AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RWE ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞÜ
Davos, 27 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrosman ilə görüşmüşdür.
Azərbaycan Respublikasının Dövlət Neft Şitkəti ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyinin vurğulandığı görüşdə əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olundu.
Görüşdə əməkdaşlığın perspektivləri və Nabukko layihəsi ətrafında fikir mübadiləsi aparıldı.
Yurgen Qrosman Almaniya hökumətinin Nabukko layihəsinə dəstəyini vurğulayaraq, bu sahədə əməkdaşlığın uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
######
