Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin TRT televiziya kanalına müsahibəsi

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin TRT televiziya kanalına müsahibəsi

Bakı, 2 mart (AZƏRTAC). Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 29-da Türkiyənin TRT televiziya kanalının Bakı təmsilçisi Yüksel Degercana müsahibə vermişdir. AZƏRTAC müsahibəni təqdim edir.

- Hörmətli tamaşaçılar, hazırda Azərbaycanın paytaxtı Bakıdayıq. Prezident İlham Əliyev “TRT Xəbər”in qonağıdır.

Cənab Prezident, əvvəlcə qapılarınızı bizə - TRT ailəsinə açdığınız üçün Sizə çox təşəkkür edirəm.

Müsahibəmizə Fransa mövzusu ilə başlamaq istəyirəm. Son dönəmdə Fransa mövzusu həddindən artıq gündəmdə idi. Xüsusilə Fransa parlamentinin ardından Senatın da qəbul etdiyi uydurma “erməni soyqırımı” iddialarının inkarını cinayət sayan qanun layihəsi Konstitusiya Şurasına getdi və Konstitusiya Şurası bu layihəyə “Dur!” dedi, onu rədd etdi. Bu işdə Azərbaycanın və Türkiyənin böyük xidmətləri vardır. Konstitusiya Şurasının bu qərarını necə dəyərləndirirsiniz? Bu, Sizdə hansı duyğular oyatdı?

- İlk növbədə, mən bütün türk xalqını və bütün Azərbaycan xalqını, dünyada bütün ədalətsevər insanları bu qanunun ləğv edilməsi ilə əlaqədar ürəkdən təbrik etmək istəyirəm. Hesab edirəm ki, Fransanın Konstitusiya Məhkəməsi ədaləti bərpa etdi. Çünki bildiyiniz kimi, bu qanun heç bir tarixi reallığa əsaslanmayan, tarixi həqiqəti təhrif edən yalan üzərində qəbul edilmişdi. Türkiyə ictimaiyyəti, Azərbaycan ictimaiyyəti və dövlət qurumları dərhal öz səylərini göstərməyə başlamışdır. Mən çox şadam ki, bu səylər uğurla nəticələndi və Fransa Konstitusiya Məhkəməsi bir daha onu göstərdi ki, yalan üzərində qurulmuş iddialar heç vaxt qüvvəyə minməyəcəkdir. Eyni zamanda, bu qanunun ləğv edilməsi söz azadlığına verilən böyük töhfədir. Təsəvvür edin, əgər bu qanun qüvvəyə minsəydi, onda söz azadlığı, fikir azadlığı haqqında ümumiyyətlə söhbət açmaq mümkün olmazdı. Mən çox şadam ki, bizim birgə səylərimiz və beynəlxalq dəstəyin nəticəsində bu qanun qüvvəyə minmədi və beləliklə, ədalət bərpa edildi.

- Türkiyə və Azərbaycan qardaşlığı son dövrdə, xüsusilə Xocalı faciəsinin dünyaya çatdırılması istiqamətində görülən işlərdə bir daha özünü göstərdi. Xüsusilə Bakı və Taksimdə çox böyük yürüşlər və mitinqlər keçirildi. Türkiyənin dörd bir tərəfində Xocalı qətliamında şəhid olanların xatirəsi anıldı və dünyanın 70 ölkəsində çox böyük tədbirlər keçirildi. Xüsusilə Taksim və Bakıdakı böyük yürüşləri, mitinqləri necə dəyərləndirirsiniz? Bu, birlikdən doğan gücün göstəricisidirmi?

- Əlbəttə ki, elədir. İlk növbədə demək istəyirəm ki, Xocalı faciəsi bizim böyük dərdimizdir, böyük faciədir. Erməni faşistləri tərəfindən XX əsrin sonlarında törədilmiş çox böyük cinayətdir. Xocalı faciəsi erməni vəhşiliyinin, erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərmişdir. Dinc əhaliyə qarşı bu qədər qəddarlıq, dünya miqyasında bəlkə də görünməmiş qəddarlıq bizim hamımızı dərindən kədərləndirir, hiddətləndirir. 613 günahsız insan, - onlardan 106-sı qadın, 63-ü uşaqdır, - ermənilər tərəfindən qətlə yetirilmişdir.

