Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində konstitusiya şikayətlərinə baxılması vasitəsilə Konstitusiyanın aliliyinin təmin edilməsi

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində konstitusiya şikayətlərinə baxılması vasitəsilə Konstitusiyanın aliliyinin təmin edilməsi

Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi ərəfəsində

Bakı, 6 noyabr, AZƏRTAC

Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri, 3-cü dərəcə dövlət müşaviri Anar Cəfərovun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində konstitusiya şikayətlərinə baxılması vasitəsilə Konstitusiyanın aliliyinin təmin edilməsi” sərlövhəli məqaləsində ölkəmizin Əsas Qanununun vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə dair müddəalarından, Konstitusiya Məhkəməsinin konstitusiya şikayətlərinə baxılması sahəsində təcrübəsindən bəhs olunur.

AZƏRTAC məqaləni təqdim edir.

Hər bir müstəqil dövlətin ən mühüm atributlarından biri onun milli qanunvericiliyidir. Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ölkədə baş verən hakimiyyət davası, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, iqtisadi və siyasi böhran müstəqil dövlətdaxili qanunvericiliyin formalaşdırılmasında çətinlik yaradırdı.

Yalnız xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizin qurulması prosesinin başlanmasına təkan vermişdir. Bu prosesin ən mühüm mərhələlərindən biri - ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 25 il bundan öncə ümumxalq səsverməsi nəticəsində müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi olmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası ölkəni demokratik hüquqi dövlət bəyan etmişdir. Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu müddəaların həyata keçirilməsi o deməkdir ki, dövlət və hüquq hər şeydən əvvəl əsasən insan üçün mövcud olur, sonuncu isə onların tələbatlarını real olaraq əks etdirir, müdafiə edir və qoruyur. Yalnız demokratik cəmiyyətdə, hüquqi dövlətdə ali ümumbəşəri dəyərlər kimi qəbul edilən insan və vətəndaş hüquq və azadlıqlarının, şəxsin toxunulmazlığı və təhlükəsizliyinin təmin və müdafiə olunması dövlət hakimiyyətinin konstitusiya fəaliyyətinin əsas məqsəd və vəzifəsidir.

Bununla yanaşı, hüquqi dövlət prinsipi bütün ictimaiyyəti və dövlət həyatını hüquqi vasitələrlə “bir-birinə bağlayır”, bu isə bir tərəfdən ictimai prosesləri dövlətin, onun orqanlarının və vəzifəli şəxslərin fərdin maraqlarına özbaşına müdaxiləsinə yol vermədən tənzimləməyə, digər tərəfdən fərdlər arasındakı qarşılıqlı münasibətlərdə insan ləyaqətinə, azadlığına və toxunulmazlığına təminat verməyə imkan yaradır.

Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək hüquqi qüvvəyə malikdir və Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır (147-ci maddə). Konstitusiyada insan və vətəndaşın hüquqi statusunun əsasları, vətəndaşların hüquq və azadlıqlarının reallaşdırılması prosesinin məzmunu, həmçinin cəmiyyətin, iqtisadiyyatın, siyasətin, sosial sahənin xüsusiyyətlərini müəyyən edən əsas ideyalar təsbit olunur, dövlət tənzimlənməsinin hədləri və xarakteri müəyyənləşdirilir.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının üstünlüyünü, ölkə ərazisində birbaşa qüvvəsini elan etməklə və bunların təmin olunmasını Azərbaycan dövlətinin ali məqsədi olduğunu bəyan etməklə, Azərbaycan Respublikasının Konstitusiyası müəyyən edir ki, məhz dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə və bu müdafiənin məhkəmədə həyata keçirilməsinə təminat verir (Konstitusiyanın 60-cı maddəsi və 71-ci maddəsinin VII hissəsi).

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş əsas konstitusiya müddəaları sırasında hüquq və azadlıqların məhkəmə təminatı hüququnun xüsusi əhəmiyyət kəsb etməsi, həmin hüququn təmin edilməməsinin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına səbəb olması xüsusilə vurğulanmışdır.

