AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N-6, maddə 329, N-10, maddə 587; 2004-cü il, N-12, maddə 1006; 2005-ci il, N-3, maddə167) uyğun olaraq qərara alıram:
1. Azərbaycan kinosunun inkişafında böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:
Behbudov Vaqif Qulam oğlu
Manafov Fəxrəddin Manaf oğlu
Ömərova Həmidə Məmməd qızı
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 iyul 2006-cı il.