AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Misir xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.
Cənab Baş nazir, əminəm ki, ölkələrimiz arasında mövcud olan gözəl ikitərəfli münasibətlər gələcəkdə xalqlarımızın rifahı və tərəqqisi naminə daha da möhkəmlənəcək və əməkdaşlığımız genişlənəcəkdir.
Eyni zamanda, bu fürsətdən istifadə edərək, yeni işinizdə Sizə böyük uğurlar, dost Azərbaycan xalqına isə tərəqqi və əmin-amanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Doktor Atif Ubeyd
Misir Ərəb Respublikasının
Baş naziri.