Bu il Xocalı faciəsinin 20-ci ildönümünü həm Türkiyədə, həm Azərbaycanda qeyd etdik. Bu nümayişlər, yürüşlər, Türkiyə və Azərbaycan xalqlarının birgə mövqeyi, ilk növbədə qardaşlığımızın nə qədər güclü olduğunu göstərir. Bizim ürəklərimiz bir döyünür. Həm Taksim meydanında, həm Bakıda on minlərlə insan öz etirazını və həlak olan şəhidlərin xatirəsinə ehtiramını ifadə etmək üçün küçələrə çıxmışdılar. Bu, böyük birliyin, ədalətin təzahürüdür. Mən tam əminəm ki, Xocalı qurbanlarının qanı yerdə qalmayacaqdır. Türkiyədə və Azərbaycanda göstərilən həmrəylik və dayanışma təbiidir. Çünki xalqlarımız qardaşdırlar. Biz daim bir yerdəyik. Bütün məsələlərdə Türkiyə və Azərbaycan bir yumruq kimi fəaliyyət göstərir. Mən əminəm ki, bu birlik gələcək illərdə daha da gücləndiriləcəkdir.

Siz birinci sualda Fransadakı qanuna toxundunuz. Deyə bilərəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan dövləti, Azərbaycan parlamenti ədalətsiz qanun qəbul olunduğu gündən dərhal hərəkətə başlamışdır. Prezident Administrasiyası bəyanatlar vermişdir. Xarici İşlər Nazirliyi çox ciddi bəyanat vermişdir. Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilmişdir və ona etiraz bildirilmişdir. Azərbaycan parlamenti iki dəfə bu məsələ ilə bağlı öz mövqeyini bildirmişdir. Həm bəyanat qəbul edilmişdir, həm Fransa parlamentinə müraciət qəbul olunmuşdur. Biz Fransadakı dostlarımızla çox sıx təmaslarda olduq. Fransa senatorlarının Azərbaycana gəlməsi və səfər zamanı bu müzakirənin geniş şəkildə aparılması bizim qardaşlıq borcumuzdur.

Bizim Fransa ilə əlaqələrimiz artıq 20 illik tarixə malikdir. Fransada bizim dostlarımız vardır. Biz bütün imkanlardan istifadə etməyə çalışdıq ki, ədalət pozulmasın, ədalət bərpa edilsin. Siz yaxşı bilirsiniz ki, Fransada qanunlara görə Konstitusiya Məhkəməsinə qanunun çıxarılması üçün senatorlar səs verməli idilər. Əgər onlar bu səsləri yığmasaydılar, Konstitusiya Məhkəməsi bu məsələyə heç baxmazdı və avtomatik olaraq bu ədalətsiz qanun qüvvəyə minərdi. Ancaq senatorlar da çox böyük müdriklik göstərmişlər və bizim birgə səylərimiz nəticəsində bu qanun qüvvəyə minmədi. Onu da qeyd etmək istəyirəm ki, bizim Fransadakı səfirliyimiz Türkiyə səfirliyi ilə bərabər böyük işlər aparmışlar və öz imkanları çərçivəsində sübut etməyə çalışmışlar ki, bu qanun ədalətsizdir, bu, söz azadlığına vurulan zərbədir, eyni zamanda, əgər bu qanun qüvvəyə minərsə ikitərəfli münasibətlərə çox mənfi təsir göstərə bilər. Mən çox şadam və bir daha demək istəyirəm ki, həm ədalət bərpa edildi, eyni zamanda, Türkiyə-Azərbaycan birliyi artıq dünya müstəvisində öz gücünü göstərmişdir.

Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, uğurlarımızın əsas mənbəyi bizim birliyimizdir. Bu gün Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bölgədə güclü nüfuza malikdir və bu nüfuz artıq bölgənin kənarına öz təsirini göstərməkdədir. Biz nə qədər bir yerdə olsaq, gücümüz də o qədər artacaqdır. Bizim aramıza girmək istəyənlər vardır. Biz onları tanıyırıq, biz qınayırıq və onlara qalib gəlirik. Ancaq biz daim bu məsələni diqqətdə saxlamalıyıq. Bizim birliyimiz o qədər sıx olmalıdır ki, orada heç bir boşluq olmasın, bizi istəməyən bədxah, pisniyyətli qüvvələr öz arzularına çatmasınlar. Onlar arzularına heç vaxt çatmayıblar və çatmayacaqlar. Türkiyə-Azərbaycan birliyi Xocalı soyqırımını anım günlərində, Fransadakı olaylarda özünü göstərdi və bütün başqa məsələlərdə bu, özünü göstərir.

