RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN GÖRÜŞÜ

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 12-də İstanbulun “Çırağan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.
Görüşdə iki ölkə arasında dostluq münasibətlərinin daha da dərinləşməsi istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər yüksək qiymətləndirildi və bildirildi ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması bütün bölgədə iqtisadi inkişafa səbəb olacaqdır. Gələcəkdə digər qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin də uğurla həyata keçiriləcəyinə əminlik ifadə edildi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə də müzakirələr aparıldı.