AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizin liderliyiniz altında dost və qardaş Azərbaycanın tərəqqi və müasirləşmə yolunda sürətlə irəliləyərək, beynəlxalq səviyyədə örnək göstərilən uğurlara imza atacağına, ölkələrimiz arasında olan yaxın münasibətlərin bütün sahələrdə güclənərək inkişaf edəcəyinə ürəkdən inanıram.
Türkiyə və Azərbaycan regionumuzun yüksəlişində ortaq siyasət yürüdür. Şərqlə Qərb arasındakı qovuşma yolunda üzərimizə götürdüyümüz ortaq öhdəliklərin yeni vəzifəniz dövründə aramızdakı əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əminəm.
Bu fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik arzu edir, dost və qardaş Azərbaycan xalqının yüksəliş və əmin-amanlığı üçün ən səmimi arzularımı bildirirəm.
Əhməd Necdət Sezər
Türkiyə Respublikasının Prezidenti.