- Cənab Prezident, keçən il İzmirdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclası keçirildi. Bu çərçivədə də çoxlu sayda qərarlar qəbul edildi, müqavilələr imzalandı. Enerji müqavilələrindən tutmuş bir çox sahədə bu müqavilələr yavaş-yavaş həyata keçirilməyə başlandı. Transanadolu qaz boru xətti müqaviləsi imzalandı. Bu çərçivədə Türkiyə-Azərbaycan əlaqələrinin iqtisadi və enerji sahəsindəki hazırkı vəziyyətini və Türkiyə-Azərbaycan əlaqələrinin gələcəkdəki vəziyyətini bizə dəyərləndirə bilərsinizmi?

- Mən çox şadam ki, bütün müstəqillik dövrü ərzində Türkiyə-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf etmişdir və düşünürəm ki, indiki zamanda bu əlaqələr ən yüksək zirvədədir. Bizim dünyadakı ən birinci dostumuz, müttəfiqimiz Türkiyədir. Əminəm ki, Türkiyə üçün də dünyada bir nömrəli dost, qardaş və müttəfiq Azərbaycandır. Bu, böyük dəyərdir, böyük nemətdir. Biz bu dəyəri qorumalıyıq və möhkəmləndirməliyik. Biz yaxın xalqıq. Bir-birimizə çox yaxınıq. Bizim dilimiz də bir-birinə çox oxşayır, tariximiz də, kökümüz də birdir. Ən önəmlisi ondan ibarətdir ki, bizim maraqlarımız da üst-üstə düşür.

Keçən il İzmirdə Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi hesab edirəm ki, Türkiyə-Azərbaycan əlaqələrinin mahiyyətini açan bir vasitə idi. Bu Şura çox önəmli bir qurumdur və birinci toplantı çox uğurlu keçmişdir. Siz qeyd etdiyiniz kimi, çoxsaylı sənədlər, müqavilələr imzalanmışdır ki, onlar da Türkiyə-Azərbaycan əlaqələrini irəliyə aparacaqdır. Bizim əməkdaşlığımızın ancaq 20 yaşı vardır. Bizim işbirliyimiz bundan sonra əbədiyyətə qədər davam edəcəkdir.

Bu gün biz siyasi əlaqələri möhkəmləndirməklə, eyni zamanda, iqtisadi sahədə gözəl imkanlar yaradırıq. Enerji məsələsinə gəldikdə, bu gün Türkiyə-Azərbaycan enerji işbirliyi nəinki bölgə üçün, dünya üçün əhəmiyyətlidir. Birgə təşəbbüslərimiz - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, Transanadolu qaz layihəsi, bütün bunlar bizim birliyimizi daha da sıx edəcək, eyni zamanda, bölgədə və dünyada təsir imkanlarımızı daha da artıracaqdır.

Azərbaycanın çox böyük neft-qaz ehtiyatları vardır. Türkiyə çox böyük iqtisadi gücə malik olan bir ölkədir. Türkiyə ərazisindən keçən Azərbaycan nefti və qazı həm Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək, eyni zamanda, başqa ölkələrə Türkiyə vasitəsilə bizim resurslarımız nəql ediləcəkdir. Biz bu qaynaqları, tranzit imkanlarını, iqtisadi gücü birləşdirərək istənilən məsələdə mövqeyimizi müdafiə edə biləcəyik. Çünki bu gün dünya və Avropa üçün enerji təhlükəsizliyi məsələləri ön plana çıxır. Biz yaxşı bilirik ki, gələcəkdə Xəzər hövzəsində yerləşən qaynaqlar böyük rol oynayacaqdır və bu məsələdə birinci sırada yenə Azərbaycandır.

