AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Möhtərəm Prezident!
Səhiyyə işçilərinin əmək haqlarının artırılması barədə Sərəncamınız respublikamızın bütün tibb işçiləri kimi, bizi də ürəkdən sevindirmişdir. Bu Sərəncam bizi tibb xidmətinin keyfiyyətini yüksəltməyə, ictimai işlərdə daha fəal olmağa ruhlandırmışdır.
Cənab Prezident!
Sizi bir daha əmin edirik ki, biz - Şəmkir rayonunun 2000 nəfərə yaxın tibb işçisi növbəti prezident seçkilərində də yalnız Sizin namizədliyinizi müdafiə edəcəyik.
Dərin hörmətlə,
Şəmkir rayonunun tibb işçiləri