Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın şimal-qərb bölgəsinə səfəri
Zaqatala beynəlxalq hava limanında qarşılanma
Zaqatala, 9 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində təyyarə ilə Zaqatala rayonuna gəlmişdir.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə cari il mayın 7-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Zaqatalada görülən işlər və rayonda aparılan abadlıq-yenidənqurma tədbirləri barədə dövlətimizin başçısına ətraflı məlumat verdilər.