Bizim strateji enerji layihələrimiz digər sahələrə də təsir göstərir, Bakı-Tbilisi-Qars dəmir yolunu biz bərabər tikirik. Ümid edirəm ki, bir ildən sonra biz bu yolu açacağıq. Beləliklə, dünyanı birləşdirəcəyik. Türkiyə-Azərbaycan qitələri birləşdirəcəkdir. Coğrafiyamız belədir. Gücümüz də artır, enerji qaynaqlarımız da, siyasi iradə də vardır. Ancaq və ancaq biz gələcəkdə bu işbirliyini gücləndirməliyik.

Gələcəyə gəldikdə mən şübhə etmirəm ki, Türkiyə və Azərbaycan xalqlarının müdrikliyi imkan verməyəcəkdir ki, biz bu strateji işbirliyindən bir addım kənara ataq. Çünki bizim siyasətimizin təməlində xalqlarımızın iradəsidir. Bizim xalqlar qardaş xalqlardır, bir-birinə bağlıdır və həm Fransadakı olaylar, həm Xocalı soyqırımının yad edilməsi bunu bir daha göstərdi, həm bizə, həm bütün dünyaya. İstər-istəməz hər kəs bu birliklə hesablaşmalıdır.

Mən ümid edirəm ki, gələcək illərdə biz ikitərəfli strateji işbirliyimizi daha da artıracağıq. Gələcəkdə işlər çoxdur. Biz daim təmasdayıq, daim əlaqə saxlayırıq və çalışırıq ki, beynəlxalq müstəvidə də öz siyasətimizi koordinasiya edək. Əgər xatırlayırsınızsa, İzmirdəki gözəl mərasimlər və tarixi günlər Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə təsadüf etmişdir.

Əgər xatırlayırsınızsa, İzmirdəki gözəl mərasimlər və tarixi günlər Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə təsadüf etmişdir.

- Bəli, tamamilə doğrudur...

- O vaxt İzmirdə çıxış edərkən söylədim ki, bu, bizim yerimizdir və bu, sizin yerinizdir, bizim müştərək yerimizdir. Biz bütün beynəlxalq təşkilatlarda Türkiyəni dəstəkləyirik və Türkiyə də bütün beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir.

Ona görə mən deyəndə ki, bu işbirliyi və müttəfiqlik nadir xarakter daşıyır, məhz bunları nəzərdə tuturam və bir daha demək istəyirəm ki, bu, böyük sərvətdir. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamışlar, belə yaşamağı bizə vəsiyyət etmişlər və biz də bu vəsiyyətə sadiq olmalıyıq.

- Cənab Prezident, söylədiyiniz kimi, həqiqətən biz “bir millət, iki dövlətik” və bunun gələcəkdə də çox mühüm ölçüləri olacaqdır. İki ölkə hakimiyyəti bu əlaqələri çox, daha yaxşı səviyyəyə gətirəcəkdir.

Cənab Prezident, Azərbaycanın ən mühüm problemlərindən biri də Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın qanayan yarası olduğu qədər də bu, eyni zamanda, Türkiyənin qanayan yarasıdır. Qarabağ probleminin həllində, cənab Prezident, son mərhələ, son durum necədir? Qısaca, “TRT Xəbər” vasitəsilə bütün dünyaya necə səslənəcəksiniz?

- Deyə bilərəm ki, bu məsələ ilə bağlı Türkiyə və Azərbaycan Xarici İşlər nazirlikləri mütəmadi qaydada əlaqə saxlayırlar və biz bu məsələləri müzakirə edirik. Ona görə, Qarabağ məsələsinin həlli ilə bağlı son duruma gəldikdə Türkiyə hökuməti bütün bu işlərdən xəbərdardır. İctimaiyyətə gəldikdə, bir daha demək istəyirəm ki, bu məsələnin həlli beynəlxalq hüquqdan keçir. Beynəlxalq hüququn kənarında heç bir razılaşma mümkün deyildir. Birincisi, Dağlıq Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. “Qarabağ” sözü bizim sözümüzdür. Erməni dilində “Qarabağ” sözü heç bir məna daşımır. Biz bilirik ki, ermənilər oraya necə gəliblər, kim erməniləri oraya yerləşdirib və nə vaxt yerləşdirib. 1923-cü ildə Dağlıq Qarabağa Azərbaycan daxilində muxtar vilayət statusu verilmişdir. Bu, məsələnin tarixi tərəfidir.

