AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Telefon danışığı zamanı dövlətimizin başçısı Türkiyə Prezidentinə Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlüyü ilə bağlı müzakirələrin başlanması münasibətilə təbriklərini çatdırmış, bunu dost və qardaş ölkənin Avropa ailəsində öz layiqli yerini daha da möhkəmləndirməsi, beynəlxalq nüfuzunun daha da güclənməsi baxımından mühüm hadisə kimi dəyərləndirmişdir.
Dövlət başçıları “Bir millət, iki dövlət” prinsipini rəhbər tutan Azərbaycanla Türkiyə arasında münasibətlərin bütün sahələrdə sürətlə inkişafından, dünya miqyaslı enerji layihələrinin həyata keçirilməsində uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə etmiş, bu əlaqələrin bundan sonra da daim genişlənəcəyi və möhkəmlənəcəyinə əmin olduqlarını vurğulamışlar.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və regional əməkdaşlığa dair qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.