AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Yüksək dövlət vəzifəsinə - Azərbaycanın Baş naziri təyin olunmağınız münasibətilə Sizi Moskva hökuməti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Prezidentinin apardığı ölçülüb-biçilmiş və konstruktiv siyasət, əvvəllər olduğu kimi, yenə də əməli məzmunla – Moskvanın da özünü aid etdiyi tərəfdaşlarla əməkdaşlıqla fəal surətdə dolğunlaşacaqdır.
Ümidvaram ki, çoxşaxəli və qarşılıqlı surətdə faydalı əlaqələrin inkişaf etdirilməsi haqqında əvvəllər əldə olunmuş razılaşmaların həyata keçirilməsi sahəsində birgə səylərimiz iqtisadi firavanlığın möhkəmlənməsi, sakinlərimizin rifahının yüksəlməsi yolunda irəliləyişə yeni təkan verəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, məsul işinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.
Yuri Lujkov
Moskva şəhərinin meri
Moskva, 7 avqust 2003-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]