyətə başlayır, quruculuq və abadlıq işləri uğurla davam etdirilir. “Gülüstan” sarayının birinci mərtəbəsində təşkil olunmuş sərgi, habelə nümayiş etdirilmiş film bunu əyani şəkildə bir daha göstərir. Təkcə 2006-cı ildə İmişlidə şəkər zavodu, Lənkəran və Salyanda süd emalı zavodları, Lənkəranda tikiş fabriki, Gəncədə “Jardin Royal” şokolad fabriki, Sumqayıtda “Azkompozit” boru istehsalı zavodu və digər müasir müəssisələr fəaliyyətə başlamışdır.
Ümumiyyətlə, ötən il 407 emal müəssisəsi, 722 tikinti müəssisəsi, 500-ə yaxın kənd təsərrüfatı müəssisəsi, 1000-dən çox ticarət və xidmət müəssisəsi açılmışdır ki, bunun da 40 faizi regionların payına düşür. Yeni emal müəssisələrinin fəaliyyətə başlaması, habelə cənab Prezidentin təşəbbüsü ilə kənd təsərrüfatı istehsalçılarına vergi güzəştlərinin müddətinin uzadılması, dövlət büdcəsinin vəsaitləri hesabına texnika və gübrə alınaraq, əlverişli şərtlərlə fermerlərə verilməsi kənd təsərrüfatı istehsalının artırılmasına, regionlarda əhalinin güzəranının yaxşılaşmasına müsbət təsir göstərmişdir. Bununla yanaşı, bu yaxınlarda cənab Prezidentin sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsindən 80 milyon manat vəsaitin ayrılması rayonlarda yaşayan vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Bütünlükdə, görülən işlərin nəticəsində indiyədək 520 mindən çox iş yeri açılmışdır ki, bunun da 360 mini daimi iş yeridir. Təkcə 2006-cı ildə 174 minə yaxın yeni iş yeri yaradılmışdır və bunun 80 faizindən çoxu regionların payına düşür.
Heydər Babayev proqrama uyğun olaraq, rayonlarda infrastrukturun təkmilləşməsi, əhalinin su, qaz, elektrik enerjisi ilə təchizatı, yeni məktəblərin tikintisi, suvarma-drenaj şəbəkələrinin bərpası və digər nəhəng işlərin bölgələrin əhalisinin sosial vəziyyətinin yaxşılaşmasına yönəldildiyini söylədi.
Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri FAMİL SEYİDOV ölkəmizin ümumi inkişafı fonunda muxtar respublika iqtisadiyyatının və sosial həyatının özünəməxsusluğu ilə seçildiyini bildirdi. O, bu amili Naxçıvanın 16 ildir blokada şəraitində yaşaması ilə əlaqələndirərək dedi ki, buna baxmayaraq, muxtar respublika inkişaf edir. İqtisadi və sosial sahələrdə baş verən dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər yüksələn xətlə davam edir. İnkişafın mühüm göstəricisi olan ümumi daxili məhsulun həcminin 2005-ci illə müqayisədə 105,2 milyon manat və ya 27 faiz artaraq, 405,7 milyon manat təşkil etməsi bu inkişafın əyani ifadəsidir.
Ötən illə müqayisədə sənaye məhsulunun ümumi həcmi 29 milyon manat və ya 64 faiz artaraq 70 milyon manata, kənd təsərrüfatının ümumi məhsulu 11 milyon manat və ya 5 faiz artaraq 109 milyon manata, əsas kapitala yönəldilən investisiyalar 66 milyon manat və ya 52 faiz artaraq 192 milyon manata, işçilərin orta aylıq əmək haqqısı 24 manat və ya 28 faiz artaraq 110 manata, əhalinin pul gəlirləri 81 manat və ya 29 faiz artaraq 358 manata, adambaşına düşən pul gəlirləri 208 manat və ya 28,2 faiz artaraq 948 manata çatmışdır.
Proqramın icrasına başlanmasından keçən müddət ərzində Muxtar Respublikada təbii ehtiyatlar və istehsal imkanları nəzərə alınmaqla, 55 yeni istehsal müəssisəsi tikilib istifadəyə verilmişdir. Təkcə 2006-cı ildə 29 yeni müəssisə tikilmiş, 5 istehsal sahəsinin yaradılmasında işlər davam etdirilir.
Hazırda muxtar respublikada yaradılmış müəssisələrdə 120 növdən çox ərzaq və qeyri-ərzaq məhsulları istehsal olunur. 48 növ ərzaq və 27 növ qeyri-ərzaq məhsuluna olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Müqayisə üçün demək lazımdır ki, 1995-1996-cı illərdə cəmi 4-5 növ məhsula olan tələbatın az bir hissəsi yerli istehsal hesabına ödənilirdi.
Xüsusi əhəmiyyət kəsb edən bu məhsulların istehsal olunması daxili bazarın tənzimlənməsinə, süni qiymət artımının qarşısının alınmasına, istehlakçıların tələbatının daha dolğun və keyfiyyətlə ödənilməsinə birbaşa şərait yaratmışdır. Bakı şəhərində keçirilən yarmarkalarda 27 növdə 162 ton və ya 102 min manat dəyərində məhsul satışı muxtar respublikanın müəssisələrində istehsal olunan məhsullara əhalinin yüksək marağının göstəricisidir.
Proqramın qəbulundan ötən müddət ərzində muxtar respublikada 24 min 812 yeni iş yeri açılmışdır ki, bunun da 15 min 480-i daimi iş yerləridir.
Dövlət proqramına uyğun olaraq, son üç ildə muxtar respublikada sosial-infrastruktur sahələrinin yaradılması və yenidən qurulmasında mühüm nailiyyətlər qazanılmışdır. Naxçıvan beynəlxalq hava limanı, 100 milyon kubmetr tutumu olan Heydər Əliyev adına su anbarı, Diaqnostika-müalicə mərkəzi, muxtar respublikaya təbii qazın verilməsi, elektrik enerjisi təminatının yaxşılaşdırılması üçün 87 meqavat gücündə modul tipli, Heydər Əliyev adına su anbarında 4,5 meqavat gücündə su elektrik stansiyalarının tikilməsi, 50 meqavat gücündə qaz-turbin elektrik stansiyasında turbinlərin təbii qazla işləmə rejiminə keçirilməsi blokada şəraitində yaşayan muxtar respublika əhalisinə ən böyük töhfələrinizdir.
Son üç ildə 1895 sosial infrastruktur obyektinin tikintisi və ya əsaslı təmirdən sonra istifadəyə verilməsi, istehsal sahələri ilə yanaşı, bu sahəyə göstərilən diqqət və qayğının artmasını sübut edir.
Naxçıvan Muxtar Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasında 28 göstərici üzrə, o cümlədən sənaye məhsulunun artım sürətinə və onun tərkibində özəl sektorun payına, hazır məhsul qalığının minimum həddə olmasına, əsaslı kapitala yönəldilən investisiyanın adambaşına düşən həcminə, yaşayış evlərinin ümumi sahəsinin illik artımına, kənd təsərrüfatında inkişafın intensiv xarakterli və məhsuldarlığın yüksək olmasına, orta aylıq əmək haqqının həcminə, yeni yaradılan iş yerlərinin tərkibində daimi iş yerlərinin xüsusi çəkisinə görə və digər göstəricilər üzrə 10 iqtisadi rayon arasında ilk yerdədir.
Muxtar respublikada son üç ildə sahibkarlara 10 milyon 735 min manat maliyyə dəstəyi göstərilmişdir. Cənab Prezident, proqramın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasına səfəriniz zamanı sürətli inkişaf meyillərini yüksək qiymətləndirərək demişdiniz: “Blokada şəraitində yaşayan muxtar respublikanın iqtisadi potensialı maksimum dərəcədə yerli resurslar əsasında möhkəmləndirilməlidir. Artıq burada istehlak olunan məhsulların böyük hissəsi Naxçıvanda istehsal olunur və olunacaqdır...”.
Muxtar respublikamızın sosial-iqtisadi tərəqqisinə, genişmiqyaslı quruculuq işlərinə, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş bütün uğurlu və məqsədyönlü tədbirlərə göstərilən daimi diqqət və qayğıya görə cənab Prezident, Sizə muxtar respublika əhalisinin dərin minnətdarlığını bildiririk. Sağ olun!
Dünya Bankının Azərbaycan üzrə meneceri QREQORİ YEDJEYÇAK Azərbaycanda reallaşan proqramların beynəlxalq maliyyə qurumları tərəfindən dəstəklənməsinin Azərbaycanın dövlət siyasətinin doğru yolda olmasına nümunə kimi göstərdi:
-Hökumət tərəfindən regional inkişafa göstərilən dəstək çox
böyük nəticələr verəcəkdir. Məhz bu istiqamətlərin dəstəklənməsi Dünya Bankının Azərbaycandakı fəaliyyətinin əsas istiqamətlərindəndir. Əslində, regionların inkişafına yönəldilmiş Dövlət proqramı bizim Azərbaycanda göstərdiyimiz fəaliyyətin əsas istiqamətlərindən biridir. Qısa müddət ərzində Azərbaycanın qazandığı nailiyyətlər doğrudan da dərin təəssürat bağışlayır. Lakin cənab Prezidentin çıxışda səsləndirdiyi kimi, keçmiş sovet dövrünün irsi o qədər ağırdır ki, qarşımızda duran bütün problemlərin həlli uzun müddət və çox vaxt tələb edəcəkdir.
Ölkədə aparılan islahatların çoxlu strateji istiqamətlərində Dünya Bankı Azərbaycan hökumətinə öz köməyini göstərməkdədir. Bu istiqamətlərin bir neçəsini burada sadalamaq istərdim. İlk əvvəl, sosial xidmətlər, o cümlədən səhiyyə və təhsil sahəsində bizim işlərimiz çoxdur. Növbəti istiqamət infrastrukturla bağlıdır. Nəqliyyat və dəmir yolları, su təchizatı və eyni zamanda, maliyyə xidmətlərinin yaxşılaşdırılması, təkmilləşdirilməsi bizim istiqamətlərimizdən biridir. Maliyyə xidmətləri ölkənin hər bir regionunda, ən ucqar yerlərində də təmin olunmalıdır ki, yerli əhali öz işgüzar fəaliyyətini davam etdirə bilsin. Həyata keçirdiyimiz, habelə həyata keçiriləcək layihələr haqqında mən çox geniş məlumat verə bilərdim. Lakin vaxt qıtlığını və bu konfransın məhz biznes sahələrinə yönəlməsini nəzərə alaraq, bütün işgüzar dairələrin nümayəndələrini Dünya Bankının ofisinə dəvət edərək, bizim təklif edəcəyimiz layihələrimizlə daha dərindən tanış olmağa çağırıram.
Yevlax Rayon İcra Hakimiyyətinin başçısı ELMAR VƏLİYEV ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin ölkəmizin bütün regionları kimi, Yevlax rayonunun da iqtisadiyyatında və sosial həyatında mühüm dəyişikliklər yaratdığını bildirdi:
-Dövlət proqramının icrası ilə əlaqədar keçən dövr ərzində Yevlaxda bütün sahələri əhatə edən 541 layihə həyata keçirilmişdir. Yevlax şəhəri coğrafi baxımdan respublikanın mərkəzində, bütün kommunikasiya xətlərinin qovşağında yerləşdiyinə görə, burada sənaye sahələrinin inkişafı üçün əlverişli şərait vardır. Dövlət proqramına müvafiq olaraq, son üç ildə şəhərin sənaye potensialının artırılması, işsizliyin aradan qaldırılması məqsədi ilə yeni tikiş fabriki, kərpic zavodu, qida məhsulları kombinatı, mebel fabriki, dəri emalı zavodu, 2 asfalt zavodu və dəmir-beton məmulatları zavodu inşa edilmişdir.
Kəndli fermerlərə texniki xidmət göstərmək üçün “Aqrotexnika” və “Aqrolizinq” regional bazası yaradılmışdır. Yeni istehsal sahələrinin yaradılması nəticəsində ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 2006-cı ildə 2,1 dəfə, sənaye məhsulu 4,3 dəfə, əhalinin pul gəliri isə 68 faiz artmışdır.
Şəhərdə sahibkarlar və investorlar üçün əlverişli mühit yaradılmışdır. Məhz bunun nəticəsidir ki, istehsal olunmuş məhsulda qeyri-dövlət sektorunun payı ilbəil artmış və 2006-cı ildə 96,3 faiz təşkil etmişdir. Son üç ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala 67,8 milyon manat vəsait yönəlmişdir ki, bunun da 72 faizi sahibkarların payına düşür. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, xaricə - Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstana da ixrac olunur. Həyata keçirilən tədbirlər nəticəsində son üç ildə 9185 yeni iş yeri açılmışdır.
Möhtərəm cənab Prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Yevlaxda Heydər Əliyev Fondunun Regional şöbəsi və klassik memarlıq üslubunda tikilmiş binada Heydər Əliyev muzeyi yaradılmışdır.
Dövlət proqramı və Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 11 məktəb tikilmiş, onlar lazımi inventar və kompyuterlərlə, istilik sistemi ilə təchiz olunmuşdur. Hazırda isə 7 məktəb tikilməkdədir. Bundan əlavə, Heydər Əliyev adına saray, Tarix-diyarşünaslıq muzeyi, təhsil şöbəsi, Gigiyena və epidemiologiya mərkəzi üçün inzibati binalar, 6000 yerlik şəhər stadionu və idman bazası tikilib istifadəyə verilmişdir.
Şəhərdə geniş miqyaslı abadlıq-yaşıllaşdırma işləri aparılmış, 700 min kvadratmetr əraziyə - şəhərin əksər küçə və meydanlarına asfalt örtüyü çəkilmişdir. Ümumi ərazisi 11,4 hektar olan 11 xiyaban və park salınmış, 15 fəvvarə quraşdırılmış, 50,1 hektar sahədə bataqlıq qurudulmuş, 30,2 hektar sahədə yaşıllıq salınmışdır.
Möhtərəm cənab Prezident!
Bir məsələni xüsusi qeyd etmək istərdim. Əvvəllər müxtəlif səbəblərdən şəhərimizi tərk edib Rusiyaya və ya başqa ölkələrə gedənlərdən 1047 nəfəri geri qayıtmış, müxtəlif işlə təmin olunmuşdur. Miqrasiya saldosunun müsbət olması, yeni doğulanların sayının çoxalması hesabına son üç ildə əhalinin sayı 4025 nəfər artmışdır. Elə bu faktların özü də göstərir ki, Azərbaycanın hər bir regionu kimi, Yevlax da durmadan inkişaf edir, insanların sosial rifah halı yaxşılaşır.
Şəhər əhalisinin artması, yeni evlər tikmək arzusunda olanların çoxalması şəhərin ərazisinin genişlənməsi zərurətini yaratmışdır. Ona görə də cənab Prezident, Sizin icazəniz və xeyir-duanızla Kür çayının sahilində 370 hektar ərazidə yeni yaşayış massivinin salınmasını reallaşdırardıq.
Möhtərəm cənab Prezident!
Məlumat vermək istəyirəm ki, Yevlaxda yüksək işgüzarlıq əhval-ruhiyyəsi hökm sürür, ictimai-siyasi vəziyyət sabitdir. Bu gün nəyə nail olmuşuqsa, hansı işləri görə bilmişiksə, bütün bunlar Sizin şəhərimizə, yevlaxlılara göstərdiyiniz daimi diqqət və qayğı sayəsində mümkün olmuşdur. 2004-cü ilin iyun ayında şəhərimizə tarixi səfəriniz, verdiyiniz dəyərli tövsiyələr bizi daha əzmlə işləməyə ruhlandırmışdır. Ona görə də, icazə verin, şəhərimizin bütün sakinlərinin hədsiz minnətdarlıq duyğularını Sizə çatdırım.
Bütün yevlaxlılar adından Sizi əmin edirəm ki, qarşımıza qoyduğumuz vəzifələri, tövsiyə və tapşırıqları bundan sonra da vaxtında yerinə yetirəcək, memarı ulu öndərimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın inkişafı naminə səylərimizi əsirgəməyəcəyik.
“Azqida” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri YUSİF MİSİROV rəhbərlik etdiyi müəssisənin timsalında regionların sosial-iqtisadi inkişafı proqramının əhəmiyyətindən danışdı:
-Cənab Prezident bizim müəssisəyə gəlmiş, işimizlə şəxsən tanış olmuşdur. “Azqida” Məhdud Məsuliyyətli Cəmiyyəti o vaxt gündə 3 ton süd qəbul edirdi, bir neçə adda heyvandarlıq məhsulları istehsal olunurdu. Aradan az müddət keçsə də, çox şey dəyişibdir. 2004-cü ildə 100 min dollar həcmində uzunmüddətli kredit götürdük. Müəssisəni müasir texnologiya əsasında yenidən qurduq. İndi gündə 17-20 ton süd emal edirik. Yardımçı təsərrüfat kimi 2240 başlıq qaramal ferması yaratmışıq və bizə hər gün 10-12 ton süd verir. Eyni zamanda, ora 18 nəfərin daimi iş yeridir. 10 minə yaxın fərdi təsərrüfatla müqavilə bağlamışıq. Xammalın qalanını onlardan alırıq. Naxçıvan Muxtar Respublikası istisna olmaqla, respublikanın bütün guşələrində satış-servis xidmətlərimiz fəaliyyət göstərir. Ümumiyyətlə, servis xidməti daxil olmaqla, müəssisəmizdə 63 nəfər fəaliyyət göstərir.
Əvvəllər satışa çıxarılacaq məhsullar üçün qabları xaricdən alırdıq. İndi özümüz istehsal edirik və 10 nəfər də bu sahədə işləyir. Yaxın vaxtlarda biz başqa oxşar müəssisələrə də həmin qablardan sata biləcəyik. Bazar problemimiz yoxdur. Hesablamışıq ki, bizə müraciətlərin 40-45 faizi hələ ki, cavabsız qalır. Xaricə də məhsul satırıq. 2006-cı ildə Rusiyaya 40 ton pendir ixrac etmişik. Oradan da sifarişlər gəlməkdədir. Bütün bunlar istehsal olunan məhsulların keyfiyyətindən xəbər verir. Müəyyən ehtiyaclarımız da vardır. Məsələn, 25 qəbul məntəqəsindən yalnız 4-də südsoyutma sistemləri quraşdıra bilmişik. Qalan 21 məntəqədə də belə imkan yaradılmalıdır. Həmin məntəqələrdə 60 nəfər işlə təmin olunmuşdur.
Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Cənab Prezident Nazirlər Kabinetinin 2006-cı ilin yekunlarına və 2007-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında artıq ölkədə sahibkarlar sinfinin yarandığını qeyd etmişdi. Bu sinif var və inamla formalaşır. Hörmətli Prezidentimiz əmin ola bilər ki, biz sahibkarlar onunlayıq, onu dəstəkləyirik və qarşıya qoyduğu bütün vəzifələri yerinə yetirməyə hazırıq.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ŞƏMSƏDDİN XANBABAYEV proqramın icrası vəziyyəti ilə tanışlıq üçün tez-tez regionlara səfər etməsini Prezident İlham Əliyevin Azərbaycanın hər bir guşəsinin tərəqqisinə sonsuz marağının nümayişi kimi dəyərləndirərək dedi:
-Cənab Prezident, xalqımızın ümummilli lideri, Heydər Əliyev tərəfindən əsası qoyulmuş, möhtəşəm özül üzərində bərqərar olan müstəqil Azərbaycan bu gün Sizin rəhbərliyinizlə son dərəcə dinamik, ardıcıl və uğurla inkişaf edir.
Uzaqgörənliklə imzaladığınız və respublika regionlarının sürətli inkişafına yönəldilmiş qlobal dövlət proqlamlarının icrası nəticəsində bölgələrimiz çox böyük sürətlə inkişaf edir, mərkəzlə regionlar arasında əvvəllər mövcud olmuş fərqlər aradan qaldırılır. Biz xaçmazlılar respublikamıza uğurla rəhbərlik etdiyiniz üç il ərzində rayonumuza üç dəfə səfər etməyinizi, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının yeni inzibati binasının açılış mərasimində ünvanımıza dediyiniz dəyərli sözləri daha yaxşı işləmək üçün stimul hesab edirik. Dövlət proqramının qəbulundan keçən müddət ərzində rayonumuzda həyata keçirilmiş tədbirlər nəticəsində 8950 yeni iş yeri yaradılmışdır ki, onlardan 4260-ı daimi iş yerləridir. Təkcə 2006-cı ildə 2923 iş yeri açılmışdır.
Möhtərəm cənab Prezident!
2003-cü ildə açılış mərasimində iştirak etdiyiniz “Qafqaz” konserv zavodu indi rayonumuzun iqtisadi həyatında mühüm yer tutur. Bu müəssisə, istər əhalimizin işlə təmin olunmasında, istərsə də istehsal olunan məhsulların qəbulu və emalında böyük rol oynayır. Lakin rayonun aqrar sektorunda ilbəil artaraq, indi 300 min tondan çox məhsul yetişdirildiyini və bu zavodun illik istehsal gücünün 8 min ton olduğunu nəzərə alsaq, yeni emal müəssisələrinin yaradılmasına ehtiyac vardır.
Respublikamızın hər bir guşəsində olduğu kimi, rayonumuzda da tikinti, quruculuq-abadlıq işləri aparılır. Xaçmaz və Xudat şəhərlərinin, rayonun kənd və qəsəbələrinin müsbət mənada görünüşü günbəgün dəyişir. Fərdi evlər tikilir, yoxsulluq azalır. Rayonumuzun büdcəsi son iki ildə 4 dəfə artmışdır. Bütün bunlar Sizin rəhbərliyinizlə respublikamızın iqtisadi qüdrətinin artmasının və əhalimizin maddi rifahının günbəgün yaxşılaşmasının mühüm göstəricilərindəndir.
Təhsil sahəsinin inkişafına xüsusi qayğınızın nəticəsidir ki, təkcə son iki ildə 11 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Bunlardan 4-ü Heydər Əliyev Fondu tərəfindən inşa edilmişdir. 2005-ci il iyulun 26-da rayonumuza tarixi səfərinizdən sonra imzaladığınız sərəncama əsasən, yeni 3 orta məktəb və əlavə olaraq 5 yeni məktəb binasının tikintisinə başlanmışdır.
2006-cı il dekabrın 7-də rayonumuza səfəriniz çərçivəsində açılışını etdiyiniz modul tipli elektrik stansiyası hazırda şimal bölgəsinin elektrik enerjisinə olan tələbatını tam ödəyir və əhali bundan çox böyük razılıq edir. Ümumiyyətlə, Dövlət proqramı çərçivəsində əhalimizin rifahı naminə çox böyük işlər görülmüşdür və bu işlər indi də davam etdirilir.
Məlumdur ki, Xaçmaz çox böyük turizm potensialı olan bir rayondur. Son səfəriniz zamanı Siz Nabran istirahət zonasında yaradılan şəraitlə tanış olmuş, öz dəyərli təklif və tövsiyələrinizi vermisiniz. Möhtərəm cənab Prezident, onu da demək istəyirəm ki, Xaçmaz və Xudat şəhərlərində son vaxtlar yaradılmış 4 istirahət parkı, 5 muzey və digər obyektlər rayona gələn turistlər üçün də çox zəngin və maraqlı tanışlıq yerlərinə çevrilmişdir.
Möhtərəm cənab Prezident!
Bu gün, Azərbaycanın hər bir guşəsində, o cümlədən Xaçmazda görülən hər bir işdə Sizin imzanız, əvəzsiz əməyiniz vardır. İmzaladığınız və uğurla reallaşdırılan dövlət proqramları son dərəcə düşünülmüş, əhatəli, vaxtında qəbul edilmiş sənədlərdir və icrası tərəfinizdən ciddi nəzarətə götürülmüşdür. Biz isə yerlərdə daha səylə fəaliyyət göstərməli, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün mövcud imkanlardan maksimum dərəcədə istifadə etməliyik.
Möhtərəm cənab Prezident!
İcazə verin, Sizi əmin edim ki, əməksevər xaçmazlılar həmişə olduğu kimi, bundan sonra da ulu öndərimizin işıqlı ideyalarına və Sizə öz sadiqliyini sözdə yox, əməli işləri ilə sübut edəcək, qəbul edilmiş Dövlət proqramının həyata keçirilməsində üzərimizə düşən vəzifələrin şərəflə yerinə yetirilməsinə nail olacağıq.
“Fəxrəddin-K” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri FƏXRƏDDİN BAXIŞOV regionların sosial-iqtisadi inkişafı proqramında sahibkarlığa dəstəklə bağlı müddəaların müstəsna əhəmiyyətindən danışaraq dedi ki, dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanın iqtisadi inkişafı o həddə çatıb ki, artıq respublikamızın xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının investisiyalarına ehtiyacı ildən-ilə azalır, eyni zamanda, iri layihələrin daxili mənbələr hesabına reallaşmasına imkanlar artır.
Ölkənin sosial iqtisadi inkişafı göstəricilərində artım sürətinin müşahidə olunmasında sahibkarlığın, özəl bölmənin rolu getdikcə artır. Bir iş adamı kimi mənim üçün çox fərəhlidir ki, artıq respublikamızda ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 80 faizi ötmüşdür. Sahibkarlara qayğını şəxsi nümunəmizdə göstərə bilərəm. Dünyada ən humanist peşələrdən biri inşaatçı peşəsidir. Biz ailələrə səadət, xoş güzəran və rahatlıq bəxş edən bir peşənin nümayəndələriyik.
Cənab Prezident, bölgələrə növbəti səfərlərinizdən birində - 2005-ci il sentyabrın 9-da Masallı rayonunda yerləşən “Fəxrəddin-K” zavodunda olarkən Sizdən yeni bir zavodun tikintisinin icazəsini aldıq. Bu gün böyük fərəh hissi ilə demək istəyirəm ki, Sizin xeyir-duanızla inşa edilən, Cənubi Qafqazda analoqu olmayan, ildə 30 milyon şərti kərpic istehsal gücü olan, tam avtomatlaşdırılmış yeni zavodun Sizin tərəfinizdən açılışını etmək bizə qismət oldu. Göstərdiyiniz bu yüksək etimada görə Sizə öz minnətdarlığımızı bildiririk. Yeni açılan zavodda 120 nəfər yüksək ixtisaslı ali təhsilli texniki işçi işləyəcəkdir.
Cənab Prezident, Masallı rayonuna səfəriniz zamanı Sizə söylədiklərimi burada daha geniş auditoriyada demək istəyirəm. Bu gün Azərbaycanda işsizlik problemi yox, işdə seçim problemi var. Müxtəlif təyinatlı zavod və müəssisələrdə çalışan işçilərə yaradılan şərait heç də Avropadakı və digər inkişaf etmiş ölkələrdəki şəraitdən geri qalmır. Müəssisələrimizdə çalışan işçi heyətin əmək haqları 100-500 manat arasındadır.
Cənab Prezident, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” -bu, sizin verdiyiniz ikinci vəddir. Bu gün fərəhlə demək istəyirəm ki, əldə etdiyim bütün nailiyyətlərə məni həmişə ruhlandıran, qayğısını hiss etdiyim mənim Prezidentim olmuşdur. Həm ölkə Prezidenti kimi, həm də sahibkarların himayədarı kimi bizə göstərdiyiniz qayğı, hörmət və ehtirama görə Sizə öz minnətdarlığımızı bildiririk.
