AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram.
İllər boyu ölkələrimiz arasında dostluq münasibətləri müxtəlif sahələrdə inkişaf etmişdir. Çox ümidvaram ki, fəaliyyətiniz dövründə bu səmimi münasibətlər xalqlarımızın rifahı naminə daha da canlanacaqdır.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edir və gələcək işlərinizdə Sizə ən xoş diləklərlə böyük uğurlar arzulayıram.
Meqavati Sukarnoputri
İndoneziya Respublikasının Prezidenti.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]