RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ MOLDOVA PREZİDENTİ VLADİMİR VORONİNİN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Moskvada onun üçün ayrılmış iqamətgahda Moldova Prezidenti Vladimir Voronin ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunmuşdur.