AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Türkiyə ilə Azərbaycan arasında həmişə mövcud olan, təməlli, güclü, tarixi və mədəni bağlara əsaslanan dostluq, qardaşlıq və əməkdaşlığın Zati-alinizin prezidentliyi dövründə daha da inkişaf edəcəyinə şübhəm yoxdur.
Ölkələrimiz Şərqlə Qərbin qucaqlaşdığı, müxtəlif sivilizasiyaların bir-birini zənginləşdirdiyi önəmli bir qovşaq nöqtəsində yerləşir. Bizi bir-birimizə güclü şəkildə bağlayan ortaq tariximizdən və mədəni birliyimizdən aldığımız qüdrət, ölkələrimizin bundan irəli gələn ortaq öhdəliklərinin də birgə yerinə yetirilməsi üçün mühüm təminatdır. Qarşıdakı mərhələdə də Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin və yaxın işbirliyinin bu təməl üzərində güclənərək inkişaf edəcəyinə inanıram.
Zati-alinizə yeni vəzifənizdə uğurlar diləyir, bu fürsətdən istifadə edərək, dost və qardaş Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığı üçün ən səmimi arzularımı yetirirəm.
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının Baş naziri.