AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yanında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin reallaşdırılması ilə bağlı müşavirə keçirilmişdir.
Müşavirədə Bi-Pi Azərbaycan şirkətinin prezidenti Devid Vudvord çıxış edərək, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan ərazisində “Ətraf mühitə təsirinin qiymətləndirilməsinə” dair sənədin imzalanması ilə bağlı bp şirkətinin Gürcüstan hökuməti ilə apardığı işlər haqqında ətraflı məlumat vermişdir.
Müşavirədə Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə, xarici işlər naziri Vilayət Quliyev, Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev və digər rəsmi şəxslər iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]