AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİ İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, mayın 22-də Kiyevdə “Nasionalnaya” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafı, ikitərəfli münasibətlərin müxtəlif sahələri, beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilmişdir.
X X X
Mayın 22-də Ukrayna Prezidenti Viktor Yuşşenkonun adından GUAM-ın üzvü olan ölkələrin dövlət başçılarının şərəfinə dostluq naharı verilmişdir.