AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dövlətimizin başçısı Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin başlanması ilə əlaqədar cənab Ərdoğanı təbrik etmişdir. Prezident İlham Əliyev bu proseslərin Türkiyə iqtisadiyyatının Avropa, dünya iqtisadiyyatına daha sıx inteqrasiyası işinə xidmət edəcəyinə əminliyini bildirmişdir.
Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluqlarını ifadə etmiş, qlobal enerji layihələrinin gerçəkləşməsi istiqamətində həyata keçirilən birgə əməkdaşlığın xalqlarımızın rifah halının daha da yaxşılaşdırılmasına, regional sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulamışlar.
Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.