AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN UKRAYNAYA SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev GUAM-ın üzvü olan ölkələrin dövlət başçılarının Kiyevdə keçiriləcək zirvə görüşündə iştirak etmək üçün mayın 22-də Ukraynaya səfərə yola düşmüşdür.
Heydər Əliyev adına beynəlxalq hava limanında Prezident İlham Əliyevi Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər yola salmışlar.