Eyni zamanda, məhkəmə təminatı hüququ məhkəmənin yalnız vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış, ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat həm də vətəndaşların (onların statusundan asılı olmayaraq) müvafiq şikayətlə məhkəmələrə müraciət etmək hüququnu nəzərdə tutur.

Məlum olduğu kimi, konstitusiya ədalət mühakiməsi orqanları vacib müdafiə təsisatı kimi vətəndaşların konstitusiya hüquq və azadlıqlarının müdafiəsi üzrə xüsusi səlahiyyətlərə malikdirlər. Bununla əlaqədar, xüsusilə qeyd olunmalıdır ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə respublikada keçirilən demokratik-hüquqi islahatlar çərçivəsində Konstitusiya Məhkəməsinin yaradılması mühüm əhəmiyyətə malikdir. 1998-ci ildən fəaliyyətə başlayan Konstitusiya Məhkəməsinin əsas məqsədi demokratik dəyərləri bəyan edən, hüquqa və ədalətə əsaslanan Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin hüququn bütün subyektlərinə münasibətdə təmin edilməsindən ibarətdir.

Konstitusiyanın mətninə əlavə və dəyişikliklərin edilməsinə dair 2002-ci il avqustun 24-də keçirilmiş referendumla Konstitusiya Məhkəməsinin səlahiyyətlərində əhəmiyyətli dəyişikliklər edilmiş və həmin dəyişikliklər əsasında vətəndaşlar bilavasitə Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ əldə etmişlər.

Sözsüz ki, referendum ulu öndər Heydər Əliyevin danılmaz liderlik əməyi və müdrik töhfəsinin nəticəsində baş vermişdir. Bu, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkənin nüfuzunun güclənməsi istiqamətində əhəmiyyətli hadisə olmaqla, vətəndaşların bilavasitə konstitusiya nəzarəti orqanına şikayət verməsi ölkənin demokratik inkişafının yeni mərhələsi kimi qiymətləndirilməlidir. Bu mərhələ siyasi sistemin mərkəzində insan hüquq və azadlıqlarının müdafiəsinin dayanması ilə səciyyələnir.

Vətəndaşların Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etməsinin mümkünlüyü hüquqi-demokratik dövlətin formalaşdırılması prosesində və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində də mühüm addım idi. Eyni zamanda, vətəndaşların Konstitusiya Məhkəməsinə şikayət vermək hüququna malik olmaları onların hüquq və azadlıqlarının müdafiəsi baxımından olduqca əhəmiyyətli vasitənin əldə edilməsi deməkdir.

Konstitusiya Məhkəməsində vətəndaşların şikayəti əsasında baxılan işlər xüsusi kateqoriya işləridir. Birincisi, şikayətdə ərizəçinin konkret konstitusiya hüquq və azadlıqlarının pozulması barədə mövqeyi dəqiq ifadə olunmalıdır. İkincisi, Konstitusiya Məhkəməsi vətəndaşların hüquq və azadlıqlarının pozulması ilə bağlı işlər üzrə ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları yenidən yoxlaya bilməz. Konstitusiya Məhkəməsi yalnız normativ-hüquqi aktın, məhkəmə aktının Konstitusiyaya və qanunlara uyğun olub-olmaması barədə qərar qəbul edir. Şikayətlərə baxılması proseduru şəxsin konstitusiya hüquq və azadlıqlarının müdafiəsində digər məhkəmələrin səlahiyyətlərini və vəzifələrini əvəz etmir.

Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmənin mümkünlüyü demokratik və hüquqi dövlətin formalaşdırılması prosesində və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində mühüm addımdır. Eyni zamanda, vətəndaşların Konstitusiya Məhkəməsinə şikayət vermək hüququna malik olmaları onların hüquq və azadlıqlarının müdafiəsi baxımından olduqca əhəmiyyətli vasitənin əldə edilməsi deməkdir.

Nəzərə alınmalıdır ki, məhz konstitusiya şikayəti prosessual hüquqi forma və konstitusion-prosessual hüquq münasibətlərinin yaranmasının əsası olaraq hüquq və azadlıqların müdafiə vasitələrindən biri kimi çıxış edir. Bununla da konstitusiya şikayətini iddia və şikayət kimi prosessual müdafiə vasitələri ilə müqayisə etmək olar. Bu zaman onun konstitusion-hüquqi təbiəti müdafiə olunan hüquqların xarakterini və mənasını şərtləndirir ki, bu da şikayətin formasına, onun subyektlərinə dair tələbləri, mümkünlüyünün digər şərtlərini, həmçinin şikayətə xüsusi prosessual formada baxılmasını müəyyən edir.

Konstitusiyanın 130-cu maddəsinin V hissəsində Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmək hüququ olan subyektlərin dairəsinin müəyyən edilməməsini nəzərə alaraq qeyd etmək lazımdır ki, fiziki şəxslərlə yanaşı (vətəndaşlar, vətəndaşlığı olmayanlar və əcnəbilər), Konstitusiya Məhkəməsinə Konstitusiyanın 58-ci maddəsi və “İctimai təşkilatlar haqqında”, “Siyasi partiyalar haqqında” qanunların əsasında yaradılan ictimai təşkilatlar, ictimai hərəkatlar, ictimai fondlar, ictimai birliklər, siyasi partiyalar, həmçinin “Vicdan azadlığı haqqında” Qanunun əsasında yaradılmış dini birliklər, o cümlədən mülki qanunvericiliklə nəzərdə tutulmuş digər təşkilati-hüquqi formalarda olan hüquqi şəxslər də müraciət edə bilər.

Konstitusiya Məhkəməsinin təcrübəsi onu göstərir ki, o, konstitusiya nəzarəti orqanı kimi fiziki və hüquqi şəxslərin konstitusion hüquqlarının müdafiəsini təmin edir. Ümumilikdə Konstitusiya Məhkəməsi tərəfindən onların konstitusion hüququ olan mülkiyyət hüququ (29-cu maddənin II hissəsi), ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan vərəsəlik hüququ (29-cu maddənin VII hissəsi), təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ (35-ci maddənin II, IV, VI hissələri), istirahət hüququ (37-ci maddə), sosial təminat hüququ (38-ci maddə), təhsil hüququ (42-ci maddə), mənzil hüququ (43-cü maddə), dövlətin idarə olunmasında iştirak etmək hüququ və seçki hüququ (55 və 56-cı maddələr), dövlət orqanlarına müraciət etmək hüququ ( 57-ci maddə), birləşmək hüququ (58-ci maddə), sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququ (59-cu maddə) ilə bağlı məsələlərə baxılmışdır. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin bütün qərarlarında hüquqi şəxslərin məhkəmə müdafiəsi hüququnun (60-cı maddə) pozuntusu da müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun qərarı mübahisəyə dair hüquqi məsələlərlə bağlı məhkəmənin hüquqi mövqelərini də əks etdirir. Həmin mövqelər bir qayda olaraq Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır. Konstitusiya Məhkəməsinin bir çox qərarlarında hüquqi dövlətin mahiyyətindən irəli gələn, xüsusilə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presendent hüququnda geniş tətbiq edilən hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlıq prinsipləri öz əksini tapmışdır.

Xüsusilə qeyd olunmalıdır ki, konstitusiya mühakimə icraatı zamanı hüquqi tənzimetmənin nöqsanlarını müəyyən edən və onların aradan qaldırılmasının mümkün üsullarını göstərən Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri, məhkəmə qərarının əsaslandırıcı və ya nəticəvi hissəsində göstərilməsindən asılı olmayaraq, məcburi xarakter daşıyır.

Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilir.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsi tərəfindən hər hansı bir aktın Konstitusiyaya uyğun olub-olmaması faktının təsdiq edilməsi özü-özlüyündə nəinki həmin aktı qəbul etmiş orqan, həmçinin digər normayaradıcı və ya məhkəmə orqanları üçün preyudisial əhəmiyyətə malik xüsusi fakt kimi qəbul edilə bilər. Normayaradıcı orqanlara münasibətdə Konstitusiya Məhkəməsinin qərarının preyudisial əhəmiyyəti onunla ifadə olunur ki, Konstitusiyaya uyğun olmayan hesab edilmiş normativ hüquqi aktla eyni məzmunlu aktın yenidən qəbul edilməsi yolverilməzdir. Normativ hüquqi aktın hər hansı müddəasının Konstitusiyaya uyğun olmadığı faktının Konstitusiya Məhkəməsi tərəfindən müəyyən edilməsinin preyudisial əhəmiyyəti məhkəmələr tərəfindən digər aktlarda təsbit olunmuş oxşar müddəaların tətbiqini də qeyri-mümkün edir.

Bununla bağlı məsələnin digər tərəfi ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi məhkəmə aktının Konstitusiyaya uyğun olub-olmaması faktını təsdiq etdikdə, bu hal nəinki baxılmış iş üzrə məhkəmələr üçün, habelə başqa işlərə baxan məhkəmələr üçün preyudisial əhəmiyyətə malikdir.

Konstitusiya Məhkəməsinin qərarlarının, xüsusən də bu qərarlarda ifadə olunan hüquqi mövqelərin hüquqtətbiqedən orqanlar tərəfindən nəzərə alınması və tətbiqi qanunvericilik müddəalarının Əsas Qanunun prinsiplərinə və mənasına uyğun tətbiqinə, Konstitusiya Məhkəməsinin qərarlarının məcburiliyi barədə qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə və ümumilikdə milli hüququn inkişafına xidmət edir.

Hüquqların məhkəmə müdafiəsinin səmərəliliyinin güclənməsi istiqamətində ulu öndər Heydər Əliyevin siyasi və hüquqi kursunu davam etdirən, uzaqgörən lider, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti danılmaz bir həqiqətdir. Bu sahədə dövlətimizin başçısı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyəti xüsusilə qeyd edilməlidir. Fərmanın preambulasında göstərildiyi kimi, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Azərbaycan Respublikasının Prezidentinin Fərmanında nəzərdə tutulmuş tapşırıq və tövsiyələr məhkəmələrdə vətəndaşların hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsinə, bu məqsədlərə xidmət edən təminatların gücləndirilməsinə yönəlmişdir. Sözsüz ki, həmin tapşırıqlar və tövsiyələr Konstitusiya Məhkəməsinin fəaliyyətində, xüsusilə məhkəməyə daxil olan ərizə və şikayətlərin öyrənilməsində ciddi şəkildə rəhbər tutulur.

Yekun olaraq, qeyd etmək istərdik ki, müasir cəmiyyətimizdə konstitusiya şikayəti institutu Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların müdafiəsi baxımından cəmiyyətin və dövlətin sabit və davamlı hüquqi inkişafına öz töhfəsini verir.

Məlum olduğu kimi, sentyabrın 27-dən etibarən Ermənistanın davam edən hərbi təxribatları nəticəsində Azərbaycanın bir çox rayonları düşmənin silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb. Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüququ, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını kobud şəkildə pozaraq, mülki əhalini və infrastrukturu məqsədyönlü şəkildə atəşə tutur, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməkdə davam edir.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi terror aktları ilə bağlı məsuliyyət daşıdığını nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi digər dövlətlərin konstitusiya nəzarəti orqanlarına müraciət edərək beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin qınamağa, ondan beynəlxalq hüquq öhdəliklərinə əməl etməsini tələb etməyə çağırmışdır.

Azərbaycan Respublikasının bütün vətəndaşları əmindirlər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, işğaldan azad olunmuş torpaqlarda Azərbaycanın Ali Qanunu bərqərar olunacaq, dövlətimizin bayrağı işğaldan tamamilə azad edilmiş bütün şəhər və qəsəbələrdə ucaldılacaq, didərgin düşmüş əhalinin hüquqları bərpa ediləcək. Konstitusiya Məhkəməsinin gələcək fəaliyyətinin əsas istiqamətləri isə azad edilmiş torpaqlarda konstitusiya və ədalət prinsipinə əsaslanan hüququn təşkil olunmasında, dövlətin hüquq sisteminin uğurla və dinamik inkişafında öz əksini tapacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb

Azərbaycan nefti 118,22 dollara satılır

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib