Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV İTALİYA NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iyulun 16-da Prezident sarayında İtaliya xarici işlər nazirinin müavini Marqarita Boniverin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Dövlətimizin başçısı Heydər Əliyev qonağı və onu müşayiət edən şəxsləri səmimiyyətlə salamladı, eyni zamanda onların Azərbaycanla tanışlıq üçün çox az vaxt ayırmalarından təəssüfləndiyini söylədi.

Bununla belə, səfəri müsbət qiymətləndirən Prezident Heydər Əliyev dedi ki, İtaliya ilə Azərbaycan arasındakı əlaqələr bizim üçün çox əhəmiyyətlidir. Son illər bu əlaqələri inkişaf etdiririk. Uzun müddətdir ki, Bakıda İtaliyanın daimi səfirliyi fəaliyyət göstərir. Əvvəlki səfir çox yaxşı işləyirdi. Yeni səfir gözəl xanımdır, o da çox yaxşı işləyir. Biz neft sektoru sahəsində yaxşı əməkdaşlıq edirik. Başqa sahələrdə də əməkdaşlıq üçün imkanlarımız çoxdur.

İtaliyada kiçik və orta sahibkarlıq sahəsində yaxşı təcrübə olduğunu xatırladan dövlətimizin başçısı vurğuladı ki, biz indi bazar iqtisadiyyatını inkişaf etdirərək, Azərbaycanda milli sahibkarlarımızı yaratmaq istəyirik. Təbiidir ki, böyük sahibkarların yaranması hələ ki, çətindir. Ancaq kiçik və orta sahibkarlar təbəqəsi yaratmaq mümkündür. Bu sahədə də İtaliya ilə əməkdaşlıq etmək istəyirik.

Beləliklə, əlaqələrimizi inkişaf etdirmək üçün imkanlar çoxdur. Sadəcə, gərək hər iki tərəf daha da fəal işləsin. Güman edirəm ki, Bakıya, Azərbaycana qısamüddətli səfəriniz ölkəmiz haqqında sizdə şəxsi təəssüratlar yaradacaq və əlaqələrimizin inkişaf etdirilməsinə kömək edəcəkdir.

Səmimi qəbul üçün dövlətimizin başçısına təşəkkür edən Marqarita Boniver Azərbaycan Prezidenti ilə görüşmək və ölkələrimiz arasında qarşılıqlı münasibətlərə dair fikir mübadiləsi aparmaq imkanından məmnun olduğunu söylədi.

Xanım Boniver dedi ki, İtaliya hökuməti bu fikirdədir ki, ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün Sizin tərəfinizdən əzm, iradə var. Biz həm siyasi, iqtisadi, mədəni, həm də ticarət sahələrində əlaqələri inkişaf etdirmək istəyirik. Mən Azərbaycanın xarici işlər naziri, nazirin müavini, iqtisadi inkişaf naziri ilə, Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı İlham Əliyevlə, parlament sədrinin müavini ilə görüşlər keçirmişəm. Biz həqiqətən gördük ki, Azərbaycanda demokratiyanın möhkəmləndirilməsi, insan haqlarının qorunması və bazar iqtisadiyyatının inkişafı sahəsində böyük səylər göstərilir. Xüsusilə deyərdim ki, bazar iqtisadiyyatının qurulması Azərbaycanın dünyaya inteqrasiyası üçün çox önəmli ola bilər. İtaliya Azərbaycandan neft idxal edən ilk ölkələr sırasındadır. Mənim hökumətim Azərbaycanla iqtisadiyyat və ticarət sahələrində münasibətlərin daha da inkişaf etdirilməsində çox maraqlıdır.

Qonaq bildirdi ki, iqtisadi inkişaf naziri ilə görüşdə Azərbaycanda biznes imkanlarının təşviqi üçün İtaliyada Azərbaycan haqqında sərginin təşkili, Azərbaycanın iş adamlarının həmin tədbirdə iştirak etməsi barədə razılıq əldə olundu. Xanım Boniver Azərbaycanın Romada səfirliyinin açılması məsələsinə də toxunaraq dedi ki, bu, bizi çox sevindirərdi. Prezident Heydər Əliyev bununla əlaqədar bildirdi ki, İtaliyada Azərbaycanın səfirliyinin açılmasını mən çox istəyirəm. Ancaq bəzi obyektiv səbəblərdən bu, mümkün olmayıbdır. Yaxşı bilirəm ki, səfirliyin indiyə qədər açılmaması birinci növbədə Azərbaycana zərər gətirir. Çünki İtaliya kimi bir ölkə ilə daha səmərəli əməkdaşlıq etmək üçün, təbiidir ki, orada Azərbaycanın səfirliyi olmalıdır. Siz Romaya dönən kimi deyə bilərsiniz ki, Prezident söz verdi, yaxın vaxtlarda İtaliyada Azərbaycanın səfirliyinin açılması haqqında xahiş məktubunu göndərəcəkdir.