O ki qaldı hüquqi tərəfə, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə, - Ermənistan da daxil olmaqla, - Dağlıq Qarabağın müstəqilliyini tanımır. Bu da təbiidir, çünki Dağlıq Qarabağ Azərbaycanın içində, ortasında yerləşir. Heç sovet dövründə də Dağlıq Qarabağın inzibati hüdudları Ermənistan Respublikasının inzibati hüdudları ilə bir deyildi. Yəni, o, Azərbaycanın içində yerləşən kiçik bir vilayət idi.

Beynəlxalq hüquq tələb edir ki, torpaqlarımız işğaldan azad edilsin, bütün qaçqınlar öz doğma torpaqlarına qayıtsınlar. Ermənilər bizə qarşı etnik təmizləmə siyasəti aparmışlar. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqına çevrilmişdir və torpaqlarımızın təxminən 20 faizi hələ də işğal altındadır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə tələb edilir ki, erməni qüvvələri Dağlıq Qarabağdan və ətraf bölgələrdən qeyd-şərtsiz çıxsın. Ancaq bu qətnamələr icra edilmir. Ən böyük ədalətsizlik məhz bundadır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edir və bir neçə saatdan sonra bu qətnamə icra edilməyə başlayır. Ancaq bizə gəldikdə, bu ədalətsizlik 20 ildir ki, davam edir.

Ona görə beynəlxalq hüquq normaları bərpa edilməlidir. Bizim bütün qaçqınlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. O ki qaldı Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar orada necə yaşayıblar elə də yaşayacaqlar. Bizim buna etirazım yoxdur. Bu, dünyada qəbul edilmiş gözəl təcrübədir. Hər bir ölkədə, əlbəttə, Ermənistan istisna olmaqla, müxtəlif xalqlar yaşayır, Türkiyədə, Azərbaycanda, demək olar ki, dünyanın əksər ölkələrində. Ermənistan monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır, çünki yaşaya bilmir, onlar başqa milləti yaşatmırlar.

Ona görə Azərbaycan çoxmillətli dövlət kimi, əlbəttə ki, orada yaşayan ermənilərə də şərait yaradacaqdır, kömək edəcəkdir və onlar gələcəkdə Azərbaycan dövlətinin vətəndaşları kimi bütün hüquqlardan istifadə edəcəklər.

Əgər Ermənistan reallığı və Azərbaycanın xeyrinə dəyişən vəziyyəti nəzərə alsa, onda düzgün qərar qəbul edəcək, işğal edilmiş torpaqlardan çəkiləcək, ondan sonra sülh bərpa ediləcək, bütün yollar açılacaq, bütün ölkələr, xüsusilə Qafqazda və bizim coğrafiyamızda yerləşən ölkələr bir-biri ilə yaxın əlaqədə olacaqdır. Bizim istəyimiz bundan ibarətdir. Bizim Ermənistanın bir qarış torpağında gözümüz yoxdur. Baxmayaraq ki, oralar da tarixi Azərbaycan torpaqlarıdır. İrəvan xanlığı, Zəngəzur mahalı, Göyçə mahalı bizim torpaqlarımızdır və Ermənistan bu torpaqlarda dövlət qurub. Azərbaycan torpağında ikinci erməni dövlətinin qurulmasına biz heç vaxt imkan verməyəcəyik. Əgər, bir daha demək istəyirəm ki, Ermənistan indiki reallıqları və Azərbaycanın artan siyasi çəkisini, iqtisadi gücünü nəzərə alsa, düzgün addım atsa, işğal edilmiş torpaqlardan çıxsa, o zaman bu gün Dağlıq Qarabağda yaşayan ermənilərə də xidmət etmiş olar. Əgər bunu anlamasa və işğalçı siyasətini davam etdirsə, o zaman Ermənistan üçün, Dağlıq Qarabağ üçün nəticələr çox acı ola bilər.

- Necə düşünürsünüz? Münaqişə nə vaxta həll olunar? Hansı üsullarla, bir az əvvəl “biz bunu hüquqi yolla istəyirik” dediniz, amma fərqli yollara baş vurula bilərmi?

-Yəni, biz burada beynəlxalq hüquqdan kənarda bir çözüm görmürük. Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Ermənistan bunu nə qədər tez anlasa, o qədər yaxşıdır. Ermənistan əslində mövqeyindən geri çəkilməlidir. Onların mövqeyi Dağlıq Qarabağı müstəqil ölkə kimi görməkdir. Ancaq bu, mümkün olmayacaqdır. Çünki Azərbaycanın razılığı olmadan bu, ola bilməz. Biz isə buna heç vaxt razılıq verə bilmərik. Ona görə, əgər Ermənistan bu mövqedən geri çəkilərsə, o zaman biz tezliklə məsələnin həllinə nail ola bilərik. O zaman ermənilərin Dağlıq Qarabağda yaşaması, yəni normal yaşaması, təhlükəsizlik şəraitində yaşaması mümkün olacaqdır. İndi onlar qorxu içində yaşayırlar. Biz bunu bilirik. İnsanlar daim qorxu içində yaşaya bilməz. Çünki onlar da gözəl bilirlər ki, bu gün Azərbaycan Ordusu Dağlıq Qarabağda öz suverenliyini asanlıqla bərpa edə bilər, asanlıqla! Sadəcə olaraq biz istəmirik ki, yenə qan tökülsün, istəmirik yenidən müharibə başlasın. Biz çalışırıq ki, bunu sülh yolu ilə, danışıqlar yolu ilə edək. Kim istəyər ki, yenidən müharibə başlasın?! Ancaq biz bu vəziyyətlə də barışa bilmərik. Ümumiyyətlə, bu vəziyyət çox davam edə bilməz.

Əgər fikir vermisiniszə, Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri və xarici işlər nazirləri bəyanatlar verirlər ki, status-kvo qəbuledilməzidir, status-kvo dəyişilməlidir. Bu bəyanatları onlar yalnız keçən ildən verməyə başlamışlar. Nə üçün? Çünki hamı yaxşı anlayır ki, status-kvo belə qala bilməz. Gündən-günə güclənən Azərbaycan və gündən-günə zəifləyən, yoxsullaşan Ermənistan. Necə ola bilər ki, bizim torpaqlarımız işğal altında qalsın? Mümkün deyildir. Hər gün, hər ay, hər il Azərbaycan əhalisi artır, Ermənistan əhalisi azalır. Yəni, yenə də deyirəm, erməni rəhbərliyi bu məsələyə reallıq prizmasından yanaşmalıdır. Heç olmasa, bir beş il, on il qabağı proqnozlaşdırmalıdır ki, görsün, burada beş ildən, on ildən sonra güclər nisbəti necə olacaqdır?! Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Azərbaycan gəncləri bu vəziyyətlə barışmayacaqlar.

Ermənistanda bəzi hallarda yanlış bir fikir var idi ki, nəsillər dəyişəcək, gənc nəsil yetişəcək, onlar heç Qarabağda olmayıblar, onlar Qarabağa qayıtmaq istəməyəcəklər. Bu, tamamilə yanlış bir yanaşmadır. Bəlkə bu, ermənilərə xas olan xüsusiyyətdir, amma Azərbaycan xalqının tarixi yaddaşı vardır. Bakıda, çadır şəhərciyində doğulan, Qarabağdan olan hər bir gənc Qarabağa qayıtmaq arzusu ilə yaşayır. Qarabağ heç vaxt unudula bilməz, heç vaxt! Ona görə, gec-tez biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mənim buna şübhəm yoxdur. Sadəcə olaraq, mən istəyirəm ki, bu, tezliklə olsun və əgər mümkündürsə, qan tökülmədən olsun.

Çox təşəkkür edirəm, cənab Prezident. Hörmətli tamaşaçılar,

Azərbaycan Prezidenti İlham Əliyev “TRT Xəbər”in qonağı idi. Səmimi duyğularını “TRT Xəbər”lə bölüşdü. Sizə uğurlar, xoş günlər arzulayıram. 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vəkil: Fransa Yeni Kaledoniyada əlcəzairsayağı sülh istəyir

Şamaxı Rəsədxanasında növbəti ustad dərsi keçirilib

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb