Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİNİN DENOMİNASİYA HAQQINDA FƏRMANININ VAXTINDA VƏ DƏQİQ İCRA EDİLMƏSİ ÜÇÜN BÜTÜN TƏDBİRLƏR GÖRÜLMÜŞDÜR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” 2005-ci il 7 fevral tarixli Fərmanına əsasən, yeni ilin ilk günündən ölkəmizdə milli valyutanın -manatın denominasiyası həyata keçiriləcəkdir.

Milli Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyev ölkəmizdə denominasiyanı mümkün və məqsədəuyğun edən amillər, onun həyata keçirilməsi qaydaları, yeni pul vahidləri, eləcə də Prezident Fərmanının icrası ilə əlaqədar görülmüş işlər barədə AZƏRTAC-ın müxbirinə demişdir ki, dünya təcrübəsində yüksək inflyasiya və devalvasiya dövründə nominal dəyərini əhəmiyyətli dərəcədə itirmiş milli valyutanın davamlı iqtisadi sabitlik şəraitində denominasiyası zəruri tədbir kimi qəbul edilir. Azərbaycanda oxşar situasiya formalaşmışdır. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş vermiş hiperinflyasiya əsas istehlak mallarının bugünkü 4-5 rəqəmli qiymətlərini müəyyənləşdirmiş, dövriyyəyə buraxıldığı zaman milli valyutanın 1 ABŞ dollarına nisbətən məzənnəsi 16 manat təşkil etdiyi halda, hazırda bu rəqəm 4600 manat hüdudundadır. Hazırda ölkəmiz nəinki Müstəqil Dövlətlər Birliyində, həm də dünyada iqtisadi inkişaf tempinə görə liderlik etdiyi halda, MDB-də, Türkmənistan istisna olmaqla, ən yüksək nominal məzənnəyə malik ölkədir. Yüksək rəqəmlərdə ifadə olunmuş pul əskinasları və qiymətlər miqyası əhalidə, sərmayədarlarda inflyasiya “gözlənməsi” psixologiyası, milli valyutaya inamsızlıq yaradır və iqtisadiyyatın dollarlaşmasının ən əsas səbəblərindən birinə çevrilir.

Yüksək məzənnə və qiymətlər miqyası, həm də, iqtisadiyyatda uçot, hesabat və hesablaşma işləri üçün problemlər yaradır, dövlətin pul çapı üzrə xərclərini də artırır.

Azərbaycanda son 10 il ərzində aparılan ardıcıl iqtisadi islahatlar, yeridilən düzgün iqtisadi siyasət, o cümlədən pul və valyuta siyasəti nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və yüksək templi iqtisadi artım formalaşmış, inflyasiya məhdudlaşdırılmış, manatın dönərli xarici valyutalara nisbətən məzənnəsinin sabitliyi və daxili dönərliliyi təmin edilmiş, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmağa başlamışdır. Bütün bunlar respublikamızda yeni qiymətlər miqyasının həyata keçirilməsini zəruri etmişdir.

Dünya təcrübəsində denominasiyanı həyata keçirən müxtəlif ölkələr öz səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq, milli valyutanın nominal miqyasının azaldılmasının bu və ya digər variantını seçmişlər. Əksər ölkələrdə denominasiyanın başlıca meyarı qiymət miqyası, milli pul vahidlərinin alıcılıq qabiliyyətinin qabaqcıl ölkələrin pul vahidlərinin alıcılıq qabiliyyətinə yaxınlaşdırılması təşkil etmişdir. Yəni, əsas şərt sıfırların silinməsi deyil. Bütün mövcud təcrübələr Azərbaycanda da öyrənilməklə və müəyyən məqamlar nəzərə alınmaqla, 1:5000 nisbətinin seçilməsi məqsədəuyğun sayılmışdır. Bu məqamlar manatın məzənnəsini təxminən 1 manat = 1 ABŞ dolları və ya 1 avro kimi müəyyənləşdirməyə, beləliklə də, respublikamızı keçmiş SSRİ məkanında ən qiymətli və möhkəm milli valyutaya malik ölkə kimi təqdim etməyə imkan verir, əhalinin yaxın tariximizdən yaddaşında qalan qiymət səviyyəsinə enməsini də şərtləndirir (məsələn, bu halda, çörək 20 qəpik, 1 kq mal əti 4 manat, kərə yağı 3 manat 20 qəpik, avtobusda gediş haqqı 10 qəpik, metroda isə 5 qəpik olacaqdır). Qiymətlərin formalaşacaq səviyyələri daxili bazarın beynəlxalq bazarlara inteqrasiyasının sürətləndirilməsi baxımından da əlverişlidir. Belə ki, oxşar mallar üzrə daxili və xarici (xüsusən də ABŞ və Avropa zonasındakı) qiymətləri daha asanlıqla müqayisə etmək imkanı yaranacaq, habelə iqtisadiyyatda dollarlaşma səviyyəsinin azalmasına da əhəmiyyətli təsir göstərəcəkdir. Çünki manatın alıcılıq qabiliyyətinin ABŞ dollarının alıcılıq qabiliyyətinə bərabər olması iri alqı-satqıların da manatla aparılmasına zəmin yaradacaq, pulların nağd hesablaşmaları optimallaşdıran strukturu formalaşacaq, böyük həcmdə dövlət xərclərinə qənaət etməyə imkan verəcəkdir. Həm də, pul dövriyyəsinin böyük bir hissəsini sikkələr təşkil edəcək ki, onların da ömür müddəti əskinasların ömür müddətindən bir neçə dəfə çox və istehsal xərcləri azdır, bu isə “texniki inflyasiya”nın baş verməsi ehtimalını azaldır, denominasiyadan sonra pulların formalaşacaq binar strukturu qiymətlərin yuvarlaqlaşdırılması zərurəti doğurmur.

Azərbaycanda da istehlak məhsulları bazarında rəqabət mühitinin bərqərar olması burada yeni valyutanın tətbiqi ilə bağlı texniki inflyasiyanın, mal və qiymət artımının baş verməsi ehtimalını azaldır. Yəni, hazırda məhsul və xidmətlər üzrə istənilən mövcud qiymətin yeni valyuta ilə ekvivalent məbləğdə qiymətlərə transformasiyası mümkündür. Məsələn, hazırda qiyməti 50 manat olan məhsul (daha aşağı qiymətə məhsullar praktik olaraq yoxdur) denominasiyadan sonra 1 qəpiyə, qiyməti 250 manat olan məhsul 5 qəpiyə, qiyməti 2500 manat olan məhsul 50 qəpiyə satılacaqdır.

2006-cı il yanvarın 1-dən dekabrın 31-i də daxil olmaqla, ilin sonunadək köhnə nümunəli pul nişanları qanuni ödəniş vasitəsi kimi dövriyyədə, paralel olaraq, hər növ ödənişlərin həyata keçirilməsində, hesablara daxil edilməsində və pul köçürmələri üçün qəbul ediləcək, habelə banklar tərəfindən məhdudiyyətsiz olaraq dəyişdiriləcəkdir. 2007-ci il yanvarın 1-dən etibarən isə köhnə pul nişanları, məbləğindən asılı olmayaraq, Milli Bank və onun qurumları tərəfindən məhdudiyyətsiz və müddətsiz olaraq dəyişdiriləcəkdir. Köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi komisyon haqqı tutulmadan həyata keçiriləcəkdir.

Yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında - “Müstəqil Azərbaycan” adı ilə hazırlanmış, əskinasların mühafizə elementləri xüsusi “mühafizə fəlsəfəsinə” uyğun İsveçrə Milli Bankının texniki dəstəyi vasitəsilə hazırlanmışdır. Qeyd edək ki, pulların mühafizə sistemlərinin inkişafına görə İsveçrə Milli Bankı dünyada favorit sayılır və müxtəlif valyutaların pul nişanlarının müqayisəsi zamanı mühafizə baxımından İsveçrə Frankı əskinasları etalon kimi qəbul olunur.

Əskinaslar mühafizə səviyyəsinə görə də avro pul nişanlarından aşağı olmayacaqdır. Əskinas və sikkələrin dizaynları avronun müəllifi Avstriya Milli Bankının dizayneri Robert Kalina tərəfindən hazırlanmışdır. Dizaynların hazırlanmasında qrafik üsula üstünlük verilmiş, portret və memarlıq abidələrindən istifadə olunmasından imtina edilmişdir.

1 manat – mədəniyyət, 5 manat–yazı və ədəbiyyat, 10 manat-tarix, 20 manat–Qarabağ, 50 manat – təhsil və gələcək, 100 manat-iqtisadiyyat və inkişaf ideyasını əks etdirir. Sikkələrin dizaynları əskinasların dizaynlarına müvafiq hazırlanmışdır.

Yeni əskinasların 222 milyon, sikkələrin 155 milyon ədədi artıq Bakıdadır və bu proses davam etməkdədir. Yaxın günlərdə 6 kağız və 6 metal pul vahidlərinin təqdimatı keçiriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb

Ankarada “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər təşkil olunub

Ayxan Abbasov: Yoldaşlıq matçlarında həm yaxşı oyun, həm də yaxşı nəticə istəyirik

Laşa Amaşukeli: BTQ-nin modernləşdirilməsinin başa çatması Gürcüstan və Azərbaycan üçün mühüm mərhələdir

Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir

Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir

Qarabağda arxeoloji tədqiqatların miqyası genişlənir: Şuşa və Xankəndidə kəşfiyyat işləri aparılır

ƏƏSMN ilə Dünya Bankının icra etdiyi birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək

Akademik İsa Həbibbəyli: Arxeologiyada müxtəlif elm sahələrinin əməkdaşlığı önəmlidir

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik

Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir

İsmayıllıda kənd təsərrüfatının inkişafı üçün yeni hədəflər müəyyənləşdirilir

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

® “ABB Home” platformasına “Mygov ID” ilə daha sürətli giriş imkanı!

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

Bu gün artıq Zəngəzur dəhlizi regional layihə statusunu çoxdan geridə qoyub - ŞƏRH

Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb

Bakı Texniki Kollecinə müəllim tələb olunur

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük

Coğrafiyaşünas-alim: Yaz yağıntıları dağlıq ərazilərdə sürüşmə riskini artırıb

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

“Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu” mövzusunda görüş

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

İran xaricdə dondurulmuş aktivlərinin 50 faizinin dərhal qaytarılmasını tələb edir

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

Qanunvericiliyə dəyişikliklər məcburi köçkünlük dönəminin hüquqi baxımdan yekunlaşmasıdır - RƏY

Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir ŞƏRH

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalında klassik musiqi günü

Media: Tayvan gəmi əleyhinə raket arsenalını 1,8 minə çatdırmağı planlaşdırır

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 5 milyard dolları ötüb

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib VİDEO

OECD: 2030-cu ilədək qlobal polad tələbatının hər il 0,9 faiz artacağı gözlənilir

Fransa və İrlandiya müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Sabah” Azərbaycan millisinin futbolçusu ilə müqaviləni yeniləyib

İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq

Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Belçika-Azərbaycan Forumunun birinci iclası Brüsseldə təşkil olunub

Polşa Avropa İttifaqına üzvlük yolunda Ukrayna üçün yeni maneəyə çevrilə bilər

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub

Qanunsuz quş kəsimi sexində reyd aparılıb

Şəhid Səma Kərimovanın xatirəsi anılıb

Aleksandr Novak: Rusiyanın neft hasilatı azalıb

Azərbaycan Premyer Liqasını tərk edən komandada ayrılıq

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Maqnit qasırğalarının sağlamlığa təsiri: kimlər özünü qorumalıdır?

MEK tanınmış alim Şahbaz Muradovun biblioqrafik göstəricisini hazırlayıb

“Qəbələ” klubu yetirməsi ilə yollarını ayırıb

Donor qanı hansı yoxlamalardan keçirilir?

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

Paytaxt məktəbliləri zona birinciliyində qalib olublar

Böyük Britaniya hökuməti müdafiə sahəsinə investisiyaları ixtisar edə bilər

® “Azerconnect Group” süni intellektəsaslı şəbəkə alyansına üzv olub

Alis Vaydel: Ukraynanın Aİ-yə üzvlüyü Almaniyanın maraqlarına uyğun deyil

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib VİDEO

“Bayer” yeni baş məşqçisi ilə müqavilə imzalayıb

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

Su ehtiyatlarının idarə olunmasında rəqəmsal nəzarət imkanları genişləndirilir

NİİM: Heydər Əliyev prospektində qəza baş verib, hər iki istiqamətdə sıxlıq yaranıb

Cevdet Yılmaz: Orta Dəhliz dünya ticarəti üçün təhlükəsiz və zəruri marşruta çevrilib