Bu, təkcə iqtisadi cəhətdən yox, siyasi cəhətdən də çox lazımdır və vacibdir.

Siz yəqin ki, Azərbaycanın ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə tanışsınız. Bunun tarixi haqqında sizə məlumat vermək istəmirəm. Ancaq onu bildirmək istəyirəm ki, bu münaqişə hələ 1989-cu ildə, sovet hakimiyyəti zamanı başlayıbdır. Azərbaycan və Ermənistan dövlət müstəqilliyi əldə etdikdən sonra bu münaqişə daha da kəskinləşib və bəzi səbəblərdən Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir. İşğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıb və indi ağır şəraitdə, çadırlarda yaşayırlar.

Azərbaycan Prezidenti daha sonra dedi ki, 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılarkən ilk sədrlik İtaliyaya həvalə edilmişdi və bu işlə xarici işlər nazirinin müavini cənab Raffaello məşğul olurdu. O, 1993-cü ildə dəfələrlə Azərbaycana gəlib, elə bu otaqda, bu masanın arxasında mən onunla danışıqlar aparmışam. Nə qədər acı olsa da, mən bunu sizə deməliyəm, təəssüflər olsun ki, İtaliyanın və onun nümayəndəsi Raffaellonun bu sahədə fəaliyyəti çox uğursuz oldu. Bu, bizim günahımızdır ki, İtaliya ilə bu sahədə əlaqələrimizi zəiflətmişik. İtaliya da Minsk qrupunun üzvü kimi öz vəzifəsini müəyyən qədər unudubdur. Ancaq mən istərdim ki, İtaliya bu işə daha da yaxından cəlb olunsun.

Mən 1998-ci ildə sizin ölkədə rəsmi səfərdə olarkən bu barədə sizin ölkənin prezidenti ilə, baş naziri ilə və başqa vəzifəli şəxslərlə danışıqlar aparmışdım. İtaliya ilə əlaqələr bizim üçün çox əhəmiyyətlidir. İtaliyada Azərbaycanın səfirliyinin yaradılması ölkəmiz üçün daha çox lazımdır, nəinki İtaliya üçün. Bizim münasibətlərimiz təkcə bundan ibarət deyildir. Mən Ermənistan-Azərbaycan münaqişəsini xatırlatdım. Güman edirəm ki, İtaliya bundan sonra bu məsələyə diqqət yetirəcəkdir.

 

Xanım Marqarita Boniver dövlətimizin başçısını əmin etdi ki, İtaliyaya qayıtdıqdan sonra Mario Raffaellonun həmin dövrdəki fəaliyyəti, bu sahədə hansı işlərin görüldüyü ilə şəxsən maraqlanacaq, gələcəkdə İtaliyanın bu sahədəki rolunu gücləndirməyə çalışacaqdır. İtaliya iki ölkə arasında olan bu münaqişənin tezliklə həllinin tapılmasında vasitəçi kimi çıxış edə bilər.

Qonaq daha sonra dedi: Dağlıq Qarabağ kimi mürəkkəb problemin həlli məsələsində Azərbaycan, həqiqətən, böyük müdriklik, təmkinlik nümayiş etdirmişdir. Mən, həqiqətən, çox məyus oldum ki, Azərbaycanda böyük sayda qaçqınlar, məcburi köçkünlər var. Hətta deyərdim ki, belə vəziyyət heç bir ölkədə yoxdur. Biz elə bir ölkə adı çəkə bilmərik ki, əhalinin ümumi sayına nisbətən bu qədər qaçqın-köçkünü olsun. Cənab Prezident, Sizi əmin edə bilərəm ki, İtaliya bu sahədə sona qədər fəal rol oynayacaqdır. Biz bunu həm beynəlxalq təşkilatlar, həm də Avropa təşkilatları çərçivəsində, eləcə də Minsk qrupunda etməyə çalışacağıq. Elə edəcəyik ki, Azərbaycanda sülh bərqərar olsun, bu problem sülh yolu ilə aradan qaldırılsın və ölkənizdə demokratiya daha da inkişaf etsin.

Qəbulda xarici işlər nazirinin müavini Xələf Xələfov, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və İtaliyanın Azərbaycandakı səfiri Marqarita Kosta iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb