AZƏRBAYCAN PREZİDENTİNİ VƏ XALQINI RUSİYA VƏ UKRAYNA KAZAKLARI DA DƏSTƏKLƏYİRLƏR
Bu sözləri Azərbaycandakı kazakların atamanı Viktor Mereşkin AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir. Atamanın sözlərinə görə, Azərbaycanın müxtəlif bölgələrində yaşayan kazaklar özlərini bu xalqın bir hissəsi sayırlar. Hər bir məsələnin, xüsusən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllində yaxından iştirak etməyə hazırdırlar. Dünya azərbaycanlılarının II qurultayında iştirak etmək üçün gəlmiş kazaklar Azərbaycandakı soydaşlarına yaradılmış şəraitdən razı qalmışlar. Bu qurultay təkcə azərbaycanlıların deyil, digər Azərbaycansevərlərin də birləşməsi istiqamətində mühüm addım olmuşdur.
Kazaklar Bakıdan qayıtdıqdan sonra yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin ictimaiyyətə düzgün çatdırılmasına və xalqımızın bütün dünyadakı kazaklar tərəfindən dəstəklənməsinə çalışacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:45]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]