Arzu edirəm ki, Sizin rəhbərliyiniz altında biz Qarabağ torpaqlarımızı işğaldan azad edək və o torpaqlarda tikinti və yenidənqurma işlərində Sizin rəhbərliyiniz altında biz də qürurla iştirak edək.
Sonra çıxış edən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı idarə heyətinin sədri MƏMMƏD MUSAYEV dedi ki, proqramın icrası ilə əlaqədar təkcə 2006-cı ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə respublikanın 59 şəhər və rayonunda 1771 investisiya layihəsinin maliyyələşdirilməsinə 90,1 milyon manat güzəştli kredit verilmişdir.
Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, “Hər bir ölkənin bankı onun iqtisadiyyatının, maliyyəsinin ən mötəbər bir hissəsidir”. Hazırda respublikada 44 bank, 17 bank olmayan kredit təşkilatı, 77 kredit ittifaqı vardır. Regionlarda 244 bank filialı, 17 bank olmayan kredit təşkilatı və 75 kredit ittifaqı fəaliyyət göstərir.
Görülmüş tədbirlər nəticəsində son üç ildə bankların aktivləri 1 milyard 14 milyon manatdan 3 milyard 778 milyon manata, məcmu kapitalı 120 milyon manatdan 524 milyon manata, kredit qoyuluşu 596 milyon manatdan 2 milyard 363 milyon manata, o cümlədən kənd təsərrüfatına qoyulan kreditlərin həcmi 56 milyon manatdan 137 milyon manata, cəlb olunmuş əmanətlərin həcmi isə 252 milyon manatdan 820 milyon manata yüksəlmişdir.
Respublika əhalisinin, xüsusilə də gənc nəslin sosial müdafiəsini gücləndirmək, onların mənzilə olan tələbatının ödənilməsini təmin etmək məqsədi ilə 2005-ci il 22 dekabr tarixli Fərmanınızla “İpoteka Fondu haqqında” Əsasnamənin və həmin Fondun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydalarının, 2007-ci il 23 yanvar tarixli Fərmanınızla isə ipoteka kreditlərinin verilməsi mexanizmlərinin təkmilləşdirilməsi, güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarının təsdiqi Sizin Azərbaycan gəncliyinə olan qayğı və diqqətinizin bariz nümunəsidir.
Ölkəmizin ümumi inkişafında bütün kollektivlər kimi, “Aqrarkredit” təşkilatının da özünəməxsus yeri vardır. Təşkilatımız tərəfindən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramından və ayrı-ayrı bölgələrin inkişafını sürətləndirmək məqsədi ilə imzaladığınız sərəncamlardan irəli gələn vəzifələri yerinə yetirmək üçün regionlarda çalışan sahibkarların dəstəklənməsi, onlara göstərilən maliyyə-kredit xidmətinin keyfiyyətinin yaxşılaşdırılması və yeni iş yerlərinin açılmasının stimullaşdırılması istiqamətində xeyli iş görülmüşdür.
“Aqrarkredit” təşkilatı Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin yerləşdirilməsində 2004-cü ildən müvəkkil kredit təşkilatı kimi iştirak edir. Ötən dövr ərzində Fondun vəsaitləri hesabına respublikanın ayrı-ayrı bölgələrində kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və infrastrukturun inkişafına 2,8 milyon manat məbləğində 300-dən artıq kredit verilmişdir.
Bundan əlavə, ötən dövr ərzində kənd yerlərində çalışan 9 minə yaxın sahibkarlıq subyektinə 29 milyon manat kredit, Yaponiya qrantı hesabına 17 milyon manat dəyərində 1100-dən artıq kənd təsərrüfatı texnikası lizinq qaydasında icarəyə verilmişdir. Bu isə 20 mindən artıq insanın işlə təmin olunması deməkdir.
Cənab Prezident, “Aqrarkredit” təşkilatı regionların sosial-iqtisadi inkişafı Dövlət proqramından irəli gələn vəzifələri bundan sonra da yerinə yetirmək, aparılmış islahatlar nəticəsində respublikanın 4270 kəndində torpaq sahibi olmuş 850 mindən çox ailəyə maliyyə-kredit xidməti göstərmək üçün bütün qüvvə və bacarığını sərf edəcəkdir.
X X X
Dövlətimizin başçısı konfransda yekun nitqi söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb

Ankarada “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər təşkil olunub

Ayxan Abbasov: Yoldaşlıq matçlarında həm yaxşı oyun, həm də yaxşı nəticə istəyirik

Laşa Amaşukeli: BTQ-nin modernləşdirilməsinin başa çatması Gürcüstan və Azərbaycan üçün mühüm mərhələdir

Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir

Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir

Qarabağda arxeoloji tədqiqatların miqyası genişlənir: Şuşa və Xankəndidə kəşfiyyat işləri aparılır

ƏƏSMN ilə Dünya Bankının icra etdiyi birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək

Akademik İsa Həbibbəyli: Arxeologiyada müxtəlif elm sahələrinin əməkdaşlığı önəmlidir

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik

Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir

İsmayıllıda kənd təsərrüfatının inkişafı üçün yeni hədəflər müəyyənləşdirilir

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

® “ABB Home” platformasına “Mygov ID” ilə daha sürətli giriş imkanı!

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

Bu gün artıq Zəngəzur dəhlizi regional layihə statusunu çoxdan geridə qoyub - ŞƏRH

Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb

Bakı Texniki Kollecinə müəllim tələb olunur

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük

Coğrafiyaşünas-alim: Yaz yağıntıları dağlıq ərazilərdə sürüşmə riskini artırıb

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

“Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu” mövzusunda görüş

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

İran xaricdə dondurulmuş aktivlərinin 50 faizinin dərhal qaytarılmasını tələb edir

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

Qanunvericiliyə dəyişikliklər məcburi köçkünlük dönəminin hüquqi baxımdan yekunlaşmasıdır - RƏY

Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir ŞƏRH

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalında klassik musiqi günü

Media: Tayvan gəmi əleyhinə raket arsenalını 1,8 minə çatdırmağı planlaşdırır

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 5 milyard dolları ötüb

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

OECD: 2030-cu ilədək qlobal polad tələbatının hər il 0,9 faiz artacağı gözlənilir

Fransa və İrlandiya müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib

İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq

Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub

Polşa Avropa İttifaqına üzvlük yolunda Ukrayna üçün yeni maneəyə çevrilə bilər

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub

Qanunsuz quş kəsimi sexində reyd aparılıb

Şəhid Səma Kərimovanın xatirəsi anılıb

Aleksandr Novak: Rusiyanın neft hasilatı azalıb

Azərbaycan Premyer Liqasını tərk edən komandada ayrılıq

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Maqnit qasırğalarının sağlamlığa təsiri: kimlər özünü qorumalıdır?

MEK tanınmış alim Şahbaz Muradovun biblioqrafik göstəricisini hazırlayıb

“Qəbələ” klubu yetirməsi ilə yollarını ayırıb

Donor qanı hansı yoxlamalardan keçirilir?

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

Paytaxt məktəbliləri zona birinciliyində qalib olublar

Böyük Britaniya hökuməti müdafiə sahəsinə investisiyaları ixtisar edə bilər

® “Azerconnect Group” süni intellektəsaslı şəbəkə alyansına üzv olub

Alis Vaydel: Ukraynanın Aİ-yə üzvlüyü Almaniyanın maraqlarına uyğun deyil

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib VİDEO

“Bayer” yeni baş məşqçisi ilə müqavilə imzalayıb

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

Su ehtiyatlarının idarə olunmasında rəqəmsal nəzarət imkanları genişləndirilir

NİİM: Heydər Əliyev prospektində qəza baş verib, hər iki istiqamətdə sıxlıq yaranıb

Cevdet Yılmaz: Orta Dəhliz dünya ticarəti üçün təhlükəsiz və zəruri marşruta çevrilib