AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ POLŞA PREZİDENTİ LEX KAÇİNSKİNİN GÖRÜŞÜ OLMUŞDUR
Davos, 28 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda Polşa Prezidenti Lex Kaçinski ilə görüşmüşdür.
Görüşdə bildirildi ki, Azərbaycan ilə Polşa arasında münasibətlər müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf edir.
Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulan görüşdə bu səfərlərin və belə görüşlərin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyətli olduğu vurğulandı.
Görüşdə ikitərəfli münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
######
