AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN ƏMƏKDAŞLARINA XÜSUSİ RÜTBƏLƏRİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Vergilər Nazirliyinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilsin:
Əliyev Namiq Tofiq oğlu - Azərbaycan Respublikası vergilər nazirinin müavini
Qasımov Natiq Əbülfəz oğlu - Azərbaycan Respublikası vergilər nazirinin müavini
Mehdiyev Rafiq Tağı oğlu - Naxçıvan Muxtar Respublikasının vergilər naziri
Məmmədxanov Sahir Polad oğlu - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında İri vergi ödəyiciləri ilə iş departamentinin rəisi
Bayramov Manaf Bayram oğlu - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhər vergilər departamentinin rəisi.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 fevral 2005-ci il.