AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-alinizin yetkin və mütərəqqi liderliyinin qardaş Azərbaycanın inkişafına və çiçəklənməsinə böyük töhfə verəcəyinə əminəm.
Türkiyə ilə Azərbaycan arasında yaranmış yaxın işbirliyi, xalqlarımızın rifahına dəyərli töhfələr verməklə yanaşı, regionumuzda sülhün və əmin-amanlığın qorunmasına xidmət etməkdədir. Ölkələrimiz arasında mövcud olan köklü dostluqdan və qarşılıqlı etimaddan güc alan əməkdaşlığımızın Zati-alinizin liderliyi altında daha da güclənərək, hərtərəfli inkişaf edəcəyinə tamamilə əmin olduğumu bir daha təkrarlamaq istərdim.
Bu münasibətlə Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına tərəqqi və nailiyyətlər arzulayıram.
Abdullah Gül
Türkiyə Respublikasının xarici işlər
naziri və Baş nazirin müavini.