Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV KLİVLENDƏ GƏLMİŞDİR

AZƏRTAC-ın Vaşinqtondakı müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müayinə və müalicəsini davam etdirmək üçün avqustun 6-da yerli vaxt ilə saat 18.00-da ABŞ-ın Klivlend şəhərinə gəlmişdir.

Prezident Heydər Əliyevi Klivlendin hava limanında Azərbaycanın Vaşinqtondakı səfiri Hafiz Paşayev qarşılamışdır.

***

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV “LİDER” YARIMDALMA ÜZƏN QAZMA QURĞUSU İLƏ TANIŞ OLMUŞDUR

Avqustun 7-də Azərbaycanın Baş naziri İlham Əliyev ötən ay istifadəyə verilmiş “Lider” yarımdalma üzən qazma qurğusu ilə yaxından tanış olmuşdur. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev və “Keppel Fels” korporasiyasının prezidenti Lim Çi On Baş nazir İlham Əliyevi səmimiyyətlə qarşıladılar . Baş nazirə məlumat verildi ki, ARDNŞ-in, “LUKoyl” və “Keppel Fels” şirkətlərinin yaratdıqları “Kaspian Şhipyard Kompani” müştərək müəssisəsinin gərgin əməyi nəticəsində inşa edilən, ümumi dəyəri 250 milyon dollar olan, müasir avadanlıqla təchiz olunmuş bu möhtəşəm qurğu ilə dənizin 75 metrdən 1025 metrədək dərinliyində 9144 metrədək kəşfiyyat quyuları qazmaq mümkündür. Baş nazir müstəqil ölkəmizin iqtisadiyyatında, Prezident Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində çox böyük əhəmiyyəti olacaq, Azərbaycan sektorunun və bütövlükdə Xəzərin dərin yerlərində neft və qaz yataqlarının kəşfi üçün nəzərdə tutulan nəhəng və dünyada təkrarı olmayan qazma qurğusunun bütün parametrləri və imkanları ilə yaxından tanış oldu. Qurğunun inşası 2001-ci ilin avqustunda başlanmış və nəzərdə tutulduğundan 2 ay qabaq qurtarmışdır. Onun inşasında iştirak edən mütəxəssislərin 80 faizi azərbaycanlılar olmuşdur. Xəzər dənizində suyun dərin hissələrində yerləşən “Alov”, “Şərq”, “Zəfər”, “Məşəl”, “Savalan” və sair kəşfiyyat blokları üzrə qazma işlərini sürətləndirmək üçün tikilən qazma qurğusu EksonMobil, ŞevronTexaco, KonokoFillips və Total şirkətlərinin birgə səyləri ilə yaradılmışdır. O, üç illik qazma proqramının yerinə yetirilməsindən ötrü nəzərdə tutulmuşdur və Xəzər dənizində işləyəcək çoxsaylı qurğulardan birincisi olacaqdır. X X X

Qurğu ilə tanışlıqdan razı qaldığını vurğulayan Baş nazir İLHAM ƏLİYEV jurnalistlərə müsahibə verdi. SUAL: İlham müəllim, “Lider” yarımdalma qurğusu ilə tanışlıq sizdə hansı təəssüratı yaratdı? CAVAB: Çox gözəl təəssürat bağışlayır. Nəhəng bir qurğudur. Xəzər dənizində analoqu olmayan yarımdalma qazma qurğusudur. Əlbəttə, bu qurğu Azərbaycan xalqına uzun illər xidmət edəcəkdir. Suyun böyük dərinliyində qazma işlərini aparacaq və əminəm ki, Azərbaycan üçün yeni neft yataqlarını kəşf edəcəkdir. SUAL: İlham müəllim, mətbuatda Prezident Heydər Əliyevin Klivlendə getməsi ilə bağlı informasiyalar verildi. İstərdik, bu məsələyə müəyyən aydınlıq gətirəsiniz, vəziyyət necədir? CAVAB: Vəziyyət belədir ki, cənab Prezident dünən təyyarə ilə Klivlendə uçdu və bu gün Bakı vaxtı ilə hardasa gecə saat 3-4 radələrində oraya çatdı. Mən də dərhal bu barədə məlumat aldım ki, cənab Prezident Klivlend xəstəxanasındadır. Hər şey də qaydasındadır. SUAL: Geri dönməsi nə zaman gözlənilir?CAVAB: Əlbəttə, onu gərək həkimlər desinlər. İndi Klivlenddə hələ ki, gecədir. Bir neçə saatdan sonra müayinə başlanacaq və ondan sonra nəsə demək mümkün olacaqdır. SUAL: İlham müəllim, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan sizi səfərə dəvət edibdir. Siz bu səfəri reallaşdıracaqsınızmı?CAVAB: Bəli, əlbəttə, mən o dəvəti məmnunluqla qəbul etdim. Hörmətli Baş nazir cənab Ərdoğan mənimlə telefon söhbətində də bu dəvəti etmişdi. Ondan sonra bu, təbrik məktubunda da öz əksini tapmışdır. Mən də ona bildirdim ki, böyük məmnuniyyətlə yaxın günlərdə çalışacağam ki, qardaş ölkəyə səfər edim.SUAL: İlham müəllim, Prezidentin diaqnozu ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif məlumatlar yayılır. Qabırğasının sınması ilə bağlı, ümumiyyətlə, vəziyyəti necədir?CAVAB: Özünü yaxşı hiss edir. Əlbəttə, qabırğalarının sınması cənab Prezidentin ümumi fiziki vəziyyətinə təsir edir. Yəqin siz də bunu hiss edirdiniz. Bir də ki, o, tam sağalmadan işə başlamışdı. Əlbəttə, bu, həkimlərin məsləhətlərinə zidd addım idi. Amma ümumiyyətlə, vəziyyəti normaldır. Lakin müəyyən bir müalicəyə ehtiyac var. SUAL: Cərrahiyyə əməliyyatının aparılacağı barədə də məlumat var?CAVAB: Bu barədə müxtəlif möhtəkirliklər ola bilər. Mən bir şey deyə bilmərəm. Hesab edirəm ki, buna ehtiyac olmayacaqdır. Əgər ehtiyac olarsa, orada çalışan həkimlər çox yüksək peşəkarlığa malikdirlər, bu, ediləcəkdir. Amma bu günə qədər belə bir ehtiyac yoxdur. SUAL: İlham müəllim, məlumatlar yayılır ki, seçkilər ərəfəsində müxalifət ölkədə çaşqınlıq yaratmaq məqsədi ilə müxtəlif addımlar atmaq istəyir. Dünən bəyan elədilər ki, respublikanın bütün şəhər və rayonlarında etiraz aksiyalarına başlamaq haqqında qərar veriblər. Bu barədə nə deyərdiniz? CAVAB: Bilirsiniz, bu, məni maraqlandırmır. Onların etiraz aksiyaları göz qabağındadır. Bu aksiyalara iki-üç mindən çox adam gəlmir, gələnlərin də yarısı pul alandan sonra çıxıb gedir. Yəni belə bir hərəkətlər nə məni, nə də hökuməti, iqtidarı narahat etmir və etməyəcək də. Hesab edirəm ki, müxalifət gərək daha çox öz təbliğatı ilə məşğul olsun, seçkiqabağı kampaniyada iştirak etsin. Mənim onlara məsləhətim budur. O ki qaldı kimi isə tanımaq, kimi isə tanımamaq məsələsinə, hansısa aclıq aksiyaları elan etməyə, bu, məndə yalnız gülüş doğurur. Mən bilirəm ki, aclıq aksiyasını elan edən şəxs axşam gedib öz kababını da yeyir, başqa şey də içir, səhər yenə də davam edir. SUAL: İlham müəllim, ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərini lobbiçilik fəaliyyəti ilə məşğul olmaqda ittiham edirlər. Hətta bp kimi konkret adlar da çəkirlər. Buna münasibət necədir? CAVAB: Hesab edirəm ki, bu, onların xarici neft şirkətlərinə qarşı növbəti təxribatıdır. Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri heç vaxt siyasi proseslərə müdaxilə etmirlər. Mən də köhnə vəzifəmdə, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışarkən onlarla söhbətimdə də dəfələrlə bunu israrla xahiş etmişdim ki, onlar siyasi proseslərdən kənarda durmalıdırlar. Onlar burada Azərbaycanın hökuməti ilə kommersiya işləri aparılması üçün müqavilələr imzalayıblar və fəaliyyətləri də məhz bu çərçivədə həyata keçirilməlidir. Çox məmnunluq hissi ilə deyə bilərəm ki, bizim birgə fəaliyyətimizin lap əvvəlindən bu günə qədər heç vaxt nə bp, nə də başqa xarici neft şirkəti siyasi proseslərə müdaxilə etməmişdir və etməyəcək də. Müxalifətin onlara qarşı belə bir çirkin böhtanı istifadə etməsi də yeni deyildir. Bundan əvvəl də müxalifətin bəzi liderləri Azərbaycanda neft şirkətlərini təşvişə salmaqdan ötrü, çalışmaq üçün ki, onlar öz fəaliyyətini dayandırsınlar - müxtəlif ideyalarla çıxış edirdilər. Bəziləri deyirdilər ki, onlar hakimiyyətə gəldikləri təqdirdə Bakı-Tbilisi-Ceyhan layihəsini dayandıracaq, Azərbaycanın imzaladığı bütün müqavilələri ləğv edəcəklər. Buna oxşar hədələri neft şirkətlərinə ünvanlayırdılar. Amma çox şadam ki, Azərbaycanda işləyən böyük neft şirkətləri bu tezislərə, iddialara daim biganə qalmışdır. Yəni bir daha demək istəyirəm ki, burada heç bir lobbiçilikdən söhbət getmir və gedə də bilməz. Buna heç ehtiyac da yoxdur. SUAL: İlham müəllim, Baş nazir seçilməyinizə reaksiyalar sizi razı salırmı və bu reaksiyalar qənaətbəxşdirmi? CAVAB: Məni razı salır. Hesab edirəm ki, ümumiyyətlə, mənim fəaliyyətim üçün reaksiyaların o qədər də önəmli mənası yoxdur. Amma əlbəttə, mən bir insan kimi çox məmnunam ki, həmkarlarım, inkişaf etmiş ölkələrin hökumətlərinin başında duran şəxslər məni təbrik edirlər. Bu, mənim üçün çox xoşdur, böyük şərəfdir. Məni əsas maraqlandıran ölkə daxilindəki reaksiyadır. Mənim məlumatlarıma görə, bu da çox müsbətdir. Bu təyinat müsbət qarşılanıb, insanlarda arxayınçılıq hissi yaranıbdır. Mən bilirəm, bizim xalqımızı düşündürən əsas məsələlərdən biri də odur ki, Azərbaycanda ictimai-siyasi asayiş qorunub saxlanılsın, sabitlik pozulmasın, hərc-mərclik, xaos yaranmasın. İnsanlarımız bundan çox ehtiyat edirlər. Əlbəttə, bu nöqteyi-nəzərdən bu təyinat, hesab edirəm, çox məqsədəuyğundur və düzgün təyinatdır. Ona görə bu reaksiya mənim üçün daha önəmlidir. Çox şadam ki, ümumiyyətlə, ictimaiyyət tərəfindən buna müsbət münasibət var. SUAL: İlham müəllim, siz cənab Prezidentlə birgə seçkilərə gedəcəksiniz. Bu gün siz müxalifətdən olan və digər namizədləri özünüzə və Prezidentə rəqib görürsünüzmü?CAVAB: Bilirsiniz, mən hesab edirəm ki, hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. Şəxsi fikrim belədir ki, Azərbaycanda Heydər Əliyev tərəfindən həyata keçirilən siyasətə alternativ yoxdur. Bu, yeganə düzgün siyasətdir və öz nəticələrini verir. Azərbaycan inkişaf edir, qüdrətli dövlətə çevrilir. Azərbaycanda irimiqyaslı beynəlxalq layihələr həyata keçirilir. İndi gördüyünüz kimi nəhəng qazma qurğuları tikilir. Ümumiyyətlə, Azərbaycan beynəlxalq aləmdə özünə layiq yerini tuta bilibdir. Ona görə hesab edirəm, Azərbaycanın gələcəyi naminə, gələcək inkişafı üçün bu siyasət gərək davam etdirilsin. Şəxsən mən Prezident olmaq iddiasına düşən müxalifət nümayəndələrinin şanslarına nikbinliklə baxmıram. Hesab edirəm ki, cəmiyyətdə onların dəstəyi çox aşağı səviyyədədir. Amma eyni zamanda, hesab edirəm və siyasi etika da bunu tələb edir ki, hər bir namizədə gərək hörmətlə yanaşasan. SUAL: İlham müəllim, siz ödənişsiz məzuniyyət götürdünüz ki, seçkilərdə iştirak edə biləsiniz. Maraqlıdır, Qarabağ problemi ilə bağlı İlham Əliyevin seçki platforması necə olacaqdır?CAVAB: Mən dəfələrlə bəyan etmişəm, indi də demək istəyirəm ki, mənim prezidentliyə namizədliyim barədə təklifə razılıq verməyimin məqsədi ondan ibarətdir ki, cənab Prezidentin seçki kampaniyasında fəal iştirak edə bilim. Əlbəttə, mənim mövqeyim də, platformam da, dünyagörüşüm də yalnız cənab Prezidentin həyata keçirdiyi siyasətin çərçivəsindədir. Burada hansısa əsaslı fərqlərdən söhbət gedə bilməz. O ki qaldı Qarabağ məsələsinə, əlbəttə, mən fikirləşirəm ki, biz gərək çalışaq bunu sülh yolu ilə həll edək. Azərbaycan xalqı sülh istəyir, müharibə istəmir. Atəşkəs müddəti ərzində Azərbaycan çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıbdır. Əgər biz Ermənistanla müqayisə etsək, görərik ki, müddət orada tənəzzüllə müşayiət olunubdur. Bəzən mənə sual verirlər ki, müharibənin nəticələri nədir? Mən çox ciddi deyirəm, hesab edirəm, müharibənin nəticələri - bəlkə də bu, təzadlı səslənə bilər – Azərbaycanın xeyrinədir. Düzdür, Azərbaycan öz torpaqlarının müəyyən hissəsini itiribdir. Azərbaycanda bir milyondan çox qaçqın – köçkün var. Amma eyni zamanda, bu müddət ərzində, atəşkəs rejimi ərzində Azərbaycan həm siyasi səhnədə, həm də iqtisadiyyatda çox uğurlu addımlar atıbdır. Ermənistanla Azərbaycanın iqtisadi vəziyyəti arasındakı uçurum getdikcə dərinləşəcəkdir. Azərbaycan bir neçə ildən sonra qüdrətli, imkanlı bir dövlətə çevriləcəkdir. Ermənistanın isə elə bir perspektivi yoxdur. Onların perspektivi yalnız və yalnız hansısa xarici dövlətin ətəyindən yapışıb özlərinə gün ağlamaqdır ki, acından ölməsinlər. Ona görə hesab edirəm, indiki siyasət Azərbaycanda dəstəklənir və bizə imkan verəcək ki, sülh danışıqlarında istədiyimizə nail ola bilək. Yox, əgər gördük ki, bütün imkanlar artıq tükəndi, onda hesab edirəm, Azərbaycanın tam hüququ var ki, öz ərazi bütövlüyünü bərpa etmək üçün hər bir addımı atsın.SUAL: İlham müəllim, siz Türkiyənin baş naziri ilə görüşəcəksiniz. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinə toxunacaqsınızmı? CAVAB: Bilirsiniz, hesab edirəm, bu məsələ bir az şişirdilir. Mən inanmaram ki, belə bir fikirlər, meyllər olsun. Əlbəttə, iki ölkəyə aid hər bir məsələ, o cümlədən bu məsələ də müzakirə olunacaqdır. Amma bu, elə ciddi məsələ deyil ki, sizə deyim ki, bu, gündəlikdə durur. Bu, bəzi dairələr tərəfindən süni şəkildə şişirdilir. Hesab edirəm, burada hər hansı dəyişiklikdən söhbət gedə bilməz. Türkiyə-Azərbaycan münasibətləri dostluq, qardaşlıq əsasında qurulubdur. Biz bir millət, iki dövlətik. Bizim aramızda yalnız və yalnız qarşılıqlı anlaşma, mehribanlıq, xoş niyyət əhval-ruhiyyəsi var və bundan sonra da hökm sürəcəkdir. SUAL: İlham müəllim, Nazirlər Kabinetindəki çıxışınızda belə bir ifadə işlətdiniz ki, Artur Rasizadə Heydər Əliyevə sadiq adamdır. Sizcə indi hakim komanda daxilində bu sözü hamıya şamil etmək olarmı?CAVAB: Mən bunu hamıya şamil edirəm. Hesab edirəm ki, Baş nazir kimi mənim əsas vəzifəm bundan ibarətdir ki, hansısa ayrı-seçkiliyə yol verməyim. Düşünürəm ki, bu, çox etibarlı komandadır. Onlar Heydər Əliyevə, onun siyasətinə sadiq insanlardır. Ona görə bunu qeyd etdim ki, istəyirəm, o insanlar da bilsinlər - mənim onlara münasibətim müsbətdir. Hərə öz işində rahat, sakit işləsin və heç bir şayiəyə, təxribata uymasınlar.Bilirsiniz, indi müxalifətin fəaliyyətinin bir istiqaməti də ondan ibarətdir ki, iqtidar daxilində hansısa ziddiyyətlər yaratsınlar, kimi kiminsə əleyhinə qaldırsınlar, müxtəlif şayiələr yaysınlar və s. Hesab edirəm ki, bizim iqtidarda təmsil olunan insanlar buna əhəmiyyət verməməlidirlər. Şəxsən mən buna əhəmiyyət vermirəm. Müxalifət mətbuatını oxumuram və hesab edirəm, əgər onları heç kim oxumasa, belə bir təəssürat yaranar ki, onlar ümumiyyətlə yoxdurlar. Azərbaycanda Heydər Əliyevin tərəfindən yaradılmış vahid komanda var və mən də o komandanın bir üzvüyəm. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək