AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN LİSSABON GÖRÜŞLƏRİ
Azərbaycan Prezidenti Heydər Əliyev həmin gün toplantıda çıxış etmişdir.
Dekabrın 2-də Prezident Heydər Əliyev İsrailin Baş naziri Benyamin Netanyahu, İsveçin xarici işlər naziri, ATƏT-in indiki sədri Flavio Kotti, Finlandiya Prezidenti Marti Ahtisaari, Rusiya Federasiyasının Baş naziri Viktor Çernomırdin, Ermənistan Prezidenti Levon Ter-Petrosyan ilə görüşmüşdür. Rusiyanın Baş naziri ilə görüşündə Azərbaycan Prezidenti Ermənistanın münaqişəni sülh yolu ilə aradan qaldırmağa maneçilik törədən mövqeyindən narazılığını bildirmişdir.
Toplantının ikinci günü - dekabrın 3-də dövlətimizin başçısı Fransanın xarici işlər naziri Erve de Şarett, Böyük Britaniyanın xarici işlər naziri Malkolm Rifkind, AFR-in xarici işlər naziri Klaus Kinkel, Portuqaliyanın Baş naziri Antonio Qutyerres ilə görüşlər keçirmişdir. Söhbətlər zamanı Ermənistan-Azərbaycan münaqışəsinə sülh yolu ilə son qoyulması imkanları müzakirə olunmuşdur.
Zirvə görüşündə çıxış edən dövlət və hökumət başçıları da həmin problemin dincliklə həllini sürətləndirməyin vacib olduğunu bildirmişlər.